Ələhi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
Eyni adlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən qərbdə, Ordubad-Nürgüt avtombil yolunun yaxınlığında, Gilançayın sol sahilində, Qapıcıq dağının ətəyindədir. Natamam orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var.
thumb|Ələhi
Tarixi Ələhi Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, toponim qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır və kəndin coğrafi mövqeyi ilə bağlıdır. Kəndin ərazisində eyniadlı bulaq da var.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007..
Əhalisi Əhalisi 141 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010. Əhali bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur.
Mədəniyyəti Bist bələdiyyəsinin tərkibinə daxildir. Arıçılıq ve heyvandarlıqla məşğuldur. Kənddən aşağıda Bist yolunun kənarında böyrək və sidik sisteminin dərmanı sayılan Eləhi narzanı (təbii müalicəvi su) yerləşir.
Tarixi abidələri Ələhi yolu Ələhi körpüsü
Həmçinin bax Ordubad rayonu
İstinadlar
Xarici keçidlər Nəqşicahan-Naxçıvan (Ələhi kəndi) 07.08.2016
Kateqoriya:Ordubad rayonunun kəndləri