Cek Rayan: Xaos nəzəriyyəsiOrijinal adı — "Cek Rayan: Kölgə rekrut" və ya "Cek Rayan: Kölgə agent" () — ABŞ yazıçısı Tom Klensi tərəfindən yaradılmış Cek Rayan personajı əsasında 2014-cü ildə çəkilmiş Amerika istehsalı döyüş triller filmidir. Bu film Cek Rayan film seriyasındakı beşinci və yenidənyazmanın ikinci filmidir. Bu film sələflərindən fərqli olaraq, xüsusi bir Klensi romanının film adaptasiyası deyil, orijinal hekayədir. Baş rolu Kris Payn ifa edir və o Cek Rayan rolunu Alek Bolduin, Harrison Ford və Ben Afflekdən sonra canlandıran dördüncü aktyordur. Filmin rejissoru Kevin Kostner və Kira Naytli ilə birlikdə rol alan Kennet Brana olmuşdur.Kenneth Branagh In Talks To Direct Jack Ryan — Deadline.com
Orijinal ssenari Adam Kozad və Devid Koepp tərəfindən yazılmışdır. Filmin prodüserləri Meys Neufeld, Lorenzo di Bonaventura, Devid Barron və Mark Vahradian, icraçı prodüserləri Devid Ellison, Dana Qoldberq, Pol Şvak və Tommi Harper, bəstəkarı isə Patrik Doyl olmuşdur.
Film 17 yanvar 2014-cü ildə ABŞ-də, 16 yanvarda isə MDB-də nümayiş olunmuşdur. 130 milyon dollardan çox gəlir əldə etmiş və tənqidçilər tərəfindən qarışıq rəylərlə qarşılanmışdır. Film 2013-cü il oktyabr ayının 1-də vəfat edən Klensiyə ithaf olunmuşdur.
Rollarda
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Texno triller filmləri Kateqoriya:Skydance Media filmləri Kateqoriya:Rebut filmlər Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:IMAX filmləri Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Moskvada çəkilən filmlər Kateqoriya:Monrealda çəkilmiş filmlər Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:Pensilvaniya haqqında filmlər Kateqoriya:London haqqında filmlər Kateqoriya:Əfqanıstan haqqında filmlər Kateqoriya:ABŞ-nin siyasi triller filmləri Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin ABŞ filmləri Kateqoriya:2010-cu illərin cəsus filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:ABŞ-nin cəsus filmləri Kateqoriya:Xərçəng haqqında filmlər Kateqoriya:2001-ci il 11 sentyabr terror aktı haqqında filmlər Kateqoriya:Rejissor Kennet Brananın filmləri Kateqoriya:Prodüser Devid Barronun filmləri Kateqoriya:Lorenzo di Bonaventuranın prodüseri olduğu filmlər Kateqoriya:Patrik Doylun bəstəkarı olduğu filmlər Kateqoriya:2003-cü il haqqında filmlər Kateqoriya:2013-cü il haqqında filmlər Kateqoriya:Miçiqan haqqında filmlər Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:Vaşinqton şəhəri haqqında filmlər Kateqoriya:Devid Koeppin ssenari müəllifi olduğu filmlər Kateqoriya:2010-cu illərin rus dilli filmləri Kateqoriya:ABŞ-nin texno triller filmləri Kateqoriya:ABŞ-də terrorizm haqqında filmlər Kateqoriya:Manhetten haqqında filmlər Kateqoriya:Bovingdon Studiosda çəkilən filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:2014-cü ilin ABŞ filmləri Kateqoriya:Di Bonaventura Pictures filmləri Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi haqqında filmlər Kateqoriya:Rusiya filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:Rusiyanın dram filmləri