Mars, şərqdə köhnəlmiş adı Mərrix — Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində məlum ən hündür ikinci (planetdə birinci ən hündür) dağ — Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: Fobos və Deymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər.

1965-ci ildə Mariner 4 tərəfindən kəşf edilən Mars flaybayından əvvəl bir çoxları planetin səthində suyun olmasını iddia edirdilər. Bu işıqlı və qaranlıq yerlərdə, xüsusilə qütb en dairələrində müşahidə edilən periodik müxtəlifliklərə əsaslanırdı; uzun qara cizgilər bəziləri tərəfindən maye su üçün suvarma kanalları hesab edildi. Bu düz xətlər sonra optik illüziyalar kimi izah edildi, baxmayaraq ki insansız missiyalarda toplanan geoloji sübut göstərir ki, Marsın səthində onun həyatının erkən dövrlərində irimiqyaslı su örtüyü var idi. 2005-ci ildə radar məlumatı qütblərdə və orta en dairələrində böyük miqdarda su olduğunu aşkar etdi. Mars roveri Spirit 2007-ci ilin martında su molekullarının daxil olduğu kimyəvi birləşmələri götürdü. Phoenix enmə aparatı 31 iyul 2008-ci ildə Marsın üst torpağında buz suyu götürdü.

Marsın yeddi işləyən kosmik gəmisi var: beşi orbitdə: Mars Odyssey, Mars Express, Mars Reconnaissance Orbiter, MAVEN və Mars Orbiter Mission və ikisi səthində: Mars Kəşfiyyat Roveri Opportunity və Mars Elm Laboratoriyası Curiosity. Səthdə uzun müddət işləyə bilməyən kosmik gəmilərə MER-A Spirit və ya 2008-ci ildə missiyasını bitirən Phoenix enmə aparatı kimi başqa enmə aparatları və roverləri daxildir. Mars Reconnaissance Orbiter tərəfindən edilən müşahidələr Marsda ən isti aylarda axan suyu aşkar edib.. 2013-cü ildə NASA-nın Curiosity roveri aşkar etdi ki, Mars torpağı kütləcə 1.5–3% su təşkil edir.

Mars çılpaq gözlə Yerdən görünür. Onun görünmə böyüklüyü −3.0-ə çatır və yalnız Yupiter, Venera, Ay və Günəş bu qiyməti keçir. Optik yerüstü teleskoplar Yerin atmosferinə görə Yerin və Marsın ən yaxın olduğu zaman 300 kilometr uzaqlıqdakı cəhətləri göstərə bilir.

Fiziki xarakteristikaları

Marsın diametri təqribən Yerinkinin yarısıdır. O, Yerdən daha az sıxdır, həcmi təqribən Yerin həcminin 15%-i və kütləsi təqribən Yerin kütləsinin 11%-i qədərdir. Onun səthinin ərazisi Yerin quru ərazisinin tam sahəsindən bir az daha azdır. Marsın Merkuridən daha böyük və daha ağır olmasına baxmayaraq, Merkurinin sıxlığı daha çoxdur. Bu hər iki planetin səthə doğru cazibə qüvvəsinin təqribən eyni olması ilə nəticələnir; Marsın cazibə qüvvəsi Merkurinin cazibə qüvvəsindən güclüdür (1%-dən az olmaqla). Mars səthinin qırmızı-narıncı görünüşünün səbəbi dəmir (III) oksid və ya daha çox bilinən adı ilə hematit və ya pasdır. Onun rəngi həmçinin iris rənginə oxşayır və minerallardan asılı olaraq digər ümumi səth rənglərinə qızıl rəngi, qəhvəyi, sarı-darçını və yaşılımtıl daxildir.NASA – Mars in a Minute: Is Mars Really Red? (2 0111110/miam2 0111110.pdf Transcript)

Daxili quruluşu Yer kimi bu planet də təbəqələrə ayrılmaya məruz qalıb və bu da sıx, metallik nüvə sferasının daha az sıx materiallarla örtülməsinə səbəb olub. Planetin interyerinin müasir modelləri nüvə sferasının radiusunu təqribən 1,794 ± 65 kilometr olaraq güman edir və onu təqribən 16–17% kükürdlə birlikdə, əsasən, dəmir və nikeldən təşkil edilmiş hesab edir. Bu dəmir sulfid nüvəsi qismən mayedir və onda mövcud olan yüngül elementlərinin konsentrasiyası Yerin nüvəsində olandan iki dəfə çoxdur. Nüvə planetdəki textonik və vulkanik cəhətlərin çoxunu formalaşdıran silikat mantiya təbəqəsi ilə əhatə edilmişdir, ancaq indi hərəkətsizdir. Silisium və oksigendən başqa Marsın qabığında ən çox yayılan elementlər dəmir, maqnezium, alüminium, kalsium və kaliumdur. Planetin qabığının orta qalınlığı təqribən 50 kilometrdir, maksimum qalınlıq 125 kilometrdir. Ortalaması 40 kilometr olan Yerin qabığı iki planetin ölçülərinə bağlı olaraq Marsın qabığının qalınlığının üçdə biri qədərdir. 2016-cı il üçün planlaşdırılan InSight enmə aparatı Marsın interyerinin modellərini məhdudlaşdırmaq üçün seysmoqrafdan istifadə edəcək.

Səth geologiyası Mars terrestrial planetdir, yəni silisium və oksigendən təşkil olunan minerallar, metallar və adətən süxuru əmələ gətirən başqa elementlərdən təşkil olunmuşdur. Marsın səthi başlıca olaraq toleyitik bazaltdan təşkil olunmuşdur, ancaq bəzi hissələr bazaltdan daha çox silisium oksidlə zəngindir. Bu da Yerdə və ya silisium oksid şüşəsində olan andezitik süxurlara oxşardır. Aşağı albedolu regionlarda plaqioklaz feldispat vardır. Şimali aşağı albedolu regionlar isə təbəqə silikatları və yüksək silisiumlu şüşənin normal miqdarından daha çoxuna sahibdir. Cənubi dağlıq hissələrə yüksək kalsiumlu piroksen daxildir. Həmçinin, müəyyən ərazilərdə xas hematit və olivin də tapılmışdır. Səthin çox hissəsi narın dənəli dəmir(III) oksid tozu ilə örtülmüşdür.

thumb|250px|left|Marsın geoloji xəritəsi (Birləşmiş Ştatlar Geoloji Araşdırmalar Qurumu; 14 iyul, 2014)(tam xəritə / video)

Marsın strukturlaşmış qlobal maqnit sahəsinin olması barədə heç bir sübut olmasa da, müşahidələr göstərir ki, planet qabığının hissələri maqnetik olub və keçmişdə onun ikiqütblü sahəsinin dalğalı qütblük fasilələri baş verib. Maqnetik cəhətdən həssas mineralların bu paleomaqnetizmi Yerin okean dibindəkilərə oxşardır. 1999-cu ildə çap edilən və 2005-ci ilin oktyabrında yenidən nəzər salınan bir nəzəriyyə budur ki, bu dalğalar Marsda 4 milyard il əvvəl planetar dinamonun funksiyasını dayandırması və planetin maqnit sahəsinin zəifləməsindən əvvəl plitələrin tektonikasını əks etdirir.

Günəş sisteminin formalaşması zamanı Mars Günəş ətrafında fırlanan protoplanetar diskdən kənarda sürətli böyümənin stokastik prosesi nəticəsində yaranmışdır. Marsın Günəş sistemindəki yerinə uyğun çoxlu xarakteristik kimyəvi xüsusiyyətləri var. Nisbətən aşağı qaynama temperaturu olan elementləri (xlor, fosfor və kükürd) Yerdən daha çox Marsda ümumidir; bu elementlər cavan ulduzun energetik günəş küləyi tərəfindən Günəşə yaxın ərazilərdən gətirilib.

Planetlərin formalaşmasından sonra onların hamısı Son Ağır Bombardmana məruz qaldı. Marsın səthinin təqribən 60%-i bu eranın toqquşmalarını göstərir, ancaq bu hadisələrin səbəb olduğu çarpışmadan sonra yaranan geniş hövzələr bəlkə də səthin qalan hissəsinin təməlini təşkil edir. Marsın şimal yarımkürəsində 10600×8500 kilometrlik ərazini əhatə edən böyük təsir hövzəsinin izi var. O, Ayın Cənub qütbü-Aitken hövzəsindən təqribən 4 dəfə böyükdür və indiyə qədər kəşf edilmiş ən böyük təsir hövzəsidir. Bu nəzəriyyə təklif edir ki, Mars təqribən 4 milyard il əvvəl Pluton ilə eyni ölçülü cisimlə toqquşub. Marsın yarımkürə dixotomiyasına səbəb olduğu fikirləşilən hadisə planetin 40%-i əhatə edən hamar Borealis hövzəsini yaradıb.

thumb|right|200px|Mars süxuru öz mavi-boz interyerini Mars Elm Laboratoriyasına açıb.

Marsın geoloji tarixi bir çox dövrlərə bölünə bilər ancaq aşağıdakı üç dövr ən əsaslarıdır: Nuh dövrü (adını Nuh ərazisindən alıb): 4.5 milyard il bundan əvvəldən 3.5 milyard il bundan əvvələ qədər Marsın ən qədim səthinin formalaşması. Çox sayda böyük çarpışmadan sonra yaranan kraterləri Nuh dövrünün səthində izini buraxıb. Tharsis qabarıqlığının — vulkanik dağlıq hissənin dövrün sonlarındakı maye suyun geniş bir şəkildə daşması ilə bu dövr zamanı əmələ gəldiyi fikirləşilir. Hesperian dövr (adını Hesperia yaylasından alıb): 3.5 milyard il bundan əvvəldən 2.9–3.3 milyard il əvvələ qədər. Hesperian dövr geniş lava düzənliklərinin formalaşması ilə qeyd olunur. Amazonian dövr (adını Amazonis düzənliyindən alıb): 2.9–3.3 milyard il əvvəldən indiyə qədər. Amazonian regionlarının az meteoritlə çarpışmadan yaranan kraterləri var, ancaq digərləri çox fərqlidir. Olimp dağı Marsın başqa yerindəki lava axınları ilə yanaşı olaraq bu dövrdə yaranıb.

Marsda hələ də bəzi geoloji aktivliklər baş verir. Athabaska dərəsi təqribən 200 milyon ilə qədər lava axınlarının olduğu yerdir. Serberus çuxurları adlanan qrabenlərdəki su axınları 20 milyon ildən az bir müddətdə baş verir və bu da hal-hazırkı intruziyaları (maqmanın yer qabığı arasına dolması) göstərir. 19 fevral 2008-ci ildə Mars Reconnaissance Orbiterdən gələn şəkillər 700 metrlik hündür sıldırımdan gələn qar uçqununun dəlilini göstərdi.

Torpağı thumb|left|200px|Spirit roveri tərəfindən aşkar edilmiş silisum oksidlə zəngin toz

Phoenix enmə aparatı Marsın torpağının bir az qələvili olduğunu və tərkibində maqnezium, natrium, kalium və xlor kimi elementlərin olduğunu göstərən məlumat verdi. Bu maddələr Yer planetində bağlarda tapılır və onlar bitkilərin böyüməsi üçün vacibdir. Enmə aparatı tərəfindən edilən təcrübələr göstərdi ki, Mars torpağının pH-ı 7.7-dir və 0,6% duz perxlorat saxlayır.

Marsda bir çox izlər tapılır və yeni izlər tez-tez kraterlərin, çökəkliklərin və dərələrin dik yamaclarında ortaya çıxır. İzlər əvvəl qara olur və vaxt keçdikcə ağarır. Bəzən izlər balaca ərazilərdə yaranır və yüzlərlə metr əraziyə qədər yayılır. Onlar həm də aşınmış qaya parçalarının kənarlarını və yollarındakı digər maneələri keçərkən görülür. Ümumən qəbul edilən nəzəriyyələrə izlərin toz və ya toz burulğanı uçqunlarından sonra yaranması və torpağın qaranlıq alt təbəqələri olması daxildir. Bir çox izahlar irəli sürür ki, onlardan bəziləri su ilə və hətta orqanizmlərin böyüməsi ilə əlaqədardır.

Hidrologiyası thumb|right|200px|Opportunity tərəfindən çəkilmiş fotomikroqraf boz hematit kütləsini göstərir və bu da maye suyun keçmişdə mövcud olmasını təyin edir. Qısa periodlar ərzində aşağı yüksəkliklər istisna olmaqla, maye su aşağı atmosfer təzyiqinə görə (Yerdəkindən 100 dəfə zəif) Marsın səthində mövcud ola bilməz. İki qütbün buz örtüyü əsasən sudan təşkil olunmuşdur. Cənub qütbünün buz örtüyündəki suyun həcmi ərisə, planet örtüyünün tamamını 11 metr dərinliyində örtmək üçün kifayətdir. Permafrost (qütbdə uzun müddət donmuş torpaq) örtüyü qütbdən təqribən 60° en dairələrinə qədər uzanır.

Buz suyun böyük miqdarının Marsın qalın Kriosferində qaldığı fikirləşilir. Mars Express və Mars Reconnaissance Orbiterindən gələn radar məlumatı hər iki qütbdə (İyul 2005-ci il) və orta en dairələrində (Noyabr 2008-ci il) buz suyun böyük miqdarının olmasını göstərir. Phoenix enmə aparatı 31 iyul 2008-ci ildə səthi Mars torpağında olan buz suyu nümunə kimi götürdü.