Madam Koi Koi (Qanada Ledi Koi Koi və ya Madam Moke kimi tanınır) – Nigeriya şəhər mifologiyasına aid intiqamçı ruh. O, internat məktəblərinin yataqxanalarında, dəhlizlərində və tualetlərində gecələr dolaşır. Gündüz məktəblərində isə o, əsasən tualetlərdə və dərsə erkən gələn və ya məktəbdən gec çıxan tələbələri təqib edir. Qırmızı dabanlı ayaqqabılar geyindiyi və ya tək dabanlı ayaqqabı ilə dolaşdığı söylənilir. Nigeriyada ən məşhur məktəb ruhlarından biri hesab edilir.
Etimologiyası "Madam Koi Koi" adı onun dabanlı ayaqqabılarının yerə toxunaraq çıxardığı "Koi Koi" səsindən gəlir.
Mənşəyi
Nigeriyada mənşəyi Madam Koi Koi haqqında bir neçə fərqli mif mövcuddur. 1-ci versiya: O, bir vaxtlar gözəl və dəbli geyinən bir orta məktəb müəlliməsi idi. Onun qırmızı dabanlı ayaqqabıları dərs zamanı dəhlizdə addımlayarkən "Koi Koi" səsi çıxarırdı. Lakin o, müəllim kimi çox sərt və qəddar idi və şagirdləri səbəbsiz yerə döyürdü. Bir gün bir qız şagirdi vurdu və onun qulağını yaraladı. Bu hadisədən sonra məktəbdən qovuldu. Evə gedərkən avtomobil qəzasında öldü. Ölümündən əvvəl isə məktəbdən və tələbələrdən qisas alacağını söylədi. Qısa müddət sonra gecələr tələbələr onun daban səsini eşitdiklərini bildirdilər. Onun yataqxana dəhlizlərində "Koi Koi" səsi çıxararaq gəzdiyi deyilir. 2-ci versiya: Başqa bir hekayədə o, qəddar və sado-mazoxist müəllimə kimi təsvir edilir. O, şagirdləri tez-tez döyür və həzz alırdı. Məktəb rəhbərliyi onun hərəkətlərinə müdaxilə etmədiyi üçün tələbələr özləri hərəkətə keçmək qərarına gəldilər. Bir gecə o, məktəbdən çıxarkən şagirdlər onu pusquya saldılar, ağzını bağlayaraq döyməyə başladılar və nəticədə öldürdülər. Ölümünü ört-basdır etmək üçün cəsədini məktəbin arxa divarından çölə atdılar və bunun silahlı soyğunçular tərəfindən edildiyi görüntüsünü yaratmağa çalışdılar. Lakin hadisədən sonra qatillər bir-bir yoxa çıxmağa başladılar. Yalnız onu dabanlı ayaqqabı ilə vuran tələbə sağ qaldı. O, hər gecə yataqxanada dabanlı ayaqqabı səsi eşitdiyini söyləyirdi və Madam Koi Koinin onu izlədiyinə inanırdı. Lakin heç kim ona inanmırdı. Bir gecə səsin haradan gəldiyini tapmaq üçün çölə çıxdı, lakin ertəsi gün onun cəsədi yataqxananın qarşısında tapıldı. Bu hadisələrdən sonra məktəb bağlandı, tələbələr başqa məktəblərə köçürüldü və Madam Koi Koi'nin ruhunun indi digər məktəblərdə dolaşdığı söylənilir.
Fəaliyyəti Madam Koi Koi əsasən məktəblərdə dolaşaraq şagirdləri qorxudur və müxtəlif hadisələr törədir. Onun fəaliyyətləri arasında:
Məktəb qapılarını açmaq və bağlamaq Gizli şəkildə oxumaq və fit çalmaq Tualetdə və hamamda şagirdlərə hücum etmək Şagirdlərə şillə vurmaq
O, həmişə ayaq səsləri ilə tanınır və bəzi miflərə görə, o, yalnız daban ayaqqabısını axtarır və bunu tapana qədər tələbələri narahat edir.
Populyar mədəniyyətdə Madam Koi Koi Simisayo Braunstounun Feyi Fay və Sirli Madam Koi Koi hadisəsi adlı uşaq kitabında əsas antaqonistdir. Netfliksin qorxu serialı "The Origin: Madam Koi-Koi" bu şəhər əfsanəsinə əsaslanır.
İstinadlar
Kateqoriya:Kabuslar Kateqoriya:Şəhər əfsanələri Kateqoriya:Fövqəltəbii şəhər əfsanələri