Meri İstmen (; ) — folklorşünas, Amerika tarixçisi və roman yazıçısı, yerli amerikalıların həyatı haqqında əsərləri ilə tanınmışdır. O, həmçinin ABŞ-də köləliyin müdafiəçisi kimi çıxış etmişdir. Harriyet Biçer-Stoun köləliyə qarşı yazdığı "Tom dayının daxması" romanına cavab olaraq, İstmen "Aunt Phillis's Cabin; Or, Southern Life As It Is" ("Fillis xalanın daxması və ya Cənub həyatı olduğu kimi") adlı əsərini yazaraq cənubdakı kölə sahibliyi cəmiyyətini müdafiə etmişdir. Bu əsər ona böyük şöhrət qazandırmışdır. O, amerikalı rəssam və ordu zabiti Set İstmenın həyat yoldaşı idi.

Bioqrafiyası Meri Henderson 24 fevral 1818-ci ildə Virciniya ştatının Varrenton şəhərində anadan olmuşdur. Onun valideynləri Anna Mariya (Trakstun) və Tomas Henderson idi. Atası həkim idi. Anası isə ABŞ-ın Fransaya qarşı Kvazi-müharibəsi zamanı qəhrəmanlığı ilə tanınan Komodor Tomas Trakstunun qızı idi. "Aunt Phillis's Cabin" romanında yazdığına görə, İstmen Virciniyanın İlk Ailələrinin () nəslindən gəlirdi və kölə sahibliyi cəmiyyətində böyümüşdü.Mary Henderson Eastman, Aunt Phillis's Cabin, Philadelphia: Lippincott & Co., 1852, p. 202 Uşaqlıq illərini Virciniyada keçirsə də, ailəsi atası ABŞ Ordusunda köməkçi cərrah vəzifəsinə təyin edildikdən sonra Vaşinqtona köçmüşdür. Onun təhsilini Vaşinqtonda aldığı ehtimal edilir.

1835-ci ildə o, Set İstmen ilə evlənmişdir. Set, daha əvvəl Wakháŋ Inážiŋ Wiŋ ("Müqəddəs Dayanan") adlı Santi Dakota qəbiləsindən olan bir qızla evli olmuşdu. O, Bulud Adam (Cloud Man) adlı fransız-mənşəli Mdewakanton rəisinin qızı idi və tanınmış həkim, yazıçı və islahatçı Çarlz Aleksandr İstmenin babası hesab olunur. Evləndikləri zaman Set 27, Meri isə 17 yaşında idi.Set Vest Point hərbi akademiyasının məzunu və məşhur rəssam idi. Daha sonra Nyu-Yorkdakı Konfederasiya əsir düşərgəsinin komandiri olmuşdur. Bu düşərgə, Birlik həbsxanaları arasında ən yüksək ölüm nisbətinə sahib idi.

1841-ci ildə İstmen ərinin Fort Snellinqə komandir təyin olunması ilə birlikdə Minnesota ərazisinə köçmüşdür. O, burada Siu (Sioux) dilini öyrənərək yerli xalqın adət-ənənələrini və əfsanələrini sənədləşdirmişdir. Bununla yanaşı, ərinə rəsmlərini satmaqda və Henri Rou Skulkraft ilə layihə əldə etməkdə kömək etmişdir. Fort Snellinqdən ayrıldıqdan sonra Vaşinqtondə məskunlaşmış və cənubdakı kölə sahibliyi cəmiyyətini müdafiə etmişdir. Lakin sonradan köləlik məsələsində mövqeyini dəyişmiş və Unionist olmuşdur. 24 fevral 1887-ci ildə Vaşinqtonda vəfat etmiş və Oak Hill qəbiristanlığında dəfn olunmuşdur.Mary Henderson Eastman , Encyclopædia Britannica

Əsərləri İstmen Fort Snellingdə yaşadığı müddətdə, yerli mədəniyyəti sənədləşdirmək üçün araşdırmalar aparmışdır. Onun ilk əsərlərindən biri "Dahcotah; Or, Life and Legends of the Sioux Around Fort Snelling" ("Dakotalar; və ya Fort Snelling ətrafında Siu tayfasının həyatı və əfsanələri", 1849) adlı kitabdır. Bu əsər Siu xalqının adət-ənənələri və əfsanələri haqqında yarı-fantastik bir hekayədir və Siu mənşəli təbib qadın Çekered Kloudun izahatlarına əsaslanır. Kitab Set İstmen tərəfindən illüstrasiya edilmişdir və iddiaya görə Henri Vadsvort Lonqfellovun "The Song of Hiawatha" ("Hiavatının Mahnısı") əsərinə təsir etmişdir.

Kitabda Siu cəmiyyətində qadınların çətin həyatı, onların əzazil və qəddar ərləri tərəfindən ədalətsiz davranışlara məruz qalmaları təsvir olunmuşdur.İstmen həmçinin Şah-ko-pi adlı yerli oratorun natiqlik bacarığını vurğulamışdır. İstmen Dakota xalqından Vinona əfsanəsinin bir versiyasını topladığı iddia edilir. Bu əfsanəyə görə, Vinona Dakota rəisi Red Vinqin qızı idi. Lakin tarixi araşdırmalara əsasən, "Winona" adının o dövrdə şəxsi ad kimi istifadə olunmadığı və Dakota xalqının Avropa titullarından istifadə etmədiyi məlumdur.

1852-ci ildə İstmen Harriyet Biçer-Stounun köləliyə qarşı yazdığı "Uncle Tom's Cabin" əsərinə cavab olaraq "Aunt Phillis's Cabin; Or, Southern Life As It Is" adlı romanını yazmışdır. Bu əsər anti-Tom romanları arasında ən çox oxunanlardan biri olmuş və 20 000–30 000 nüsxə satılmışdır. İstmen burada cənublu kölə sahiblərini müdafiə etmiş və onların həyat tərzini haqlı çıxarmağa çalışmışdır.

Sonralar köləlik məsələsində mövqeyini dəyişmiş və Birlik ordusunun tərəfini tutmuşdur."Aunt Phillis's Cabin" , Uncle Tom's Cabin and American Culture, University of Virginia, 2007, accessed December 9, 2008; See also Alfred L. Brophy, "'over and above there broods a portentious shadow — the shadow of law,' Harriet Beecher Stowe's Critique of Slave Law in Uncle Tom's Cabin, Journal of Law and Religion 12 (1995): 457 discussing Eastman's response to Stowe's critique of slave law, especially as Eastman attempts to portray slavery as patriarchal. Bunun əsas səbəblərindən biri ərinin və oğullarının Birlik uğrunda mübarizə aparması idi. 1864-cü ildə o, "Jennie Wade of Gettysburg" adlı kitab yazmışdır. Bu əsər, Birlik uğrunda həlak olan qəhrəman Cenni Veydi tərifləyirdi.

Nəşrləri

Eastman, Mary Henderson (1853). The American Aboriginal Portfolio. Philadelphia: J. B. Lippincott. Eastman, Mary Henderson (1854). Chicora and Other Regions of the Conquerors and the Conquered. Reprinted as The American Annual; Illustrative of the Early History of North America (1855). Philadelphia: J. B. Lippincott. Eastman, Mary Henderson (1856). Fashionable Life. Philadelphia: J. B. Lippincott and Co. Eastman, Mary Henderson (1864). Jennie Wade of Gettysburg. Philadelphia: J. B. Lippincott. Eastman, Mary Henderson (1873). Easter Angels. Philadelphia: J. B. Lippincott.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Folklorşünaslar Kateqoriya:XIX əsrin ABŞ romançıları Kateqoriya:ABŞ-nin qadın yazıçıları Kateqoriya:XIX əsr qadın yazıçıları