Binyamin "Beni" Gantz ( iyun 1959), 2020-ci ildən İsrail Baş nazirinin köməkçisi, Müdafiə naziri və İsrailli keçmiş hərbçi.

Bioqrafiya 1959-cu ildə İsrailin Kefar Ahim kəndində anadan olub. Valideynləri Holokostdan sağ çıxan yəhudi mühacirlər idi. Qantz hərbi xidmətə 1977-ci ildə başlayıb və İsrail Müdafiə Qüvvələrində (IMQ) müxtəlif vəzifələrdə çalışıb. İsrailin müxtəlif hərbi akademiyalarında təhsil alıb, həmçinin ABŞ-ın Milli Müdafiə Universitetində magistr dərəcəsi əldə edib.

Karyerası Beni Qantz İsrail Müdafiə Qüvvələrinin (IMQ) general-leytenant rütbəsinə qədər yüksəlib və 2011-2015-ci illərdə İsrail ordusunun Baş Qərargah rəisi olub. Onun rəhbərliyi altında İsrail "Pillar of Defense" və "Protective Edge" kimi hərbi əməliyyatları həyata keçirib. Hərbi karyerasını başa vurduqdan sonra, Beni Qantz 2018-ci ildə siyasətə qoşulub və "Mavi və Ağ" (Kaxol Lavan) partiyasını yaradıb. O, 2019-cu ildən etibarən İsrail siyasətində mühüm fiqurlardan birinə çevrilib.

Şəxsi Həyatı Ailəlidir və 3 övladı var.

Qaleriya +thumb| Benny Gantz (sağda) ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Martin Dempsi ilə (solda), 2012|centerthumb| Baş Qərargah rəisi Benny Gantz 18 may 2011-ci ildə Paraşütçülər Atelyesində əsgərləri məşq edir|centerthumb| Baş Qərargah rəisi general-leytenant Benni Qantz təlim bazalarına qəfil səfər edir, mart 2011|centerthumb| Baş Qərargah rəisi general-leytenant Benni Qantz təlim bazalarına qəfil səfər edir, mart 2011|centerthumb| Beni Gantz müdafiə və təhlükəsizlik sahələrində iş həyatı ilə məşğul olub.|centerthumb| Gantz digər partiya üzvləri ilə, fevral 2019|center

İstinadlar

Kateqoriya:İsrail siyasi partiyalarının liderləri Kateqoriya:İsrailin müdafiə nazirləri