Mariya Millinqton Latberi, Ledi Evans () – klassik alim, arxeoloq və numizmat. Somervill Kollecinin məzunu olan Evans, Oksford Universitetinin qadınlara diplom verməsi uğrunda mübarizə aparmışdır. Etel Abrahams ilə birlikdə klassik yunan geyimi üzrə ilk qadın alimlərdən biri olmuşdur. O, arxeoloq Sir Con Evans ilə evlənmiş və onların qızı sənət tarixçisi Coan Evans olmuşdur.

Bioqrafiyası Latberi 1856-cı ildə Uimbldonlu Çarlz Krouford Latberinin ailəsində dünyaya gəlib. 1886-cı ildə 30 yaşında olarkən Oksford Universitetində Klassik humanitar elmlər üzrə təhsil almağa başlayıb; onun oxuduğu kollec Somervill idi. Klassik dünyaya marağı Ceyn Harrisonun "kənar mühazirələri" sayəsində formalaşıb. Oksfordda o, Persi Qardner tərəfindən təhsil almışdır. Daha sonra, 1892-ci ildə "gənc bir qadına yoldaşlıq etmək" məqsədilə Yunanıstana səyahət etmişdir. Orada sonralar yazdığı kitabın tədqiqatının bir hissəsini aparmışdır. O, həmçinin Dörpfeldin Yunan adalarına təşkil etdiyi turların birində iştirak etmişdir. Həmin ildə "The Academy" jurnalında yunan məbədlərində işıqlandırma mövzusunda qeydlər yazmışdır.Millington-Lathbury, M. (1892). CORRESPONDENCE. The Academy, 1869–1902, 0269–333X, (1028), 70.

1892-ci ildə Latberi arxeoloq Sir Con Evans ilə evlənmişdir. Onlar ilk dəfə Latberinin "Yunan məbədlərinin istiqamətindən asılı olaraq tarixi" mövzusunda mühazirəyə qatıldığı zaman tanış olmuşlar. Bir həftə sonra bir ziyafətdə yenidən görüşmüş və beş ay sonra evlənmişlər. Toy hədiyyəsi olaraq Evans, Latberiyə Alessandro Kastellani tərəfindən qızıl çərçivəyə yerləşdirilmiş Roma kameosu hədiyyə etmişdir. Cütlük, bal aylarını Britaniya və Fransada arxeoloji abidələri araşdırmaqla keçirmiş və dostları Nina Layard ilə səyahət etmişlər.

22 iyun 1893-cü ildə onların qızı Coan Evans Hertfordşirdə Naş Millsdə dünyaya gəlmişdir. 1906-cı ildə ailə Britvell, Berkhemsteda köçmüşdür. 1908-ci ildə Sir Cohn Evans vəfat etmişdir. Onun nekroloqunda Mariya Latberi, Ledi Evans "klassik alim və həvəsli antikvar" kimi təsvir olunmuşdur.LORD AVEBURY. 1908. 'Sir John Evans, K. C. B., D. C. L., F. R. S. Born November 17th, 1823; Died May 31st, 1908.'. Man Vol. 8, pp. 97–98. (available on-line: ). Ledi Evans 1944-cü ildə vəfat etmişdir.

Fəaliyyəti 1880-ci illərin sonunda imtahanları tamamladıqdan sonra Latberi universitetdə "Kənar Mühazirəçi" kimi təyin olunmuşdur. O, həmçinin Britaniya Muzeyində "qadın mühazirəçi" kimi çalışmış və əsasən yunan geyimləri ilə bağlı dərslər vermişdir. Həqiqətən də, Etel Abrahams ilə birlikdə Latberi yunan geyimi üzrə ilk qadın alimlərdən biri idi. Onların hər ikisi işlərinin ictimaiyyət üçün əlçatan olmasını və insanların yunan üslublu geyimləri özləri üçün yenidən yarada bilməsini istəyirdi.

1891-ci ildə Pall Mall Gazette jurnalında Ceyn Harrison ilə birlikdə müsahibə vermiş və yunan dünyası, arxeologiya və qadın auditoriyalarının arxeoloji mühazirələrə münasibəti haqqında danışmışdır.

1892-ci ildə Aristofanın The Frogs əsərinin səhnələşdirilməsi üçün kostyum dizayn etmişdir. 1893-cü ildə onun Yunan geyimləri barədə fəsillər adlı kitabı nəşr olunmuş və Oksford Universitetinin Dram Cəmiyyətinə Aristofanın The Frogs tamaşasının xatirəsinə ithaf olunmuşdur. Laberi, 1896-cı ildə Oksford Universitetinin qadınlara diplom verməsi üçün kampaniya aparanlardan biri idi.

1900-cü ildə The Englishwoman's Yearbook & Directory onu "arxeologiya sahəsində aktiv qadın" kimi qeyd etmişdir.

Əsərləri Chapters on Greek Dress (London, 1893) 'Hair Dressing on Roman Ladies as Illustrated on Coins' Numismatic Chronicle (1906) 'A Silver Badge of Thetford' Numismatic Chronicle (1907) 'Memorial Medal of Anne Eldred' Numismatic Chronicle (1908) 'A Silver Plaque of Charles I as Prince' Numimatic Chronicle (1908) 'Memorial Medal of Josiah Nicolson' Numismatic Chronicle (1909) 'The Trentham Statue and the Sacerdotessa' The Burlington Magazine (1910) 'Le Pontifical de Metz' Revue Archéologique (1912) Lustre Pottery (1920) 'Moorish Potters in France' The Burlington Magazine (1936)

İrsi Lathbury buried a time capsule on 20 July 1898, with a halfpenny and a handwritten note inside, to commemorate the construction of St Albans Museum, which her husband helped to found. A new capsule was re-buried on the same spot in 2018.

İstinadlar