Emily Eden (d. 3 mart, 1797 – ö. 5 avqust, 1869) – ingilis şairə və roman müəllifi olub, 19-cu əsrdəki həyatın hazırcavab və incə müşahidələrini yazılarında əks etdirmişdir. Hindistana etdiyi səyahət haqqında məşhur bir əsər yazmış, həmçinin yaxşı satılan iki roman müəllifi olmuşdur. O, həm də istedadlı həvəskar rəssam idi.
Əsli-nəsəbi Emili Eden Vestminsterdə doğulmuşdur və Uilyam Eden, 1-ci Baron Ouklənd və Eleanor Elliotun yeddinci qızı idi. O, Böyük Britaniyanın keçmiş Baş naziri Entoni Edenin qohumu idi.
Hindistan illəri Emili Eden 30 yaşında bacısı Fanni ilə birlikdə Hindistana səyahət etmişdir. Onların qardaşı Corc Eden, 1-ci Ouklənd qrafı, 1835-1842-ci illərdə Hindistanda General-Qubernator vəzifəsində çalışırdı.
Eden burada keçirdiyi vaxtı gündəlik məktublar şəklində bacısı Meri Drammonda yazmış, bu yazılar 1867-ci ildə "Uzaq Ölkədə: Hindistanın yuxarı vilayətlərindən bacısına yazılmış məktublar" adı ilə toplanaraq nəşr olunmuşdur.
Edenin Hindistandakı yazıları əsasən səyahət təsvirləri, yerli rənglər və iştirak etdiyi rəsmi və ictimai tədbirlərin detalları üzərində qurulsa da, o, eyni zamanda qardaşının idarəçiliyi dövründə baş verən əsas siyasi hadisələri də təsvir etmişdir. Bunlardan biri 1842-ci ildə Kabilin tərk edilməsi zamanı bir britaniya-hind ordusunun tam məhvi olmuşdur, hansı ki, bu hadisəyə görə Corc Eden də qismən məsul tutulmuşdur.
Eden Hindistanda olduğu müddətdə həm də rəssamlıqla məşğul olmuşdur. O, Hindistan şahzadələri, əsgərləri və xidmətçilərinin portretlərini çəkməklə həm texniki bacarığını, həm də psixoloji anlayışını nümayiş etdirmişdir. Onun "Hindistan şahzadələri və hind xalqının portretləri" adlı kitabı 1844-cü ildə nəşr olunmuş və özündə 24 litoqrafiya təsviri ehtiva etmişdir. Bu əsərdə Dost Məhəmməd Xan və Rəncit Sinqh kimi mühüm Əfqanıstan və Hindistanın siyasi fiqurlarının portretləri yer almışdır.
O, sikkə kolleksiyası da toplamışdır.Pratipal Bhatia, "Emily Eden collection of Sasanian, Kushano-Sasanian, Kidarite and Indo-Sasanian type coins (British Museum, London)", Journal of the Oriental Society of Australia, 48, 2016, -134.
Bədii yaradıcılığı Emili Eden iki uğurlu romanın müəllifidir:
"Yarıbitişik ev" (1859) "Yarıbitişik cütlük" (1860)
Bu əsərlərdə orta təbəqə üçün populyarlaşan yarıbitişik evlər və Britaniyanın sənayeləşməsi ilə dəyişən şəhər həyatı təsvir edilmişdir. İkinci roman 1829-cu ildə yazılsa da, 1860-cı ildə nəşr olunmuşdur.
Edenin üslubu Ceyn Osten ilə müqayisə olunmuşdur, çünki onun yazıları həm incə yumor, həm də sosial müşahidələrlə zəngin idi. Con Sazerlend "yarıbitiş ev" romanını "aristokratik üslub, burjua hörmətliliyi və kobud bayağılıq arasındakı sosial fərqlərin bacarıqlı bir tədqiqi" adlandırmışdır.
Onun məktubları Virciniya Vulfun yaxın dostu Violet Dikinson tərəfindən nəşr olunmuşdur."Not new but fresh", Time, 23 June 1947. Onların içində Böyük Britaniya ictimai həyatına dair unudulmaz fikirlər yer alır, xüsusilə Kral IV Vilhelmin taxta çıxmasını alqışlayan və onu "əvvəlki bağışlamaz heyvan IV Corcla müqayisədə böyük bir irəliləyiş" adlandıran şərhi məşhurdur.John Sutherland: Longman Companion to Victorian Fiction (1988), quoted in XIX Century Fiction, Part I, A–K (Jarndyce, Bloomsbury, 2019).
Emili Edenin bacısı qızı Eleanor Lena Eden də "Lena" təxəllüsü ilə uşaq kitabları yazmışdır. Onun 1867-ci ildə yazdığı "Damblton Kommon" romanı, Elizabet Qaskellin "Krənford" əsərindən ilhamlanmışdır.XIX Century Fiction, Part I, A–K (Jarndyce, Bloomsbury, 2019).
Lord Melburnla münasibəti Emili Eden heç vaxt evlənməmiş və yazmaqdan maddi asılılığı olmamışdır. Lakin Ledi Kerolayn Lembin ölümündən sonra bəzi dostları onun Lord Melburn ilə evlənəcəyini ümid etmişdir. Melburn ilə yaxın dost olan Eden, onu "çaşdırıcı" və "ədəbsiz ifadələrindən şoka düşdüyü biri" kimi təsvir etmişdir. Lord David Sesil öz bioqrafiyasında qeyd edir ki, onların evlənməsi mükəmməl ola bilərdi, lakin "sevgi müdrikliyin övladı deyil və onların heç biri bunu istəmirdi".David Cecil, Lord Melbourne (Constable and Co., London, 1965).
Şəxsiyyəti Emili Edenin məktubları London, koloniyalar və dünya səyahətləri haqqındakı təsvirləri ilə seçilirdi. Araşdırmaçı Prudens Hanney, onun "güclü duyğulara və həyatı açıq bir baxışla qəbul etməyə meyilli olduğunu, müşahidə qabiliyyətinin iti və gülməli detallar yazmaqda bacarıqlı olduğunu" vurğulamışdır.Prudence Hannay, "Emily Eden as a Letter-Writer", History Today (1971) 21#7 pp 491-501. 2013-cü ildə onun qardaşının Hindistandakı idarəçiliyi haqqında yazılmış bir tarix kitabında, Emili Eden "sancaq kimi iti, amma bir o qədər də heyran olan bacı" kimi təsvir edilmiş və onun gündəliyinin dövrün ən məşhur səyahət qeydlərindən biri olduğu bildirilmişdir.
İstinadlar Kateqoriya:XIX əsrin İngiltərə romançıları