Cuco (əsl adı: Omar Banos; ) — ABŞ müğənnisi. Onun musiqisi bosa nova, indi-pop və psixodeliya elementlərini özündə birləşdirir.
Musiqi ilə uşaq yaşlarından məşğul olan və mahnı yazmağı öz səyləri hesabına öyrənən Cuco, 2016-cı ildə debüt minialbomu olan "Wannabewithu"nu təqdim edib. Onun ilk viral mahnıları "Lover is a Day" və "Amor de Siempre" adıçəkilən minialbomda yer alır. O, növbəti il sayca ikinci minialbomu olan "Songs4u"nu yayımlayıb. Cuco-nun 2017-ci ildə çıxardığı sinqlı "Lo Que Siento" geniş rəğbətlə qarşılanmış və bu, onu kolleci buraxmağa və musiqiçi kimi karyera qurmağa vadar etmişdir.
Cuco 2019-cu ildə Interscope Records ilə müqavilə bağlayıb. "Para Mi" – onun debüt studiya albomudur və elə həmin il işıq üzü görüb. 2022-ci ildə "Fantasy Gateway" adlı ikinci studiya albomu yayımlayıb. Hansı ki, üzərində prodüser Manuel Lara ilə birlikdə işləyib. Onun sayca üçüncü minialbomu olan "Hitchhiker" isə 10 noyabr 2023-cü ildə buraxılıb.
Həyatı 26 iyun 1998-ci ildə İnqlvudda Meksikadan olan mühacirlərin ailəsində doğulub. Valideynlərinin yeganə övladıdır. Anası İrma Puebladan, atası Adolfo Mexikodandır. O, Kaliforniyanın Hotorn şəhərində böyüyüb. Musiqi ifa etməklə səkkiz yaşında maraqlanmağa başlayıb. 15 yaşına çatmazdan qabaq truba, gitara, klaviatura, təbil, bas gitara, melofon və valtorn kimi müxtəlif çalğı alətlərində özünü sınamışdı. O, ibtidai təhsilini Lennoksda, orta təhsilini Hawthorne High School-da alıb. Burada marş qrupunda və caz qrupunda çıxış edirdi.
Diskoqrafiya Studiya albomları Para Mi (2019) Fantasy Gateway (2022)
Minialbomlar Wannabewithu (2016 Songs4u (2017) Cuco on Audiotree Live (2018) Chiquito (2018) Hitchhiker (2023)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Interscope Records artistləri