Əbül-Abbas Əhməd ibn Ömər ibn İbrahim əl-Ənsari əl-Qurtubi (; ) — Əndəlüslü maliki fəqihi, mühəddis. "İbnül-Müzəyyən" künyəsi ilə tanınır. O, "Səhihi-Müslim"i ixtisar etmiş və sonra da bu ixtisara "əl-Müfhim limə uşkilə min təlxisi-Kitabi-Müslim" adlı şərh yazmışdır.

Bioqrafiyası 1182-ci ildə Qurtubədə dünyaya gəlmişdir.

Tilimsanda Əbu Məhəmməd Abdullah ibn Süleyman və Əbu Həsən Əli ibn Məhəmməd əl-Yəhsubidən hədis və fiqh öyrənmişdir. O, "Muvatta" və "Səhihi-Müslim" kitablarının rəvayət icazətini (diplomu) almışdır. Mərakeşdə Əbu Qasım Əbdürrəhman ibn İsa əl-Əzdi və Əbu Abdullah Məhəmməd ibn Əbdürrəhman ət-Tücibidən, Seutada Əbdülhəqq ibn Məhəmməd ibn Əbdülhəqq əl-İşbilidən elm öyrənmişdir. Məkkə, Mədinə, Qüds, İsgəndəriyyəyə gedərək, buralardakı alimlərə də tələbəlik etmişdir. İsgəndəriyyədə müəllimlik etmişdir.

Əbu Həsən ibn Yəhya əl-Qureyşi, Əbdülmümin ibn Xələf əd-Dimyəti, Məhəmməd ibn Əhməd əl-Qurtubi, Əbu Abdullah ibn əl-Əbbar onun tələbələrindən bir-neçəsidir.

Gənclik illərində əqli (dünyəvi) elmlərlə məşğul olsa da sonradan hədis, fiqh, bəlağat, ərəb dili və ədəbiyyatı ilə məşğul olmuş və bu elmlərdə ustalaşmışdır. Əhməd Qurtubi dəlilləri zəif hesab etdiyi məsələlərdə malikilərin fikirlərinə qarşı çıxmış, bəzən şafiilərin və ya əhli-hədisin nəzərinə üstünlük verimişdir.

Əhməd Qurtubi 2 noyabr 1258-ci ildə (4 Zilqadə hicri 656) İskəndəriyyədə vəfat etmişdir. İbn Fərhun onun hicri 626-cı ildə (miladi 1229) öldüyünü desə də bu doğru hesab edilmir.

Əsərləri Onun digər əsərləri bunlarıdır: Təlxisu Səhihi-Müslim. Kəşfül-Qinə ən hökmil-vəcd vəs-səma (ənil-vəcd vəs-səma). İxtisaru Səhihil-Buxari.

Mənbələr onun Buxarinin "Səhih"inə şərh yazdığı və "ət-Təzkirə fi zikril-məvtə və əhvalil-axirə" adlı bir əsərinin də olduğunu qeyd etmişdir.

İstinadlar Kateqoriya:Ravilər

Kateqoriya:Sünni müsəlman İslam alimləri