Zənbil adası palçıq vulkanı– Səngəçal burnundan 12 km cənub-şərqdə yerləşir.
Haqqında
Adanın uzunluğu dil ilə bərabər 2.5 km, eni 875 m-dir. Ada krater bəndi qalığının seqmentidir. Mərkəzi hissəsi Xəzər səviyyəsindən 3-4 m yüksələn təpə şəklindədir, yastı zirvəsi və uçurumlu yamaclara malikdir. Vulkanın boğazı adanın şimal sahilində yerləşir. Krater sahəsinin diametri 150 m-dir. Brekçiya örtüyünün orta qalınlığı 45 m olub, 25 ha sahəni tutur. Vulkan asimmetrik Duvannı-dəniz strukturunun cənub-qərb qanadının tağa yaxın hissəsində yerləşir, Səngəçal-dəniz strukturundan daralma ilə ayrılır və Xərə-Zirə adasına doğru enir. Məhsuldar qat çöküntüləri tağ və tağyanı hissələrdə tavandan 800 m dərinliyə qədər yuyulub. Qırışıq vulkanın əlaqədar olduğu uzununa və eninə pozulmalarla mürəkkəbləşib. Zənbil adası palçıq vulkanı ilk dəfə 4 sentyabr 1961-ci ildə püskürüb. Daha sonra 20 avqust 1995-ci ildə püskürüb. Yeraltı uğultu, partlayış, hündürlüyü təqribən 300 m olan alov müşahidə edilib. Brekçiyanın səthində diametri 2 m olan çuxurlar, sahənin mərkəzi hissəsində 0.12 ha yanmış brekçiya qeyd edilib. 3 ay ərzində alov dilləri müşahidə edilib. Xətti və radial çatlar qeyd edilib.
Həmçinin bax Torağay palçıq vulkanı
İstinadlar
Xarici keçidlər Azərbaycanın hələ də tam öyrənilməyən dünya əhəmiyyətli xəzinəsi - palçıq vulkanları
Kateqoriya:Palçıq vulkanları Kateqoriya:Azərbaycanın palçıq vulkanları