Gil palçıq vulkanı – Ələt burnunun 5 km cənubunda yerləşən palçıq vulkanı.

Haqqında Ələt burnundan 5 km cınubda yerləşir. Vulkan dəniz səviyyəsindən hündürlüyü 18 m olan kökəyəbənzər sahəni təmsil edir. Morfolofi olaraq ada şərqdə yüksək hissədən və cənub-qərbdə daralan dildən ibarətdir. Hündür hissənin sahəsi 900x750 m, dilin uzunluğu 2600 m, eni 70 mdən 200 m-ə qədərdir. Palçıq vulkanı brekçiyasının sahəsi 170 ha, orta qalınlığı 15 m-dir.

Adadan cənub-şərqə seysmik profildə antiklinal əyilmə, Gil adasında isə pilosen çöküntülərində şimal-qərb periklinalı inkişaf etməyən, zəif əks olunan gömülmüş qalxım qeyd edilir. İlk dəfə 1810-cu ildə, daha sonra 1859-cu il 23 iyunda, 1895, 1896-cı illərdə püskürüb.

Həmçinin bax Torağay palçıq vulkanı

İstinadlar

Xarici keçidlər Palçıq vulkana çevriləndə

Kateqoriya:Palçıq vulkanları Kateqoriya:Azərbaycanın palçıq vulkanları