Doqquz kraliça () — rejissor Fabian Belinskinin çəkdiyi 2000-ci ildə ekranlara çıxmış Argentina istehsalı olan cinayət dram filmidir. Film beynəlxalq kinofestivallarda bir sıra mükafatlar əldə etmişdir.

Süjet xətti Xuan gəncdir və dələduzluqda ittiham olunan atasına vəkil tutmaq üçün onun həqiqətən 70 min Argentina pesosuna ehtiyacı vardır. Pul qazanmaq üçün bir çox yolları sınaqdan çıxardan Xuan, sonda belə bir qərara gəlir ki, pul qazanmaq üçün ən asan yol mağazalarda işləyən satıcı qadınları aldatmaqdır. Etdiyi dələduzluqlardan biri zamanı polisin əlinə keçməsinə az qalmış gənc fırıldaqçını Markos adlı ondan daha təcrübəli olan həmkarı xilas edir. Qeyri-qanuni yollarla pul qazanmaq üçün o bütün yolları sınayır və hətta qəzet köşklərindəki təzə qəzetləri də almır, amma bunları ağıllı bir formada köhnə qəzetlər ilə dəyişdirirdi.

Markos Xuana fəaliyyət metodları haqqında ətraflı olaraq danışır və onu da özü ilə bərabər dələduzluqla məşğul olmağa dəvət edir. Dələduzlara bir neçə yüz min dollar qazanc əldə etmək perspektivi açan möcüzəli bir hadisə baş verməsəydi, onlar kafelərdə cırılmış yüz dollarlıq əsginaslarla səhnələr oynamağa davam edəcəkdilər. Əvvəlcə rəvan bir formada başlayan çox nadir olan Doqquz kraliça markalarının satışı əməliyyatı, sonradan çoxsaylı problemlərlə üzləşir və nəticədə Xuan və Markos tamamilə iflas edir.

Rollarda

İstinadlar

Xarici keçidlər

Nueve reinas at the Cinenacional.com

Kateqoriya:Fırıldaqçılar haqqında filmlər Kateqoriya:İspanca filmlər Kateqoriya:Argentina filmləri Kateqoriya:Argentinanın cinayət filmləri Kateqoriya:Argentinanın müəmma filmləri Kateqoriya:Argentinanın dram filmləri Kateqoriya:2000-ci illərin müəmma filmləri Kateqoriya:Argentinada çəkilmiş filmlər Kateqoriya:Argentina haqqında filmlər Kateqoriya:2000-ci illərin soyğun filmləri Kateqoriya:2000-ci illərin cinayət dram filmləri Kateqoriya:Müstəqil Argentina filmləri Kateqoriya:2000-ci illərin ispan dilli filmləri Kateqoriya:Buenos-Ayresdə çəkilmiş filmlər Kateqoriya:Buenos-Ayres haqqında filmlər Kateqoriya:Disneyin distribütör olduğu filmlər Kateqoriya:İspan dilində cinayət dram filmləri Kateqoriya:Buena Vista International filmləri Kateqoriya:Argentinanın detektiv filmləri Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:Lionsgate filmləri Kateqoriya:Argentinanın triller filmləri Kateqoriya:Dramlar Kateqoriya:Sony Pictures Classics filmləri