Hikmət Valeh oğlu Quliyev () — Azərbaycan folklorşünası, filoloqu, filologiya elmləri doktoru, dosent, AMEA-nın Folklor İnstitutunun direktoru (2025).

Hikmət Quliyev Azərbaycanda İnternet-folkloru üzrə Elmlər doktoru dərəcəsini almış ilk alimdir.

Həyatı Hikmət Quliyev 10 aprel 1985-ci ildə Zəngilan rayonunda anadan olub. 1991–2002-ci illərdə Zəngilan rayon 7 saylı orta məktəbi bitirib. 2002–2006-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2006–2008-ci illərdə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2008–2009-cu illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur.

Ailəsi Hikmət Quliyev ailəlidir, iki övladı var.

Elmi fəaliyyəti Hikmət Quliyev 2005-ci ildə AMEA Folklor İnstitutu, Mifologiya şöbəsində böyük laborant müvafiq olaraq, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010–2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi vəzifəsində işləmişdir. 2010–2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi vəzifəsində işləmişdir. 2013–2025-ci illərdə AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışmışdır 2023-cü ildən Xəzər Universitetində Azərbaycan humanitar təhsil sistemi üçün yeni bir fənn sahəsi olan "İnternet folkloru"nu magistratura pilləsində tədris edir. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2016–2019-cu illərdə Azərbaycan Dövlət Televiziyası (AzTv) ilə AMEA-nın birgə layihəsi olan və 60 buraxılışı efirdə yayımlanan "Elm və innovasiya" elmi–publisistik proqramının redaktoru olmuşdur.

2015-ci ildə AMEA Folklor İnstitutunda "Azərbaycan folklorunda Müdrik qoca arxetipi" mövzusunda dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2018-ci ildə folklorşünaslıq üzrə dosent elmi adına layiq görülmüşdür. 2024-cü ildə "İnternet folkloru: nəzəri–metodoloji kontekst və folklorik məna yaradıcılığı" mövzusunda filologiya elmləri doktoru dissertasiyasını uğurla müdafiə etmişdir. Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 20 iyun 2025-ci il tarixli Qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsi almışdırhttps://aak.gov.az/phd?full_name=Quliyev+Hikmət+Valeh&science=9&code=0&p_name=0. AMEA prezidentinin 10 fevral 2025-ci il tarixli 14 nömrəli Sərəncamı ilə AMEA Folklor İnstitutunun direktoru vəzifəsinə təsdiq edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərman və AMEA-nın 80 illik yubileyi münasibətilə Döş nişanı ilə təltif edilmişdir.

Beynəlxalq elmi fəaliyyəti Nüfuzlu beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) indeksləşən jurnallarda 4 məqaləsi dərc olunmuşdur. Google Scholar profilində 21 sitat gətirilmə, 2 h-indeksi və 50-dən çox nəşri olan Hikmət Quliyev, İnternet folklorunun öyrənilməsinə mühüm töhfələr vermişdir. Hikmət Quliyevin Academia.edu elmmetrik bazasında isə 2142 ictimai baxış vardır ResearchGate bazasında isə 4506 oxunma sayı vardırhttps://www.researchgate.net/profile/Hikmet-Guliyev.

Ulakbim Dergipark Elmi platformasında bir sıra xarici jurnalların Redaksiya heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisidir. Özbəkistan Respublikası Fənlər Akademiyası Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyinin "Ədəbi miras" jurnalının, Qırğızıstan Respublikası Manas Akademiyasının "Epos" jurnalının Redaksiya Heyətinin üzvüdür.

Elmi əsərləri Hikmət Quliyev 100-dən artıq elmi məqələnin və monoqrafiyaların müəllifidir. Onlardan bəziləri aşağıda qeyd edilənlərdir: (2020) Возможности использования фольклора в информационной безопасностиhttp://infosoc.iis.ru/article/view/527/425 (2020) Psychoanalytic approach to the character of Mullah Nasreddinhttps://www.researchgate.net/publication/355584739_PSYCHOANALYTIC_APPROACH_TO_THE_CHARACTER_OF_MULLAH_NASREDDIN (2022) İnternet Folkloru Bağlamında Parodik Kahraman Algısı: Sosyal Protesto Ve Yetişkinliğe Kültürel Geçiş (2024) Embodiment of the Manhood in Folklore: Keeping Secret from Women in Azerbaijan in the Context of a Real and Virtual Social Environment (2025) Language of internet folklore: Socio-technological environment and virtual communication

Kitabları Hikmət Quliyev 6 kitabın və 2 monoqrafiyanın müəllifidir. Müdrik qoca arxetipinin semantik strukturu və paradiqmaları. Bakı: Elm və təhsil, 2016. Folklorun funksional strukturu: multidissiplinar kontekst (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2016. Virtual mühitdə folklor: ənənə və kommunikasiya. Bakı: Sabah, 2018.https://www.researchgate.net/publication/331374818_VIRTUAL_MUHITD_FOLKLOR_NN_V_KOMMUNIKASIYA_SANAL_ORTAMDA_FOLKLOR_GELENEK_VE_ILETISIM_FOLKLORE_IN_VIRTUAL_ENVIRONMENT_TRADITION_AND_COMMUNICATION Azərbaycan nağılları: obrazlar və funksiyalar (Səfa Qarayevlə birgə). Bakı: Savad, 2021. Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2023. Zengezur: Mekandan Anlama Folklorun Semantiği. (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2023.

Həmçinin bax AMEA Folklor İnstitutu

İstinadlar

Xarici keçidlər Folklor: kənd konservatizmi, şəhər liberalizmi və internet karnavalizmi

Kateqoriya:Azərbaycan folklorşünasları