Au Ko (çu Han: 甌姬; ) — Vyetnam xalqının yaradılış əfsanəsinə görə, ölməz dağ qar tanrıçası. Au Ko, Lạc Long Quân (hərfi mənası: Lak Əjdaha Lordu) ilə evlənmiş və Bayyue kimi tanınan yüz uşağın olduğu bir yumurta torbası doğmuşdur. Onlar Vyetnam xalqının əcdadları hesab olunur. Au Ko Vyetnam sivilizasiyasının anası kimi ehtiramla anılır.

Əfsanə Au Ko qarlı dağlarda yaşayan tiên (ölməz) idi. O, insanlara şəfa vermək üçün səyahət edirdi, çünki tibbdə çox bacarıqlı və mərhəmətli idi. Bir gün səfəri zamanı qəfil bir canavar peyda oldu və onu qorxutdu. Au Ko qorxudan durnaya çevrilərək uçmağa başladı. O anda dənizdən gələn əjdaha padşahı Lạc Long Quân keçirdi və təhlükədə olan durnanı gördü. O, yaxınlıqdakı bir daşı götürüb canavarı öldürdü. Au Ko xilas edildikdən sonra öz xilaskarını görmək üçün uçmaqdan dayandı və yenidən tiên (ölməz) formasına qayıtdı. O, anında xilaskarına aşiq oldu.Leeming, David Adams, Creation myths of the world: an encyclopedia, Vol. 1, ABC-CLIO, 2010. p. 270.

Daha sonra Au Ko bir yumurta torbası dünyaya gətirdi və bu torbadan yüz uşaq çıxdı. Lakin bir-birilərinə olan sevgilərinə baxmayaraq, Au Kohəmişə dağlara qayıtmaq istəyirdi, Lạc Long Quân isə dənizə qayıtmağa can atırdı, çünki orada günlərin uzunluğu fəsillərə görə ölçülürdü. Onlar ayrıldılar, hərəsi 50 uşaq götürdü. Au Ko Vyetnamın qarlı dağlarına yerləşərək, gələcəkdə Hunq Vonq (Hunq padşahları) kimi tanınacaq, güclü və ağıllı 50 lider yetişdirdi.Nghia M. Vo Saigon: A History 2011– Page 285 "According to legend, King Lạc Long Quân wed fairy Âu Cơ who gave him 100 children. Both considered to be the ancestors of the Vietnamese nation, they later split up; taking 50 children, he settled along the coastal area and founded the ..."

Vyetnam ədəbiyyatında

Bu əfsanə XV əsrə aid olan Đại Việt sử ký toàn thư (Day Vyetin tam salnamələri) və XIV əsrə aid olan Lĩnh Nam chích quái (Linh-Nam Tozundan Dərilən Möcüzələr) kitablarında qeyd edilir.Keith Weller Taylor: The Birth of Vietnam. Revision of thesis (Ph.D.). Appendix A, p. 303. University of California Press (1991);

Đại Việt sử ký toàn thư əsərinə görə, Au Ko Lay İmperatorun (başqa adı Đế Ai 帝哀, yaxud İmperator Ai, Şennonq nəslindən) qızıdır. Lĩnh Nam chích quái əsərində isə Au Ko əvvəlcə Lay İmperatorun kənizi olmuş, sonra isə Lạc Long Quân ilə evlənmişdir.Huangfu Mi. Records on Generations of Kings and Emperors 帝王世紀. Article "Shennong-shi". Həmçinin, bu versiyada Au Ko yumurta torbasını pis bir əlamət hesab edərək tarlaya atmışdır. Tarixçi Nqo Si Liyen bu əfsanənin bəzi ibtidai cəhətlərini qeyd etmişdir. O, Lạc Long Quân-un atası Kral Kin Duonq ilə Au Konun babası De Nqinin qardaş olduğunu vurğulamışdır. Bu əfsanə Vyetnam məktəblərində geniş şəkildə öyrədilir.

Amerikalı yazıçı Meri Makkarti Vyetnam müharibəsi haqqında yazdığı "Vietnam" adlı kitabçasında qeyd edir ki, ABŞ agentləri bu yaradılış əfsanəsindən istifadə edərək Cənubi Vyetnamda vətənpərvərlik ruhunu artırmağa çalışmışlar.Marie-Carine Lall, Edward Vickers Education As a Political Tool in Asia 2009 Page 143 "... the cradle of 'Vietnamese-ness'. The history of the country really started around 800 bc with the Văn Lang kingship. Children learn about the legends of the nation's birth, which feature heroic figures such as Kinh Dương Vương, Âu Cơ – Lạc Long Quân ..."Jonathan D London Education in Vietnam 2011 Page 68 "Âu Cơ origin goddess"

İstinadlar

Mənbə

Friedman, Amy. "One Hundred Kings – a Legend of Ancient Vietnam", South Florida Sun Sentinel, 12 July 2005, pg. 8 Taylor, Sandra C. Vietnamese Women at War (Kansas: University Press of Kansas, 1999) Turner, Karen Gottschang. Even the Women Must Fight (New York: John Wiley & Sons, Inc., 1998) Willing, Indigo A. “The Adopted Vietnamese Community: From Fairy Tales to the Diaspora”, Michigan Quarterly Review 43, no. 4 (2004)

Xarici keçidlər

Vietnamese Myths & Legends Civilization.ca - Boat People No Longer: Vietnamese Canadians - History of Vietnam

Kateqoriya:Qadın mifoloji varlıqlar Kateqoriya:Pərilər Kateqoriya:İlahə ana Kateqoriya:Milli personifikasiyalar