Cihad Muğniyə () — 2 may 1991-ci ildə anadan olan və — 18 yanvar 2015-ci ildə vəfat edən Cihad Muğniyə, Livan Hizbullahının yüksəksəviyyəli komandirlərindən biri olan İmad Muğniyənin oğlu olub.https://web.archive.org/web/20170904071154/http://www.presstv.ir/Detail/2015/01/20/393888 Cihad Muğniyə, Muğniyə ailəsinin Məzrəətul-Əməl şəhərinə raket hücumu zamanı qətlə yetirilən dördüncü üzvüdür.

Həyatı Cihad Muğniyə 2 may 1991-ci ildə Livanın Tayir Daba şəhərində İmad Muğniyənin ən kiçik övladı olaraq anadan olub.

1991-ci ildə təhlükəsizlik məsələlərinə görə Əsra, Həsən, Hüseyn, Fuad və Zəhra adlı digər beş bacı-qardaşları ilə birlikdə İrana gedib, daha sonra qayıdıb və Livanın cənubunda məskunlaşıb.https://web.archive.org/web/20150118195826/http://www.nation.lk/2008/02/17/special5.htm

Atasının öldürülməsindən bir həftə sonra o, Livan Hizbullahının lideri Seyyid Həsən Nəsrullaha sadiqliyini bəyan etdi. Bəzi mənbələrə görə, o, Seyyid Nəsrullahın şəxsi mühafizəçilərindən biri olub.

Qətli 2015-ci il yanvarın 18-də Şəhid Cihad Muğniyə bir sıra Hizbullah və İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələri ilə birlikdə Quneytəra bölgəsindəki "Məzrəətul-Əməl" şəhərini öz maşınları ilə ziyarət edərkən, İsrailə baxan Colan Təpələrində İsrail ordusunun helikopterlərinin hədəfinə çevrildi. Bu hücumda Cihad Muğniyə və bir neçə digər Hizbullah qüvvələri, həmçinin Məhəmməd Əli Allahdadi adlı Sepah komandiri qətlə yetirildi. Bu əməliyyat Seyyid Həsən Nəsrullahın İsrailin Suriyadakı hava hücumları ilə bağlı çıxışından bir neçə gün sonra həyata keçirildi.

Dəfn mərasimi Şəhid Cihad Muğniyənin dəfn mərasimi Beyrutun cənubunda keçirildi. Bu mərasimdə Livanın müxtəlif yerlərindən çoxlu insanlar Beyrutun bu hissəsinə gəlmişdi. Hizbullahın siyasi ofisinin rəhbəri Seyid İbrahim Əmin əl-Seyyid, Cihad Muğniyənin cənazəsi üzərində namaz qıldı. Cihad Muğniyənin cənazəsi dəfn mərasimindən sonra atası İmad Muğniyənin yanında dəfn edilib.http://www.tabnak.ir/fa/news/468153

İstinadlar Kateqoriya:Məqsədli qətllər Kateqoriya:İsrailin hava hücumları nəticəsində ölənlər