Cun Barrou-Qrin (d. 1953) riyaziyyat tarixi üzrə professor olan və eyni zamanda London iqtisadiyyat məktəbində qonaq professor kimi fəaliyyət göstərən alim.
Təhsil Barrou-Qrin 1986-cı ildə London Kral Kollecini Riyaziyyat üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildə isə Riyazi Fizika üzrə magistr dərəcəsi alıb. 1993-cü ildə Ceremi Qreyin Açıq Universitetdə rəhbərliyi altında "Puanqare və Üç Cisim Problemi" mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi qazanıb.
Fəaliyyəti 1993-cü ildən bu günə qədər Barrou-Qrin Açıq Universitetdə fəaliyyətə başlamış və 2015-ci ildə professor vəzifəsinə təyin edilmişdir. 2003-2005-ci illərdə Riyaziyyat tarixi üzrə Britaniya Cəmiyyətinin prezidenti olub. 2007-2018-ci illərdə London Riyaziyyat Cəmiyyətinin Şurasına üzv seçilmiş və həmin dövrdə cəmiyyətin kitabxanaçısı kimi xidmət edib.
2014-cü ildə "The Mathematical Intelligencer" jurnalında dərc olunan "Bir Amerikalı Avropaya Gedir: Osvald Veblenin Corc Birkoffa 1913/1914-cü illərdə yazdığı üç məktub" adlı məqaləsinə görə birinci Çandler Deyvis İzahedici mükafatını qazanıb.
2018-ci ildə keçirilmiş beynəlxalq riyaziyyatçılar konqresi çərçivəsində Rio-de-Janeyroda keçirilən "Riyaziyyat və təbii elmlərdə gender uçurumu: tarixi baxış" adlı panel müzakirəsində iştirak edib. Müzakirəyə ingilis riyaziyyatçısı Karolin Seris sədrlik edib, fransız riyaziyyatçısı Mari-Fransua Ruan və argentinalı fizik Silvina Pons Douson da panelin üzvləri arasında olub.
O, Beynəlxalq Riyaziyyat Tarixi Komissiyasının icra komitəsinə rəhbərlik edir.
Avqust 2021-ci ildə Kral Cəmiyyəti ona Wilkins-Bernal-Medawar medalını təqdim edib. Bu mükafat ona XIX və XX əsr riyaziyyatı üzrə araşdırmalarına, həmçinin qadınların tarixi və müasir riyaziyyatda az təmsil olunması məsələsinə verdiyi töhfələrə görə verilib.
Seçilmiş əsərləri
Barrow-Green, June; Gray, Jeremy; Wilson, Robin, The History of Mathematics: A Source-Based Approach: Volume 1, American Mathematical Society & Mathematical Association of America, 2019 Gowers, Timothy; Barrow-Green, June; Leader, Imre, redaktorlar The Princeton Companion to Mathematics, Princeton University Press, 2008
Barrow-Green, June, Poincaré and the three body problem, History of mathematics, v. 11., American Mathematical Society, 1997, ISBN 9780821803677Reviews of Poincaré and the three body problem:
Diacu, Florin, Historia Mathematica, 26 (2), May 1999: 175–178, doi:10.1006/hmat.1999.2236 Mawhin, Jean, Isis, 89 (2), June 1998: 345–346, doi:10.1086/384034, JSTOR 237789
İstinadlar