Coan Anim-Addo Qrenadalı akademik, şair, dramaturq və nəşriyyatçıdır. O, London Universitetinin Qoldsmits Kollecində İngilis dili və bədii yazı departamentində Karib ədəbiyyatı və mədəniyyəti üzrə təqaüdçü professordur. O, Deyrdre Osborn ilə birlikdə Dünya üzrə ilk Qara Britaniya Ədəbiyyatı magistr proqramını yaratmışdır.

Akademik fəaliyyəti Coan Anim-Addo Karib hövzəsində yerləşən Qrenadada doğulmuşdur və 1961-ci ildə, məktəbli ikən İngiltərənin London şəhərinə köçmüşdür."Joan Anim-Addo" , The Literary Encyclopedia.

1994-cü ildə o, London Universitetinin Qoldsmits Kollecinə daxil olmuş və burada Karib və Diaspora Araşdırmaları Mərkəzinin qurucusu və direktoru olmuşdur.

O, ABŞ-da Vassar Kollecində dərs demiş və SUNY Geneseo (ABŞ), Turku Universiteti (Finlandiya) və Trento Universiteti (İtaliya) daxil olmaqla, bir çox beynəlxalq universitetlərdə mühazirələr oxumuşdur."Speakers: Joan Anim-Addo" , "Black" British Aesthetics Today: The Howard University Symposium, 8 Aprel 2006. Həmçinin, bədii qeyri-bədii yazı üzrə seminarlar da keçmişdir."2017 Callaloo Creative Writing Workshop" , Repeating Islands, 8 Dekabr 2016.

Qoldsmits Kollecində o, bakalavr pilləsində "Karib qadın yazısı" və "Qara Britaniya Ədəbiyyatı" fənlərinin koordinatorudur. O, eyni zamanda, müqayisəli ədəbiyyat araşdırmaları magistr proqramı çərçivəsində "Karib və Diaspora Ədəbiyyatı" ixtisaslaşmasının rəhbəridir.

O, Deyrdre Osborn ilə birlikdə, 2015-ci ildə dünyanın ilk "Qara Britaniya Ədəbiyyatı" magistr proqramını təsis etmişdir. Hannah Pul bu proqramı "qara mədəniyyət üçün dönüş nöqtəsi" adlandırmış, yazıçı Aleks Uitl isə onun Britaniya ədəbiyyatına yeni qat əlavə etdiyini vurğulamışdır.

Nəşriyyat və yazıçılıq fəaliyyəti 1995-ci ildə Anim-Addo "Karib səsi" mövzusunda ixtisaslaşmış və xüsusilə qadın yazılarına fokuslanan "Mango Publishing" nəşriyyatını təsis etmişdir. Mango kataloqunda Beril Gilroy, Velma Pollard və Yakob Ross kimi yazıçıların kitabları yer alır.

2008-ci ildə Anim-Addo "Imoinda" operasının librettonun müəllifi olmuşdur. Bu əsər,Afra Benin 1688-ci ildə nəşr olunmuş "Oroonoko" romanının yenidən yazılmış versiyasıdır. Anim-Addonun digər nəşr olunmuş əsərləri arasında şeir toplusu – "Haunted by History" (2004) və "Janie: Cricketing Lady" (2006), eləcə də ədəbiyyat tarixi kitabı "Touching the Body: History, Language and African-Caribbean Women's Writing" (2007) yer alır. O, "I Am Black, White, Yellow: An Introduction to the Black Body in Europe and Interculturality and Gender" (2009) kitabının həmmüəllifidir və Karib qadın yazılarına həsr olunmuş "New Mango Season" jurnalının təsisçi-redaktorudur."Joan Anim-Addo" , Black British Women Writers.

Dekabr 2016-cı ildə Anim-Addo, ədəbiyyat və ədəbi-mədəni araşdırmalara əvəzsiz töhfələrinə görə "Callaloo" ədəbi rüblük jurnalının Ömür Boyu Nailiyyət Mükafatına layiq görülmüşdür. Onun əsərləri 2019-cu ildə Marqaret Basbi tərəfindən tərtib olunmuş "New Daughters of Africa" antologiyasında yer almışdır. 2020-ci ildə Anim-Addo Britaniyada qara dərili qadın professorlara həsr olunmuş ilk foto sərgisi olan "Phenomenal Women"də nümayiş olunmuşdur. Sərginin kuratoru Nikola Rollok idi. 2021-ci ildə Anim-Addo, Deyrdre Osborn və Kadija Sesay ilə birlikdə "This is The Canon: Decolonize Your Bookshelf in 50 Books" adlı kitabın kuratorlarından biri olmuşdur. Nikeş Şukla bu kitabı "oxuduğum ən yaxşı kitablardan bəzilərinə mühüm və vaxtında bir giriş" kimi təsvir etmişdir. Kitab "Qərb mədəni həyatını uzun müddət müəyyənləşdirmiş oxu siyahılarını dəyişdirmək" məqsədini daşıyır və Afrika, Asiya və yerli xalqların nümayəndələri tərəfindən yazılmış alternativ əsərləri ön plana çıxarır.

Seçilmiş biblioqrafiyası

Longest Journey: A History of Black Lewisham, Deptford Forum Publishing, 1995, Framing the Word: Gender & Genre in Caribbean Women's Writing (editor), Whiting & Birch, 1996 Sugar, Spices And Human Cargo: An Early Black History of Greenwich, Greenwich Leisure Services, 1996 Haunted by History: Poetry, London: Mango Publishing, 2004, Another Doorway Visible Inside the Museum (editor), London: Mango Publishing, 2004 Janie: Cricketing Lady : a Journey Poem (1920s–2004) : Carnival and Hurricane Poems, London: Mango Publishing, 2006, I Am Black/White/Yellow: An Introduction to the Black Body in Europe (co-editor, with Suzanne Scafe), London: Mango Publishing, 2007 Imoinda, or She Who Will Lose Her Name: A Play for Twelve Voices in Three Acts, Mango Publishing, 2008 (With Deirdre Osborne and Kadija Sesay) This is the Canon: Decolonize Your Bookshelves in 50 Books. London: Greenfinch/Quercus, 2021; .

Redaktoru olduğu əsərlər

1996. Framing The Word: Gender & Genre in Caribbean Women's Writing. London: Whiting & Birch. ISBN 978-1871177916 1999. (With Jacob Ross) Voice Memory Ashes: Lest We Forget. London: Mango Publishing. 1999. Another Doorway: Visible Inside the Museum. London: Mango Publishing. 2002. Centre of Remembrance: Memory and Caribbean Women's Literature. London: Mango Publishing. 2007. (With Suzanne Scafe) I am Black, White, Yellow: An Introduction to the Black Body in Europe. London: Mango Publishing. 2009. (With Giovanna Covi and Mina Karavanta) Interculturality and Gender. London: Mango Publishing.

Xarici keçidlər

"Joan Anim-Addo Inaugural Lecture". 2015 Centre for Caribbean and Diaspora Studies re-launch. Bill Knight, "Portraits of UK black female professors – in pictures", The Guardian, 9 mart 2020.

İstinadlar Kateqoriya:XXI əsr qadın yazıçıları