2025 Avroviziya Mahnı Müsabiqəsi — 69-cu Eurovision Mahnı Müsabiqəsidir. İsveçrənin 2024-cü il yarışmasında "The Code" mahnısı ilə qələbəsindən sonra Bazeldə baş tutması planlaşdırıldı. Müsabiqəni Avropa Yayım İttifaqı (EBU) və İsveçrə Yayım Korporasiyası (SRG SSR) təşkil edir. Müsabiqə St. Jakobshalle arenasında keçirilildi. Yarışma 13 və 15 may tarixlərində iki yarımfinal, 17 may 2025-ci ildə isə finaldan ibarət oldu.. Bu üç canlı şounun aparıcıları Hazel Brugger və Sandra Studer və finalda onlara qoşulacaq Mişel Huntsiker oldu.

Müsabiqədə 37 ölkə iştirak etdi. Monteneqro iki illik fasilədən sonra geri döndü. Moldova əvvəlcə iştirak etməyi planlaşdırsa da, iqtisadi səbəblər və milli seçimin keyfiyyəti ilə bağlı narahatlıqlar səbəbindən daha sonra geri çəkildi.

Məkan 2024-cü ildə "The Code" mahnısını ifa edən İsveçrə təmsilçisi Nemo-nun qələbəsindən sonra 2025-ci il müsabiqə Bazeldə keçirildi. Bununla İsveçrə müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmiş oldu; əvvəlki ev sahibliyi 1956-cı ildə ilk müsabiqədə və 1989-cu ildə Luqanoda və Lozannada baş vermişdi. Müsabiqə üçün seçilmiş məkan qapalı idman və konsert tədbirləri üçün nəzərdə tutulmuş 12,400 yerlik St. Jakobshalle-dir. Arena Bazel-Landşaft kantonunda, Bazel-Stadt sərhədinin yaxınlığında, Münhenşteyn bələdiyyəsində yerləşir.

Təqdimat videoları 2025 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən hər bir sənətçi səhnəyə çıxmazdan əvvəl təqdimat videosu ilə təqdim olunmuşdur. Bu videolar 2025-ci ilin yanvar–aprel ayları arasında İsveçrənin müxtəlif bölgələrində lentə alınmış və Sürixdə yerləşən "Dynamic Frame" prodüser şirkətindən Luka Curfluh tərəfindən rejissorluq edilmişdir. Videolarda iştirakçılar İsveçrənin müxtəlif bölgələrində yerli fəaliyyətlərdə iştirak etmişlər.

Bazel, Bazel-Ştat kantonu Betlis, San-Qallen kantonu Bern, Bern kantonu Emmental, Bern kantonu Sürix, Sürix kantonu Yunqfraujoch, Valeys və Bern Zermatt, Valeys Bazel, Bazel-Ştat kantonu Riburq, Aargau Griyer, Friburq Bazel, Bazel-Ştat kantonu Appenzell, Appenzell İnnerrodn kantonu Askona, Tikino Cenevrə, Cenevrə kantonu Bazel, Bazel-Ştat kantonu Peciya, Tikino Rappersvil, San-Qallen kantonu SERN, Meyrin, Cenevrə kantonu Morkote, Tikino Bazel, Bazel-Ştat kantonu Sürix, Sürix kantonu Bazel, Bazel-Ştat kantonu Ruqisbalm, Nidvalden Le Nuarma, Jura kantonu Sürix, Sürix kantonu Filizur, Qrisons Egnax, Turqau Laaks, Qrisons Lavo, Vod Bruzella, Tikino Vaz/Obervaz, Qrisons Alp Raquta, Qrisons Lusern, Lusern kantonu Magglingen, Bern kantonu Bazel, Bazel-Ştat kantonu Bazel, Bazel-Ştat kantonu Zermatt, Valeys

Format 2025 Avroviziya Mahnı Müsabiqəsi üç şoudan ibarət olmuşdur: iki yarımfinal və bir böyük final. Müsabiqədə iştirak edən ölkələrdən yalnız “Böyük Beşlik” – , , , və , həmçinin ev sahibi ölkə finala birbaşa keçid hüququ qazanmışdır. Digər ölkələr isə yarımfinallarda iştirak etməklə finala vəsiqə uğrunda mübarizə aparmışdır.

Hər şounun nəticələri tamaşaçı səsi və milli münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən edilmişdir. Əgər formatda əvvəlki illərlə müqayisədə hər hansı dəyişiklik edilmişdirsə, bu barədə Avropa Yayım İttifaqı (EBU) tərəfindən əvvəlcədən məlumat verilmişdir.

Yarımfinallar 1-ci yarımfinal Birinci yarımfinal 13 may 2025-ci il tarixində keçirilib. Bu yarımfinalda 15 ölkə iştirak edib. Bu ölkələrə əlavə olaraq, , və öz çıxışlarını nümayiş etdiriblər və yarışmada iştirak etməyən ölkələrdən ibarət "dünyanın qalan hissəsi" ilə birlikdə bu yarımfinalda səsvermədə iştirak ediblər.

Ara nümayiş proqramında daha əvvəl İsveçrəni təmsil etmiş ifaçılar – Paola (1969 və 1980), Piter Reber (Piter, Sü və Mark qrupunun üzvü olaraq 1971, 1976, 1979 və 1981-ci illərdə), Luka Henni (2019) və Con's Tears (2021) əvvəlki İsveçrə təmsilçilərinin mahnılarından ibarət potpurini ifa ediblər.

+ 2025 Avroviziya Mahnı Müsabiqəsinin birinci yarımfinalında iştirak edən ölkələr № Ölkə İfaçı Mahnı 1 Væb "Róa" 2 Justyna Steczkowska "Gaja" 3 Klemen Slakonja "How Much Time Do We Have Left?" 4 Tommy Cash "Espresso macchiato" 5 Ziferblat "Bird of Pray" 6 KAJ "Bara bada bastu" 7 Napa "Deslocado" 8 Kyle Alessandro "Lighter" 9 Red Sebastian "Strobe Lights" 10 Mamagama "Run with U" 11 Gabry Ponte "Tutta l'Italia" 12 Shkodra Elektronike "Zjerm" 13 Claude Kiambe "C'est la vie" 14 Marko Bošnjak "Poison Cake" 15 Theo Evan "Shh"

2-ci Yarımfinal İkinci yarımfinal 15 may 2025-ci ildə, saat 23:00-da (AZT) keçirilib. İkinci yarımfinalda 16 ölkə iştirak edib. Bundan əlavə, , və öz təqdimatlarını etdilər və yarışmaya qatılmayan ölkələrdən ibarət olan "dünyanın qalan hissəsi" də bu yarımfinalda səs verdi.

Bu yarımfinalda, Litvanın 2020-ci il üçün planlaşdırdığı "On Fire" mahnısını The Roop ifa etdi. Həmçinin, həmin ilin yarışmasında iştirak etməli olan digər 2020-ci il təmsilçiləri arasında Azərbaycanı təmsil edən Samirə Əfəndi "Cleopatra", Malta təmsilçisi Destini "All of My Love" və İsveçrə təmsilçisi Con's Tirs "Répondez-moi" mahnısı ilə çıxış etdilər.

+ 2025 Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalında iştirak edən ölkələr Sıra Ölkə İfaçı Mahnı 1 Go-Jo "Milkshake Man" 2 Nina Žižić "Dobrodošli" 3 Emmy "Laika Party" 4 Tautumeitas "Bur man laimi" 5 Parg "Survivor" 6 JJ "Wasted Love" 7 Klavdia "Asteromáta" (Αστερομάτα) 8 Katarsis "Tavo akys" 9 Miriana Conte "Serving" 10 Mariam Şengelia "Freedom" 11 Sissal "Hallucination" 12 Adonxs "Kiss Kiss Goodbye" 13 Laura Thorn "La poupée monte le son" 14 Yuval Rafael "New Day Will Rise" 15 Princ "Mila" (Мила) 16 Erika Vikman "Ich komme"

Final Final mərhələsi 17 may 2025-ci il tarixində, saat 23:00-da (AZT) keçirilmişdir. Finalda 26 ölkə iştirak etmişdir: ev sahibi İsveçrə, "Böyük Beşlik" ölkələri və hər iki yarımfinaldan finala yüksəlmiş ən yaxşı 20 iştirakçı.

Qalibin müəyyən olunması üçün 37 iştirakçı ölkənin həm jüri, həm də tamaşaçı səsverməsi, eləcə də müsabiqədə iştirak etməyən ölkələrdən daxil olan "Dünyanın Geri Qalanı" səsverməsi istifadə olunmuşdur.

2024-cü ilin qalibi Nemo, final mərhələsində "Casanova" adlı yeni mahnısı ilə ara çıxış (interval act) təqdim etmişdir.

+ 2025 Avroviziya Mahnı Müsabiqəsinin finalında iştirak edən ölkələr № Ölkə İfaçı Mahnı Xal Yer 1 Kyle Alessandro "Lighter" 89 18 2 Laura Thorn "La poupée monte le son" 47 22 3 Tommy Cash "Espresso Macchiato" 356 3 4 Yuval Raphael "New Day Will Rise" 357 2 5 Katarsis "Tavo akys" 96 16 6 Melody "Esa diva" 37 24 7 Ziferblat "Bird of Pray" 218 9 8 Remember Monday "What the Hell Just Happened?" 88 19 9 JJ "Wasted Love" 436 1 10 Væb "Róa" 33 25 11 Tautumeitas "Bur man laimi" 158 13 12 Claude "C'est la vie" 175 12 13 Erika Vikman "Ich komme" 196 11 14 Lucio Corsi "Volevo essere un duro" 256 5 15 Justyna Steczkowska "Gaja" 156 14 16 Abor & Tynna "Baller" 151 15 17 Klavdia "Asteromata" 231 6 18 Parg "Survivor" 72 20 19 Zoë Më "Voyage" 214 10 20 Miriana Conte "Serving" 91 17 21 Napa "Deslocado" 50 21 22 Sissal "Hallucination" 47 23 23 KAJ "Bara bada bastu" 321 4 24 Luan "Maman" 230 7 25 Gabry Ponte "Tutta l'Italia" 27 26 26 Shkodra Elektronike "Zjerm" 218 8

Səsvermə təqdimatçıları Aşağıda ölkələrin münsiflər heyətindən gələn 12 xalı elan etmiş təqdimatçıların siyahısı yer alır:

— Keyyo — Səfurə Əlizadə — İngrid Samut — Çantal Yanzen — Lorella Flego — Lusinə Tovmasyan — Fabyen Zvali — Senhit — Jerry Heil — Tom Hyuqo — Filipp Hansa — Emilie Mazuye — Topo Cidio — Yolanda — Sara Bro — Doris Pinçiç — Dons — Niki Börn — Aleksandra Budka — Marko Vukçeviç (Neonoen) — Cenni Teona — Dragana Kosyerina — Radka Rositska — Sofi Elis-Bekstor — Çanel Terero — Yasmin Belüed — Siliya Kapsis — Mixael Şulte — Manu Van Aker — Eden Qolan — Andri Xahu — Silvester Belt — Hera Björk — Nutsa Buzaladze — Lukas Hamatsos — Kristyan Yakobson — Melani Freymond və Sven Epiney

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:2025-ci ildə musiqi Kateqoriya:İllərinə görə Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:2025-ci ildə İsveçrə Kateqoriya:Bazel Kateqoriya:15 maydakı hadisələr Kateqoriya:2025-ci ildəki hadisələr Kateqoriya:17 maydakı hadisələr