Merilin Stratern (; ) — Britaniyalı feminist antropoloq, əsasən Papua-Yeni Qvineyanın Maunt Haqen xalqı haqqında araşdırmış və Böyük Britaniyada reproduktiv texnologiyalar məsələləri ilə məşğul olmuşdur.) O, 1993-2008-ci illərdə Kembric Universitetində sosial antropologiya üzrə Vilyam Vays professoru, 1998-2009-cu illərdə isə Kembricin Qirton Kollecinin rəhbəri olmuşdur.Video Recording of Marilyn Strathern by Alan Macfarlane , 6 May 2009.

Həyatı Merilin Stratern 6 mart 1941-ci ildə Uelsdə Erik Evans və Coys Evansın ailəsində anadan olmuşdur. O, ilk təhsilini Krofton Leyn ibtidai məktəbində almış, daha sonra Bromley Liseyində oxumuşdur. Stratern akademik sahədə uğur qazanıb, bu isə qismən müəllim olan anasının dəstəyi ilə mümkün olmuşdur. Məktəbdən sonra o, Qirton Kollecinə qəbul olunaraq Arxeologiya və Antropologiya üzrə təhsil almışdır. Daha sonra həmin kollecdə tədqiqatçı tələbə kimi fəaliyyət göstərmiş və 1968-ci ildə doktorantura dərəcəsini almışdır. 1964-cü ildə antropoloq Endryu Stratern ilə evlənmişdir, onların üç övladı olmuş, lakin sonradan ayrılmışdılar.University of Cambridge , Marilyn Strathern.

Karyerası Stratern karyerası ərzində Papua-Yeni Qvineya xalqı və feminist antropologiya sahəsində çalışıb. O, 1970-ci ildə Avstraliya Milli Universitetinin Yeni Qvineya Tədqiqat Bölməsində tədqiqatçı kimi fəaliyyətə başlayıb. 1976-1983-cü illərdə Qirton Kollecində, 1984-1985-ci illərdə isə Triniti Kollecində mühazirələr oxuyub, eyni zamanda ABŞ, Avropa və Avstraliyada, o cümlədən Kaliforniya Universitetində (Berkeley) qonaq mühazirələr verib.

1985-ci ildə Kembrici tərk edərək Mançester Universitetində sosial antropologiya üzrə professor vəzifəsinə təyin olunub. 1993-cü ildə yenidən Kembricə qayıdaraq 2008-ci ilə qədər Vilyam Vays professoru vəzifəsini icra edib. 1998-2009-cu illərdə isə Qirton Kollecinin rəhbəri olub. O, həmçinin Nuffield Bioetika Şurasının üzvü olmuş və 2000-2006 və 2010-2011-ci illərdə "İnsan bədəni: tibb və elmi araşdırmalar üçün donorluq" adlı işçi qrupuna rəhbərlik edib.Girton College , 2010 Past Mistresses: Marilyn StrathernAssociation for Social Anthropology in Oceania by Mark Maosko and Margaret Jolly, April.

Reproduktiv texnologiyalar Straternin 1990-cı illərdəki araşdırmaları antropologiyada yeni reproduktiv texnologiyalar, məsələn, süni mayalanma ilə bağlı yeni bir alt sahənin yaranmasına səbəb olub.Nuffield Council on Bioethics , 2012. "Past Council Members." London, England. Onun 1992-ci ildə nəşr olunan "After Nature: English Kinship in the Late 20th Century" və "Reproducing the Future: Essays on Anthropology, Kinship and the New Reproductive Technologies" adlı kitablarında o, mövcud təbiət və mədəniyyət modellərinin texnologiyanın bilavasitə reproduksiya üçün istifadə edilməsi ilə dəyişdiyini irəli sürüb. "Technologies of Procreation: Kinship in the Age of Assisted Conception" adlı həmmüəllif olduğu araşdırmada isə o və həmkarları, yeni reproduktiv texnologiyaların yayılması nəticəsində qohumluq və nəsil anlayışlarında dəyişikliklərin baş verəcəyini iddia ediblər. Bu tədqiqatlar nəticəsində "yeni qohumluq araşdırmaları" adlı sahə formalaşıb.American Anthropological Association , 2011. Inside the Presidents Studio - Marilyn Strathern.

Seçilmiş nəşrləri Straternin tədqiqat sahələri Melaneziya mədəniyyəti və Böyük Britaniya cəmiyyətini əhatə edir. Onun Melaneziya ilə bağlı əsərləri gender münasibətləri, hüquq antropologiyası və feminist nəzəriyyələri mövzularına yönəlib, Böyük Britaniya ilə bağlı əsərləri isə qohumluq, audit mədəniyyəti və reproduktiv-genetik texnologiyaları araşdırır.

Straternin ən çox yazmaqdan zövq aldığı kitab 1991-ci ildə nəşr olunan "Partial Connections" adlı əsəridir. Lakin onun ən məşhur kitabı 1988-ci ildə nəşr olunan "The Gender of Gift" hesab olunur. Bu kitabda o, feminist yanaşmadan istifadə edərək, Papua-Yeni Qvineyada qadınların istismar edilmədiyini, əksinə, gender anlayışının orada fərqli şəkildə formalaşdığını iddia edir. O, həmçinin nəzəriyyələrin dominantlıq etdiyini vurğulayır və antropoloq kimi onlardan tamamilə ayrılmasa da, vəziyyəti "analiz deyil, bir növ nəql etdiyini" bildirir.

İstinadlar

Xarici keçidlər Shayna Loree Collins, 'Marilyn Strathern 1941-' List of Strathern's recent publications 'A Community of Critics' R.A.I. Huxley Memorial Lecture, given at University College, London, 8 December 2004 (film) interviewed by Alan Macfarlane 6 May 2009 (video) http://culanth.org/supplementals/403-the-decomposition-of-an-event Virtual Society? Get Real! Marilyn Strathern paper Summary of Marilyn Strathern on English kinship

Kateqoriya:Feminist fəlsəfə Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Britaniya antropoloqları