Coan Bomont (ing. Joan Errington Beaumont; 25 oktyabr, 1948, Avstraliya) — Avstraliya tarixçisi; xarici siyasət və Avstraliyanın hərb təcrübəsi üzrə ixtisaslaşmış avstraliyalı tarixçi və akademik; Avstraliya Milli Universitetinin Strateji və Müdafiə Araşdırmaları Mərkəzinin fəxri professoru.

Bioqrafiyası Coan Bomont 25 oktyabr 1948-ci ildə Avstraliyanın Cənubi Avstraliya ştatının Adelaida şəhərində Klifford Ceyms Maqor və həyat yoldaşı Edna Cinin (qızlıq soyadı Errinqton) ailəsində Coan Errinqton Maqor adı ilə dünyaya gəlib. O, Anli ali məktəbində təhsil almış və 1970-ci ildə Adelaida Universitetində bakalavr dərəcəsini fərqlənmə diplomu ilə tamamlamışdır. Universitetdə son ilində Coan Bomont müasir Avropa tarixi üzrə müəllim vəzifəsinə təyin olunmuşdur. 1971-ci ildə o, Britaniya Millətlər Birliyi Təqaüdü qazanaraq London Kral Kollecində doktorantura təhsili almağa başlamışdır. M.L.Dokrillin rəhbərliyi altında 1975-ci ildə "Böyük Britaniya və Sovet İttifaqı: 1941–1945-ci illərdə hərbi sursat tədarükü" adlı dissertasiyasını müdafiə edərək doktorluq dərəcəsini almışdır. London təhsil illəri ərzində, 1973-cü ildə Oliver Ceyms Bomont ilə ailə qurmuşdur. Cütlüyün üç qızı olmuş, lakin bu evlilik sonradan boşanma ilə nəticələnmişdir.

Avstraliyaya qayıtdıqdan sonra Coan Bomont Melburn Universitetinin nəşriyyatında redaktor kimi çalışmışdır. 1976-cı ildə La Trobe Universitetində Britaniya müstəmləkə tarixi üzrə müəllim vəzifəsini tutmuş, növbəti il isə Dikin Universitetində mühazirəçi vəzifəsinə təyin olunmuşdur.

Daha sonra baş müəllim vəzifəsinə yüksələn Bomontun doktorluq dissertasiyası 1980-ci ildə onun ilk kitabı kimi "Silah yoldaşları: Britaniyanın Rusiyaya yardımı, 1941-1945" adı altında nəşr olunmuşdur. 1985-ci ildə Monaş Universitetində Britaniya və Avstraliya tarixi üzrə mühazirəçi vəzifəsinə təyin olunmuşdur. Üç il sonra, 1988-ci ildə, Dikin Universitetinə baş müəllim kimi geri dönmüşdür. Həmin il onun ikinci kitabı "Qağayı Gücü: Əsirlikdə Sağ qalma və Liderlik, 1941-1945" Allen & Unwin nəşriyyatı tərəfindən çap olunmuşdur. Bu araşdırmada 1942-ci ildə Ambon adasında yaponlar tərəfindən əsir götürülən Avstraliya hərbi əsirlərinin təcrübəsi təhlil edilmişdir. Bomont 1990-cı ildə oxucu vəzifəsinə yüksəldilmişdir.

1993-cü ildən etibarən Bomont müxtəlif rəhbər akademik vəzifələrdə çalışmışdır. O, ilk olaraq Dikin Universitetinin Avstraliya və Beynəlxalq Araşdırmalar Məktəbinin rəhbəri olmuşdur. 1995-ci ildə Alfred Dikin professoru adını almış, 1997-ci ildə isə Avstraliya Sosial Elmlər Akademiyasının üzvü seçilmişdir. Növbəti il Dikin Universitetinin İncəsənət Fakültəsinin dekanı təyin olunmuş və bu vəzifədə 2008-ci ilə qədər çalışmışdır. Həmin il Avstraliya Milli Universitetinə (AMU) keçərək İncəsənət Fakültəsinin direktoru olmuşdur. 2010-2011-ci illərdə o, İncəsənət və Sosial Elmlər fakültəsinin dekanı, 2012-ci ildən isə AMU-nun Strateji və Müdafiə Araşdırmaları Mərkəzində professor kimi fəaliyyət göstərmişdir. Elə həmin il o, Avstraliya Beynəlxalq Münasibətlər İnstitutunun üzvü seçilmişdir.

2013-cü ildə Bomontun Birinci Dünya Müharibəsi dövründə Avstraliyanın təcrübəsinə dair araşdırması "Qırılmış Millət: Böyük Müharibədə Avstraliyalılar" adı ilə nəşr olunmuşdur. Kitab çox müsbət qarşılanmış, 2014-cü ildə Avstraliya Tarixi üzrə Baş nazir mükafatı, Yeni Cənubi Uels Baş nazirinin Avstraliya Tarixi Mükafatı və Cənubi Kvinslənd Universitetinin Tarix Kitabı Mükafatını qazanmışdır. 2015-ci ildə isə Avstraliya İncəsənət Şurasının Eşer Ədəbiyyat Mükafatına layiq görülmüşdür. Bundan əlavə, kitab Qərbi Avstraliya Baş nazirinin Bədii Ədəbiyyat Olmayan Kitab Mükafatı və İnsani və Sosial Elmlər Şurasının Kitab Mükafatı üçün qısa siyahıya daxil edilmişdir.

2016-cı ildə Bomont tam ştatlı akademik fəaliyyətdən təqaüdə çıxmış, lakin AMU-da professor emerita vəzifəsinə təyin olunmuşdur.

2020-ci ildə o, Avstraliya günündə "Avstraliya Ordeninin üzvü" adına layiq görülmüşdür. Bu mükafat ona "təhsilə, xüsusilə də müharibə tarixinin araşdırılmasına verdiyi mühüm töhfələrə görə" təqdim edilmişdir.

Bomont 2020-ci il Avstraliya günü mükafatlarında "Avstraliya Ordeninin Üzvü" adına layiq görülmüşdür. Bu mükafat ona "təhsilə, xüsusilə də müharibə tarixinin araşdırılmasına verdiyi mühüm töhfələrə görə" təqdim edilmişdir."

Biblioqrafiyası

Kitabları

Redaktoru olduğu kitablar — Australia's War, 1914–18. Sydney: Allen & Unwin. 1995. ISBN 9781863734615. — Australia's War, 1939–45. Sydney: Allen & Unwin. 1996. ISBN 9781864480399. — Australian Defence: Sources and Statistics. The Australian Centenary History of Defence. 6. Melbourne: Oxford University Press. 2001. ISBN 9780195541182. — Waters, Christopher; Lowe, David; Woodard, Garry, redaktorlar Ministers, Mandarins And Diplomats: Australian Foreign Policy Making, 1941–1969. Melbourne: Melbourne University Publishing. 2003. ISBN 9780522850475. — O'Brien, Ilma Martinuzzi; Trinca, Matthew, redaktorlar Under Suspicion: Citizenship and Internment in Australia during the Second World War. Canberra: National Museum of Australia Press. 2008. ISBN 9781876944605. — Jordan, Matt, redaktorlar Australia and the World: A Festschrift for Neville Meaney. Sydney: Sydney University Press. 2013. ISBN 9781743320006. —; Grant, Lachlan; Pegram, Aaron, redaktorlar Beyond Surrender: Australian Prisoners of War in the Twentieth Century. South Carlton, Victoria: Melbourne University Publishing. 2015. ISBN 9780522866216. — Cadzow, Allison, redaktorlar Serving Our Country: Indigenous Australians, War, Defence and Citizenship. Sydney: NewSouth Publishing. 2018. ISBN 9781742235394.

İstinadlar

Kateqoriya:Adelaida Universitetinin müəllimləri