Melirin Varinq (; ) — Yeni Zelandiyalı dövlət siyasəti üzrə alim, beynəlxalq inkişaf üzrə məsləhətçi, keçmiş siyasətçi, ekoloq, feminist və feminist iqtisadiyyatın əsas qurucularından biri.

Həyatı və təhsili Melirin Varinq Taupiridə böyümüşdür, burada valideynləri qəssab dükanı idarə edirdi. Onun ulu babası Herri () Varinq 1881-ci ildə İngiltərənin Herefordşir bölgəsində yerləşən Hopesay kəndindən Yeni Zelandiyaya köçmüş və Taupiridə ailə qəssab dükanını qurmuşdur. 1927-ci ildə Herri Varinq Reform Partiyasından (Milli Partiyanın sələfi) Reqlan dairəsindən parlament seçkilərinə namizəd olmuş, lakin qalib gələ bilməmişdir.

Melirin Varinq gənclik illərində istedadlı soprano olmuşdur və valideynləri onun klassik musiqiçi olmasını arzulayırdı. 1973-cü ildə isə Viktoriya Universiteti (Vellinqton) siyasət elmi və beynəlxalq siyasət üzrə fərqlənmə diplomu () ilə məzun olmuşdur.

Siyasi karyerası 1975-ci ildə, 23 yaşında olarkən, Yeni Zelandiyanın sağ mərkəzçi Yeni Zelandiya Milli Partiyasından parlamentin ən gənc üzvü seçilmişdir. Parlament üzvü kimi, Dövlət Xərcləri Komitəsinə rəhbərlik etmişdir. Müxalif Leyborist Partiyasının Yeni Zelandiyanı nüvə silahlarından azad ölkəyə çevirmək siyasətini dəstəkləməsi 1984-cü il Yeni Zelandiya ümumi seçkilərinin keçirilməsində mühüm rol oynamışdır. O, 1984-cü ildə parlamenti tərk etmişdir.

Akademik fəaliyyəti və feminist iqtisadiyyat Parlamentdən ayrıldıqdan sonra akademik fəaliyyətə başlamışdır. Melirin daha çox "If Women Counted" (1988) kitabı ilə tanınır. 1989-cu ildə siyasət üzrə fəlsəfə doktoru () dərəcəsini almışdır. Tədqiqatları və yazıları sayəsində feminist iqtisadiyyatın əsas qurucularından biri hesab edilir.

2006-cı ildən etibarən Melirin Varinq Oklend Texnologiya Universitetinin (AUT) Dövlət Siyasəti İnstitutunda professor kimi fəaliyyət göstərir. Varinq, idarəetmə və dövlət siyasəti, siyasi iqtisadiyyat, gender analizi və insan hüquqları mövzularında tədqiqatlar aparır. Həmçinin, beynəlxalq yardım layihələrində iştirak edib və BMT-nin İnkişaf Proqramı (UNDP) və digər beynəlxalq təşkilatlarda məsləhətçi kimi çalışıb.

ÜDM və iqtisadi tənqidlər Melirin Varinq Ümumi Daxili Məhsul (ÜDM) konsepsiyasının tənqidçilərindən biridir. O, İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının Milli Hesablar Sistemi (UNSNA) üçün əsas iqtisadi göstərici kimi qəbul edilən ÜDM-in problemli tərəflərini vurğulayır. Varinq bu sistemin "neft sızmalarını və müharibələri iqtisadi artımın göstəricisi kimi saydığını, lakin uşaq böyütmə və ev təsərrüfatı işlərini dəyərsiz hesab etdiyini" bildirərək tənqid etmişdir.

Onun işləri akademiklərə, bir sıra ölkələrin hökumət mühasibat sistemlərinə və BMT siyasətlərinə təsir göstərmişdir. Varinq uzun müddət Qadın Hüquqları və İnkişaf Assosiasiyası ilə əməkdaşlıq etmiş və 2012-ci ilə qədər bu təşkilatın idarə heyətində yer almışdır. 2021-ci ildə isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "Hamı üçün Səhiyyə İqtisadiyyatı" Şurasının üzvü təyin edilmişdir.

Seçilmiş əsərləri Waring, Marilyn. Women, Politics, and Power: Essays, Unwin Paperbacks-Port Nicholson Press (1984). Issues on women in Parliament, apartheid and New Zealand sport, Nuclear Free New Zealand. Waring, Marilyn. If Women Counted: A New Feminist Economics, Harper & Row (1988), republished by Macmillan, Allen & Unwin and University of Toronto Press several times under its original title and as Counting for Nothing Waring, Marilyn. Three Masquerades: Essays on Equality, Work and Hu(man) Rights, Auckland: Auckland University Press with Bridget Williams Books (1996) . Three Masquerades includes references to Waring's years in Parliament, which she describes as "an experience of counterfeit equality". It also looks at her experiences with farming and with the development field, where she was "daily confronted with the travesty of excluding women's unpaid work from the policy-making process". Waring, Marilyn. In the Lifetime of a Goat: Writings 1984–2000, Bridget Williams Books (April 2004) Waring, Marilyn. Managing Mayhem : Work Life Balance in New Zealand, Dunmore Publishing (2007). Waring, Marilyn. 1 Way 2 C the World: Writings 1984–2006, University of Toronto Press (2011) Anit N Mukherjee, Marilyn Waring, Meena Shivdas, Robert Carr. Who Cares?: The Economics of Dignity, Commonwealth Secretariat (2011). Waring, Marilyn & Kearins, Kate. Thesis Survivor Stories, Exisle Publishing (2011). Practical Advice on Getting Through Your PhD or Masters Thesis. Anit N Mukherjee, Elizabeth Reid, Marilyn Waring, Meena Shivdas. Anticipatory Social Protection: Claiming dignity and rights, Commonwealth Secretariat (2013). Waring, Marilyn. Still Counting: Wellbeing, Women's Work and Policy-making. Bridget Williams Books (2019) Waring, Marilyn. Marilyn Waring: the Political Years. Bridget Williams Books (2019).

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Marilyn Waring, Professor of Public Policy at AUT

International Association for Feminist Economics (IAFFE) Journal of Feminist Economics Marilyn Waring, Listener Interview 2004 Watch Who's Counting? Marilyn Waring on Sex, Lies and Global Economics

Kateqoriya:Feminizm ilə əlaqəli insanlar