Linda Qarland (d.13 oktyabr 1955) — Kvinslend Universitetinin alimi və professor; Onun tədqiqatında əsas diqqət son antik dövr və Bizans Cəmiyyətində qadın obrazlarına yönlənib.

Bioqrafiyası Professor Linda Qarland hazırda Avstraliyanın Kvinslend Universitetinin Tarix və Fəlsəfi Tədqiqatlar Məktəbində Klassiklər üzrə fəxri dosentidir. O, Nyu İnqlənd Universitetində (Avstraliya) Qədim və Orta əsrlər tarixi üzrə professordur. Qarland həm də Nyu İnqlənd Universitetində, Yeni Cənubi Uelsdə dərs deyir və Armideyldə Nyu İnqlənd Universitetində Humanitar Elmlər Məktəbinin Rəhbəri vəzifəsində çalışır.

Professor Qarland Klassik antik dövrdən erkən orta əsrlərə qədərki tarixi tədqiq edir. Onun tədqiqatları qadınlara, xüsusən də imperiyanın şahzadələrinə və imperatorlara, onların Bizans dövründə ailə və cəmiyyətdəki əlaqələri və statusuna yönəlmişdir. Eyni zamanda, o, Nyu İnqlənd Universitetində professor Metyu Dillion ilə əməkdaşlıq etmiş və Qədim Yunanıstan və Romanın sosial və tarixi sənədlərini toplamışdır.

Kitabları

Ancient Rome: social and historical documents from the early Republic to the death of Augustus (2015). Questions of Gender in Byzantine Society (2013). The Ancient Greeks: History and Culture from Archaic Times to the Death of Alexander (2012). Basileia: Essays on Imperium and Culture in Honour of E.M. and M.J. Jeffreys (2011). Byzantine Women AD 800–1200: Varieties of Experience (2006). Ancient Rome: from the Early Republic to the Assassination of Julius Caesar (2005). Byzantine Empresses: Women and Power in Byzantium AD 527-1204 (1999). Conformity and Non-Conformity in Byzantium (1997). Social and Historical Documents from Archaic Times to the Death of Socrates (c. 800–399 BC) (1994).

İstinadlar