Sakaqaveya və ya Sakacayeva () — Lemhi Şoşonlarından olan yerli qadın. Yeniyetməlik illərində Luis və Klark Ekspedisiyasına Luiziana Ərazisini tədqiq edərək onlara tapşırılmış missiya məqsədlərinə nail olmaqda kömək etmişdir."Sacagawea ." National Cowgirl Hall of Fame. 2017."Sacagawea / Sacajawea / Sakakawea | Women of the Hall ." National Women's Hall of Fame. 2003. Seneca Falls, NY. Sakaqaveya ekspedisiya ilə birlikdə Şimali Dakotadan Sakit Okeana qədər minlərlə mil yol qət edərək yerli amerikalı xalqlarla mədəni əlaqələr qurmağa və müxtəlif bölgələrdəki təbii tarix haqqında biliklərə töhfə verməyə kömək etmişdir.

XX əsrin əvvəllərində Amerika Qadınların Seçki Hüququ Milli Assosiasiyası Sakaqaveyanı qadınların dəyəri və müstəqilliyinin rəmzi kimi qəbul edərək onun xatirəsinə bir neçə heykəl və lövhə ucaltmış, eləcə də onun nailiyyətlərini geniş şəkildə tanıtmaq üçün əhəmiyyətli işlər görmüşdür.

Sakaqaveya haqqında məlumat Ənənəvi tarixə görə, bir neçə yerli amerikalı dialektində danışan Sakaqaveya ekspedisiya zamanı müxtəlif yerli tayfalarla ünsiyyət qurmaq üçün bələdçi və tərcüməçi kimi xidmət etmişdir. Ekspedisiya Lemhi tayfası ilə qarşılaşdıqda, o, onlarla razılaşaraq ləvazimat, atlar və sığınacaq əldə etdi ki, bu da ekspedisiyanın Sakit Okeana çatmasına imkan yaratmışdır.Buckley, Jay H. "Sacagawea ." Encyclopædia Britannica. 2020.

Sakacaviya ilk dəfə Luisin gündəliyində belə xatırlanır:Anderson, Irving W. 1999. "Sacagawea | Inside the Corps " (film website). Lewis & Clark: The Journey of the Corps of Discovery. DC: PBS.org.

Yanımıza Şarbonno (Charbonneau) adlı bir fransız gəldi. O, Hidatsa tayfasının dilində danışırdı və işə götürülmək istədiyini bildirdi. Biz onun iki həyat yoldaşının şoşon tayfasından olduğunu öyrəndik və onu bizimlə getmək üçün işə götürdük ki, o, şoşon dilində tərcümə etmək üçün həyat yoldaşlarından birini özü ilə aparsın.

Sakaqaveyanın qardaşı ilə təsadüfi görüşü haqqında Luis yazır:Clark, William. 2004. "November 4, 1804 ." The Journals of the Lewis and Clark Expedition Online, edited by G. E. Moulton, et al. Lincoln, NE: Center for Digital Research in the Humanities and University of Nebraska Press. Retrieved 29 May 2020.

Klark tərcüməçi Şarbonno və yerli qadınla gəldi. Sonradan məlum oldu ki, bu qadın başçı Keymehueytanın bacısıdır. Hindli qadınla olan görüşü olduqca təsirli idi, çünki Sakaqaveya ilə bir vaxtlar əsir düşmüş, lakin sonra Minnetari tayfasından qaçaraq öz xalqına qayıtmışdır.

Bu görüşdən sonra şoşonlar ekspedisiyaya Sakit Okeana çatmaları üçün Qayalı dağlardan keçməyə atlar və bələdçilər verməyə razılaşdılar.

Sakacaviya bəzi yerləri tanıyaraq ekspedisiyaya istiqamət göstərmişdir. Məsələn, 6 iyul 1806-cı ildə Qibbons keçidini, 13 iyulda isə Bozman keçidini göstərmişdir. Şoşonlarla danışıqlarda tərcüməçi kimi iştirak etmişdir. Lakin ekspedisiya üçün onun sadəcə mövcudluğu da vacib idi, çünki bu, onların dinc məqsədlərlə səyahət etdiyini göstərirdi. Uilyam Klark yazırdı:

Bu yerli qadın bizim dinc niyyətlərimizin sübutudur, çünki bu ərazilərdə qadın heç vaxt döyüş dəstəsinə qoşulmur.

Bizim tərcüməçimiz Şarbonnonun həyat yoldaşı yerli amerikalılar arasında sülhün rəmzinə çevrilib, çünki bir qadının kişi dəstəsi ilə səyahət etməsi dostcasına niyyətlərimizin göstəricisidir.

Sonrakı həyatı və vəfatı Sakaqaveya ekspedisiya başa çatdıqdan sonra həyat yoldaşı Tussen Şarbonno ilə birlikdə üç il Hidatsa tayfasının arasında yaşadı. 1809-cu ildə isə Uilyam Klarkın dəvətini qəbul edərək Missuri ştatının Sent-Luis şəhərinə köçmüşdür.Worley, Ramona Cameron. 2011. Sacajawea 1788–1884: Examine the Evidence. Lander, WY. p. 17. 1812-ci ildə Tussen Şarbonnola ilə Lizett adlı bir qızı oldu, lakin uşaq körpə ikən vəfat etdi. Onun böyük oğlu Jan-Batist isə faktiki olaraq Klark tərəfindən övladlığa götürülərək Sent-Luis Akademiyasına yazdırılmışdır.Clark, William. 2004. "November 20, 1805 ." The Journals of the Lewis and Clark Expedition Online, edited by G. E. Moulton, et al. Lincoln, NE: Center for Digital Research in the Humanities and University of Nebraska Press. Archived from the original 2 February 2008. Retrieved 29 May 2020.

Sakaqaveyanın vəfat tarixi ilə bağlı fərqli versiyalar mövcuddur. Bir versiyaya görə, 1812-ci ildə qızının doğulmasından sonra xəstələnərək Şimali Dakotadakı Fort Liza adlı məntəqədə vəfat etmişdir. Klark 1825–1826-cı illərdə yazdığı qeydlərdə onun artıq vəfat etdiyini qeyd edir.

Lakin bəzi yerli amerikalı əfsanələrinə görə, Sakaqaveya 1812-ci ildə ölməmiş, qızını itirdikdən sonra Şarbonnodan ayrılaraq Böyük Düzənliklərə getmiş və komançi döyüşçüsü ilə evlənmişdir. 1860-cı ildə Vayominqdəki şoşonlara qayıdaraq 1884-cü ildə 95 yaşında vəfat etmişdir."Original Adoption Documents." St. Louis, Missouri: Orphans Court Records. 11 August 1813.Drumm, Stella M., ed. 1920. Journal of a Fur-trading Expedition on the Upper Missouri: John Luttig, 1812–1813. St. Louis: Missouri Historical Society.

Xatirəsi və mədəniyyətdə yeri Sakaqaveya Luis və Klark ekspedisiyasının və bütövlükdə ABŞ tarixinin mühüm simasına çevrilmişdir. XX əsrin əvvəllərində Amerika Qadınların Seçki Hüququ Milli Assosiasiyası onun obrazını qadınların bacarıq və müstəqilliyinin rəmzi kimi qəbul etmiş, onun şərəfinə bir neçə abidə və memorial lövhə qoymuşdur.

2000-ci ildən etibarən ABŞ-da "Sakaqaveya dolları" adlı 1 dollarlıq sikkədə onun təsviri yer alır.

Sakaqaveya müxtəlif romanlarda, filmlərdə və televiziya layihələrində obraz kimi canlandırılmışdır. O, "Gecə Muzeydə", "Gecə Muzeydə 2", "Gecə Muzeydə 3" filmlərində və "Simpsonlar" animasiya serialının Margical History Tour və Treehouse of Horror seriyalarında yer almışdır.

1955-ci ildə Rudolf Mate tərəfindən çəkilmiş "Uzaq Üfüqlər" adlı tarixi-macəra filmində Sakaqaveya rolunu aktrisa Donna Rid canlandırmışdır.

İstinadlar

Ədəbiyyat Powers, Thomas, "Getting Sacagawea Right" (review of Our Story of Eagle Woman: Sacagawea: They Got It Wrong, by the Sacagawea Project Board of the Mandan, Hidatsa, and Arikara Nation, Paragon Agency, 2021, 342 pp.), The New York Review of Books, vol. LXX, no. 10 (8 June 2023), pp. 39–42.

Xarici keçidlər

"Profile: Sacagawea", National Park Service Museum of Human Beings, a book by Colin Sargent Sacagawea – A Pioneer Interpreter at teck-translations.com

Kateqoriya:ABŞ tarixi Kateqoriya:Şimali Amerika hindiləri