Lesli Brubeyker (; ) — Bizans illüstrasiya əlyazmaları üzrə mütəxəssis. O, 2005-ci ildə Birminhem Universitetində Bizans incəsənəti üzrə professor vəzifəsinə təyin edilib və hazırda həmin müəssisənin təqaüdçü professorudur. Onun tədqiqat dairəsinə qadın himayədarlığı, ikonalar və Məryəm ana kultu daxildir. O, əvvəllər Birmingem Universitetinin İncəsənət və Hüquq Kollecində aspirantura üzrə rəhbər olub. Professor Brubeyker Bizans Tədqiqatlarının Təşviqi Cəmiyyətinin sədridir. Onun əsərləri dünya kitabxanalarında qorunur.
Bioqrafiyası Brubeyker Pensilvaniya Dövlət Universitetində təhsil alıb və 19722-ci ildə burada bakalavr dərəcəsinə yiyələnib. 1976-cı ildə isə həmin müəssisənin magistr pilləsini başa vurub. Brubeyker Con Hopkins Universitetində doktorluq dissertasiyasını başa vuraraq “Parisdə Nazianzuslu Qriqorinin məclislərinin təsvirli surəti (Milli Kitabxana, cod. gr. 510)” (iki cilddə) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Brubeyker eyni vaxtda 1981-1983-cü illərdə Massaçusets ştatının Uiton Kollecinin İncəsənət Departamentində təlimatçı vəzifəsində çalışmışdır. O, Uiton Kollecinin İncəsənət Departamentində köməkçi (1983-1990) və sonra dosent (1990-93) vəzifəsində çalışmışdır.
1994-cü ildən Brubeyker İngiltərənin Birminhem Universitetindən əmək fəaliyyətini davam etdirmiş və bu günə qədər burada tədqiqat və müəllimlik karyerasını davam etdirir. 2005-ci ildə Bizans İncəsənət Tarixi Professoru vəzifəsinə təyin edilmişdir.
2003-cü ildən Birminhem Universitetində Bizans, Osmanlı və Müasir Yunan Tədqiqatları Mərkəzinin (Entoni Brayer tərəfindən təsis edilib) direktoru, 2005-2009-cu illərdə isə Arxeologiya və Antik dövr İnstitutunun direktor köməkçisi (Tədqiqat) vəzifələrində çalışıb.
1990-cı ildə o, erkən orta əsr alimi professor Kristofer Uikhemlə ailə həyatı qurmuşdur.
Əsərləri
Monoqrafiyaları
Vision and meaning in ninth-century Byzantium: Image as exegesis in the Homilies of Gregory of Nazianzus in Paris (Cambridge University Press, 1999). Pp 489. Reprinted 2001. Re-issued in paperback edition 2008. Byzantium in the Iconoclast era (ca 680 - ca 850): The Sources (Aldershot, 2001), with JF Haldon. Pp 307. Gender and the Transformation of the Roman World, 300-900 (2003) Gender in the Early Medieval World: East and West, 300-900 (Cambridge University Press, 2004), with J Smith. Pp 333. Byzantium in the Iconoclast era ca 680 – ca 850: A History (Cambridge University Press, 2011), with JF Haldon. Pp xxiv + 917. The Cult of the Mother of God in Byzantium: Texts and Images (Ashgate, 2011), with M Cunningham. Inventing Byzantine Iconoclasm (2012)
Məqalələri
'The Tabernacle Miniatures of the Middle Byzantine Octateuchs', Actes du XVe Congrès International d'Etudes Byzantines II (Athens, 1981), 73‑92. 'Politics, Patronage and Art in Ninth‑Century Byzantium: The Homilies of Gregory of Nazianzus in Paris', Dumbarton Oaks Papers 39 (1985), 1‑13. 'The Introduction of Painted Initials in Byzantium', Scriptorium 45 (1991), 22–46. 'Byzantine Art in the Ninth Century: Theory, Practice, and Culture', Byzantine and Modern Greek Studies 13 (1989), 23‑93. 'Icons before Iconoclasm?', Settimane di studio del Centro italiano di studi sull'alto medioevo XLV (1998), 1215–54. 'The Chalke Gate, the construction of the past, and the Trier ivory', Byzantine and Modern Greek Studies 23 (1999), 258–85. 'The gender of money: Byzantine empresses on coins (324-802)', with H Tobler, Gender and History 12 (2000), 572–94. 'Memories of Helena: patterns in imperial female matronage in the fourth and fifth centuries', in L James, ed., Women, Men and Eunuchs: Gender in Byzantium (London, 1997), 52–75. 'Sex, lies and textuality: the Secret History of Prokopios and the rhetoric of gender in sixth-century Byzantium' in L Brubaker and J Smith, ed., Gender in the early medieval world, east and west, 300-900 (Cambridge, 2004), 83–101. 'Pictures are good to think with: looking at, with, and through Byzantium', in P Odorico et al., eds, L'ecriture de la mémoire. La littérarité de l'historiographie (Paris, 2006), 221–40. 'Every cliché in the book: the linguistic turn and the text-image discourse in Byzantine manuscripts', in L James, ed., Art and Text in Byzantium (Cambridge, 2007), 58–82. 'Critical approaches to art history', in E Jeffreys et al., ed., Oxford handbook of Byzantine Studies (Oxford, 2008), 59–66.
İstinadlar Kateqoriya:Birminhem Universitetinin müəllimləri