Gülabbas Abas oğlu Qəhrəmanov () — Qobustan rayon partiya komitəsinin I katibi, Qobustan rayonu İcra hakimiyyətinin başçısı (1992), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.

Həyatı Gülabbas Qəhrəmanov 1 fevral 1942-ci ildə Şamaxı rayonunun Bəklə kəndində (indi bu kənd Qobustan rayonuna aiddir) anadan olmuşdur. Bəklə kəndində ibtidai, Nabur kəndində natamam, Nərimankənd kənd orta məktəbini bitirmişdir.

1962–1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır.Dilarə İSGƏNDƏRZADƏ. Hədər yaşanmayan həyat. 525-ci qəzet — 2025–18 fevral (№ 30) — Səh.12.

Fəaliyyəti Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirdikdən sonra "Yeni Şirvan" qəzetinə təyinat almışdır. Daha sonra Şamaxı rayon partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri, Şamaxı rayon Xalq Nəzarət Komitəsinin sədri, Qobustan rayon partiya komitəsinin I katibi vəzifələrində işləmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. Milli Məclisin deputatı olmuşdur.Azərbaycan Respublikasının xalq deputatı K. A. Qəhrəmanovun Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları