200px|thumb|11 noyabr 2011-ci il 11:11:11-i göstərən saat (11/11/11)

Numerologiyada 11:11 — müəyyən bir hadisənin baş verməsi üçün əhəmiyyətli bir an hesab olunur. Bu, sinxronluğun nümunəsi, həmçinin müsbət bir işarə və ya mənəvi təsirin mövcudluğuna dair bir göstəriş kimi qəbul edilir. Bundan əlavə, rəqəmlərin təkrarlanmasının onların "intensivliyini" artırdığı və numeroloji təsirini gücləndirdiyi düşünülür.

Həmçinin 11:11 rəqəmi numerologiyada güclü mənəvi və enerjili mesaj daşıyan master number (ustad rəqəm) hesab olunur. Bu ardıcıllıq, xüsusilə ruhani oyanış, intuisiya, yüksək şüur və daxili dönüşüm ilə əlaqələndirilir.

Tənqidçilər bu iddianın əsaslı sübutlarının olmadığını vurğulayır və təsdiqləmə qərəzi () və post-faktum təhlili () kimi elmi izahları irəli sürürlər. Statistik müşahidələrə, xüsusilə xaos nəzəriyyəsi və həqiqətən böyük ədədlər qanunu () əsasında skeptiklər bu cür fərdi müşahidələri təsadüf və labüdlük kimi izah edir və onların xüsusi bir mənası olmadığı qənaətinə gəlirlər.

Xristianlıqda əhəmiyyəti Protestant xristianlığında, xüsusilə pentikostal hərəkatlarda 11 və ya 11:11 rəqəmi keçid anlayışı ilə əlaqələndirilir.

Zamanda əhəmiyyəti Müxtəlif səbəblərə görə insanlar tarixlərə və rəqəmlərə xüsusi mənalar aid edirlər. Bunun nəzərəçarpan nümunələrindən biri "on birinci saat, on birinci gün, on birinci ay" ifadəsinin əhəmiyyətidir. Bu ifadə 11 noyabr 1918-ci ildə Paris vaxtı ilə saat 11:00-da Birinci Dünya Müharibəsini bitirən atəşkəsin qüvvəyə minməsini simvolizə edir.

11 noyabr 2011-ci ildə (11/11/11) dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da və Asiya qitəsində kütləvi şəkildə evliliklərin sayı artmışdır.

Polşada isə 11 noyabr (11/11) və saat 11:11 1918-ci il noyabrın 11-də Polşanın Alman, Avstriya və Rusiya işğalından azad edilməsi ilə əlaqələndirilir və Polşa Müstəqillik Günü kimi qeyd edilir.

11:11-in əsas mənaları Mənəvi oyanış və ruhani siqnalGeorge Barnard: The Search for 11:11. A Journey into the Spirit World. 11:11 Publishers, 2004.Solara: 11:11. Inside the Doorway. Star-Borne Unlimited, 1992 Çoxları 11:11-i gördükdə bunun ruh dünyasından bir siqnal və ya universumun mesajı olduğunu düşünür. Bunun intuisiya gücləndiyi, enerji axınının artdığı və ruhən inkişafın başladığı bir dövrə işarə etdiyi deyilir. Arzuların və düşüncələrin reallaşması 11:11, fikirlərin və niyyətlərin sürətlə gerçəkləşməsi ilə əlaqələndirilir. Bu anda nə düşündüyünüzə diqqət yetirmək tövsiyə olunur, çünki düşüncələriniz reallığa çevrilə bilər. Əngəllərin aşılması və yeni fərqindəlik səviyyəsi Keçmişi geridə qoymaq və yeni fərqindəlik səviyyəsinə keçmək üçün bir işarə ola bilər. Bu rəqəmləri görənlərin həyatlarında dəyişikliklərə açıq olmaları və intuisiya ilə hərəkət etmələri tövsiyə edilir. Ruh ikiləri və ekiz alovlar () 11:11 tez-tez ruh əkizləri (soulmates) və ikiz alovlar (twin flames) anlayışı ilə də əlaqələndirilir. Rəqəmi tez-tez görmək, bu ruhi olaraq yaxın bir insanla qarşılaşmaq və ya ruh əkizinizlə əlaqənin güclənməsi mənasına gələ bilər. Kosmik və ilahi rəhbərlik 11:11 kainatın sizinlə birbaşa əlaqə qurmağa çalışdığını göstərə bilər. Mələklərin, bələdçi ruhların və ya ali varlıqların sizi izlədiyinə və doğru yolda olduğunuzu bildirmək istədiklərinə işarə kimi qəbul edilir.11:11 Phänomen – Der digitale Code unserer Realität , abgerufen am 1. April 2014Das 11:11-Phänomen , abgerufen am 1. April 2014

İstinadlar

Kateqoriya:Numerologiya Kateqoriya:Rəqəmlər haqqında mövhumatlar