Şirvan şikəstəsi — şikəstə növlərindən biri. Bu şikəstə Şirvan zonasında geniş yayılıb.

Bu şikəstənin instrumental və vokal-instrumental variantları olur.

Şirvan şikəstəsi aşıqlar tərəfindən bayatı və qoşma əsasında ifa olunur. Bu şikəstənin məqam əsası segah, musiqi ölçüsü 2/4 (4/4), tempi mülayim olur. Şirvan şikəstəsi sazda baş divani pərdəsindən dilqəmi kökündə ifa olunur.

Şirvan şikəstəsinin instrumental variantı əsasən balabançılar dəstəsi tərəfindən ifa olunur.

Şirvan Şikəstəsinin məşhur ifaçıları kimi Aşıq Şakiri və Alim Qasımovu saymaq olar.

Həmçinin bax Azərbaycan musiqisi Aşıq sənəti Muğam Zərbi muğamlar

İstinadlar

Xarici keçidlər Zərbi muğamlar