Duvaryan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Əhən kənd inzibati ərazi dairəsində kənd.
Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 33 nəfər 12 kişi, 21 qadındir. Kənd əhalisini tatlar təşkil edir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla getmək olar.
Etimologyası Toponim tat dilindəki duvar (yoxuş, yamac) və an (burada “yer” deməkdir) sözlərindən ibarət olub, “yoxuşlu yer”, “maili yer” mənasını verir. Toponim yerləşdiyi coğrafi ərazini əks etdirir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İsmayıllı rayonunun kəndləri