Dəstur əl-Müluk ((fars. دستور الملوک; azərb. Hökmdarlar üçün Nizamnamə) — Məhəmməd Rəfi Ənsarinin farsca yazdığı Səfəvilər dövlətinin idarəçiliyindən bəhs edən XVIII əsrə aid tarixi əsər.

Əsərin strukturu Dəstur əl-Müluk əsəri Səfəvilər dövlətinin inzibati və maliyyə-vergi quruculuğunu əks etdirir. XVIII əsr müəllifi Mirzə Səmianın "Təzkirət əl-müluk" əsəri ilə müqayisədə bu əsərdə bürokratik aparatın nümayəndələrinin vəzifələri, məmurların məvaciblərinin ödənilməsi sistemi, nizami, qeyri-nizami qoşunun xüsusiyyətləri, vergi sistemi və sair daha ətraflı təsvir edilir, bu Səfəvilər dövlətinin nümunəsində sosial qurumların inkişafını daha ətraflı öyrənməyə imkan verir. Müəllifin öz əsərini başa çadrıbı çadırmadığı məluim deyil, amma, o, girişdə bildirir ki, əsər 15 fəsil və nəticədən ibarətdir. Amma əsərin 7 fəsli və 12 şərhi bəllidir.Dastur al-Moluk. A Safavid State Manual. Translated from persian by Willem Floor and Mohammad H. Faghfoory. commentary by Willem Floor. Costa Mesa, Californiaː Mazda Publishers, Inc., 2007, p.vi-vii

I Fəsildə məqbərələrin və sairlərin mollabaşılarının, həm də paytaxt İsfahan şəhərinin müqəddəs şəriətinin ülamələrinin və din xadimlərinin vəzifələrini aydınlaşdırır. Bu fəsil 10 bölmədən ibarətdir.

II Fəsil yüksəkdərəcəli rütbə daşıyan və ehtiram edilən əmirlərin vəzifələri haqqında olub giriş və 15 bölmədən ibarətdir.

III Fəsil müqərrəbülxaqan (xaqanın yaxını) və alicah (yüksəkdərəcəli) titulu daşıyanlara həsr olunub hər biri müvafiq olaraq 5, 2, 11 bölmədən ibarət olan 3 hissədən ibarətdir.

IV Fəsil bəzi məmurların, vəzirlərin, ağsaqqalların və digərlərinin vəzifələri haqqındadır. Xüsusilə də xaqanın yaxını titulunu daşımayanlardan bəhs edirdi. Bu fəsil 16 bölmədən ibarətdir.

V fəsil Hökmdarın yaxınlarının məşğuliyyəti və vəzifələri haqqında olub 6 hissədən ibarətdir.

VI fəsil dəftərxana qulluqçuları, katiblər, vəzirlər və başqalarının vəzifələri haqqqındadır.4 hissədən ibarətdir.Ənsari, Məhəmməd Rəfi. Dəstur əl-müluk. 25–32, 33–59, 60–77, 78–89, 90–103, 104–125

VII fəsil hökmdar katibliyinin funksiya və qazancları barədədir. Şərhlər bölməsində isə eşikağası vəzifəsindən musiqi və rəqsə nəzarət edənlərə qədər ayrı-ayrı vəzifələrə şərh verilmişdir.

Əsərin başqa dillərə tərcümələri Əsər Azərbaycan, rus və ingilis dillərinə tərcümə edilib. Əsərin rus dilinə tərcüməsinin müəllifi Vildanovadır.Ансари, Мухаммад-Рафи. Дастур ал-мулук : (Устав для государей) / Мухаммад-Рафи,Ансари; Предисл., пер. [с перс.], примеч. и указ. А. Б. Вильдановой; Ин-т востоковедения им. Абу Райхана Беруни. — Ташкент : Фан, 1991. — 139 с. O 1991-ci ildə tərcüməyə şərhlərlə birlikdə əsəri Daşkənddə çap etdirmişdir. Əsərin Azərbaycanca nəşri Mahal Qacarın tərcüməsi və Ənvər Çingizoğlunun şərhləri və giriş sözü ilə çap edilib.Ənsari, Məhəmməd Rəfi. Dəstur əl-müluk (az.) (1-ci nəşr). Bakı: Mütərcim. 2015 Əsərin ingilis dilinə ilk tərcüməsi 2002-ci ilə təsadüf edir. Marçinovskinin nəşri Kuala-Lumpurda işıq üzü görüb.Muhamma İsmail, Marchinowski. Mirza Rafi'a's Dastur al-Muluk. A Manual of Later Safavid Administration. Kuala Lumpurː ISTAC, 2002, 717 p. 2007-ci ildə Villem Flor və Məhəmməd Faqfuri tərəfindən ingiliscə tərcüməsi məlumdur.Dastur al-Moluk. A Safavid State Manual. Translated from persian by Willem Floor and Mohammad H. Faghfoory. commentary by Willem Floor. Costa Mesa, Californiaː Mazda Publishers, Inc., 2007

Həmçinin bax Məhəmməd Rəfi Ənsari

İstinadlar

Kateqoriya:Fars dilində ədəbi əsərlər Kateqoriya:İran mədəniyyəti Kateqoriya:XVIII əsrdə İran