Ağbənd körpüsü — Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında Araz çayı üzərində İranla sərhəddə yerləşən avtomobil körpüsü. Körpü üzərində sərhəd-gömrük infrastrukturu mövcuddur. Tikintisi 2023-cü il oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib. Bununla da layihə çərçivəsində tikinti işlərinə start verilib.Ağbənd körpüsü Naxçıvana açılan qapıdır
Tədbirdə Araz çayı üzərindən tikintisi başlanılan körpünün koordinatları və texniki parametrləri, körpüyə yaxınlaşma yolu layihəsi, ərazidə yaradılacaq müvafiq sərhəd-gömrük məntəqəsinin göstəriciləri, çayın əvvəlki məcrasına qaytarılma məqsədilə görüləcək sahilbərkitmə və məcratəmizləmə tədbirləri və İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında inşa ediləcək yeni dəmir yolu xətti və körpülərinin planları barədə aidiyyəti dövlət qurumlarının məlumatları dinlənilib. Qeyd olunub ki, Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, eləcə də 15 min insanın sərhəddən keçidi təmin olunacaq. Avtomobillər üçün nəzərdə tutulan körpü ilə yanaşı, burada Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də körpü salınacaq."Ağbənd körpüsü stratejidir, burada gömrük-keçid məntəqəsi və terminal da inşa ediləcək" - İranlı nazirAğbənd Kəlalə avtomobil yolu körpüsü fevral 2026'da tikinti işlerinin %100 qutarıp indi isə Aras Dəhlizinə bağlayan körpü oldu
İstinadlar
Xarici keçidlər Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir - Prezident İlham Əliyev Musəvi: İranla Azərbaycan arasında Ağbənd körpüsü ilə bağlı razılaşma Bakının Tehrana etimadının göstəricisidir Horadiz-Ağbənd dəmir yolunda tikilən körpü ilə bağlı planlar açıqlanıb
Kateqoriya:Avtomobil körpüləri