Həyatı 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olmuşdur.

1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1994-cü ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim, 2006-cı ildən dosentdir.

1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olmuşdur.

2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi işinin mövzusu "Azərbaycan Vətəndaşlıq İnstitutu" olmuşdur.

1996–2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olmuşdur.

1997-ci ilin fevralından 2003-cü ilə kimi Xəzər Universitetində müəllimi işləmişdir.

2002-ci ildə (fevral-iyun) ABŞ-nin İndiana Universitetində elmi məzuniyyətdə olmuşdur.

2005-ci ildə (yanvar-avqust) Fulbrayt proqramı üzrə ABŞ-nin İndiana Universitetində elmi tədqiqat aparmışdır.

2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunmuşdur.

2008–2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olmuşdur.

22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. 2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.

10 dekabr 2025-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.

Təltiflər "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı (27 may 2019-cu il) Azərbaycanın əməkdar hüquqşünası (10 iyul 2018-ci il) "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (02 fevral 2024-cü il)

Qeydlər

İstinadlar

Xarici keçidlər

Azərbaycan Konstitusiya Məhkəməsinin saytında profil Venesiya Komissiyasının saytında profil İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın saytında tərcümeyi-halı Kateqoriya:Azərbaycan Respublikasının əməkdar hüquqşünasları Kateqoriya:Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri Kateqoriya:Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1971-ci ildə doğulanlar Kateqoriya:8 mayda doğulanlar Kateqoriya:"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:İndiana Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları