Qırlıq palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biri.

Haqqında Qırlıq palçıq vulkanı Bakıdan 85 km qərb-cənub-qərbdəvə Hacıqabul şəhərindən 15 km şimalda yerləşir. Palçlq vulkanı örtüyü 973 ha, kalderəbənzər kraterin uzunluğu 1300 və eni 1000 m-dir. Brekçiya örtüyünün orta qalınlığı 40 m-dir. Vulkan Qırlıq qırışığının qərb periklinalında, uzununa və eninə pozulmaların kəsişmə qovşağında yerləşir. Günbəzvari Qırlıq qalxımınən uzunluğu 2 km və eni 1,5 km-dir. Nüvədə 12-25 dərəcə bucaq altında yatan orta Abşeron layları ilə çərçivələnən alt abşeron çöküntüləri yer səthinə çıxır.

Həmçinin bax Axtarma-Paşalı palçıq vulkanı Qoturdağ palçıq vulkanı Xərə-Zirə adası palçıq vulkanı

İstinadlar

Xarici keçidlər - Azərbaycanın palçıq vulkanlarının toponimləri

Kateqoriya:Azərbaycanın palçıq vulkanları