250px|thumb|right|Kitabi-Dədə Qorqud əlyazması Kitabi-Dədə Qorqudun tarixiliyi — "Kitabi-Dədə Qorqud" ədəbi dastanının tarixlə əlaqəsini, tarixi şəxsiyyətlər və hadisələr ilə uyğunluqların qurulmasını, tarixi mənbələrlə müqayisənin aparılmasını və s.-i əhatə edir. Dastanın hal-hazırdakı əlyazması XV əsrə aid olsa da, dastana daxil olan hekayələrin (boyların) müxtəlif dövrlərdə ərsəyə gəldiyi və həmin dövrün tarixi hadisələrini əks etdirdiyi düşünülür. Dastanın əsas qəhrəmanlarından olan Salur Qazan xan IX–X əsrlərdə, Sırdəryanın şimalında "kafir" peçeneqlərlə müharibə aparmış, bəzən udmuş, bəzən uduzmuş bir oğuz xanı ola bilər. Bütün döyüşlər onun dövründə keçməsə də, dövr keçdikcə Qazan xan bu dövrün ümumi bir qəhrəmanına çevrilmişdir. Həmçinin, Qazan xanın Dədə Qorqudla eyni dövrdə yaşaması dastanda irəli sürülmüş, Qazan xanı islam övliyası kimi qəbul edilən Qorqud ilə birləşdirərək, onun döyüşlərinə dini bir məna qatılmışdır. Dədə Qorqudun dastanda müsəlman olaraq təqdim edilməsinə və İslam peyğəmbərinin dövründə (570–632-ci illər) yaşadığına inanılmasına baxmayaraq, elmi araşdırmaçılara görə, onun həqiqi kimliyi müzakirə mövzusudur, onun göytürklər dövründə, oğuz yabqularının yanında bir türk hakimi olması, müsəlman olmayan bir şaman-ozan olması və s. bu kimi fikirlər təklif edilir.
Oğuzlar Anadolu və Azərbaycana köçəndən sonra dastandakı tarixi hadisələr yeni ərazilərə aid edilməyə başlanmış, bəzi hallarda dastana tamamilə yeni siyasi hadisələri təsvir edən boylar əlavə edilmişdir. Ağqoyunlu–Komnin siyasi nikahlarından ilhamlanan Qan Turalının boyu bunun bir nümunəsidir. Dastandakı toponimlər nəzərə alınanda şimal-şərqdə Xorasan, şimalda Qafqaz, gürcü və abxaz dövlətləri, Trabzon imperiyası, cənubda Fərat hövzəsi, Mardin, Diyarbəkiri əhatə etməklə Ümman dənizinə qədər yayılmış bir imperiyanın və oğuz-türkmən ulusunun dastanı ortaya çıxır. Dastanda oğuzların Mərkəzi Asiyada peçeneq və qıpçaqlara qarşı mübarizəsi haqqındakı milli yaddaş yeni köçülən ərazilərdə qarşılaşılan düşmənlərə, gürcü və abxazlara tətbiq edilmişdir.
Kitabi-Dədə Qorqudun salur boyu leyhinə yazılması da xüsusi diqqət çəkən məsələdir. Qazan xandan əvvəlki salur xanlarının şəcərəsi "Şəcərəyi tərakimə"nin müəllifi Əbülqazi Bahadır xanın diqqətini çəkmişdir və o, siyahıda bəzi salur xanlarının çatışmadığını iddia etmişdir. Ancaq Pertev Naili Boratava görə, şəcərənin qısa olmasının səbəbi salur boyunun Qazan xandan əvvəlki dövrdə vacib rol oynamaması ilə əlaqədardır. Salur boyunun hekayəsinin Anadoluda və Azərbaycanda hökmranlıq etmiş Ağqoyunluların əcdadı Bayandur xanın hekayəsi ilə birləşdirilməsi ya salur boyuna mənsub bir şəxs tərəfindən edilmiş, ya da salur boyuna mənsub ozanların rəvayətləri burada istifadə edilmişdir. Bundan başqa, XII–XIV əsrlərdə Salur boyunun Anadolu tarixində vacib bir rol oyması ehtimalı nəzərə alınsa da, bu ancaq digər boyların buyruğu altında baş verə bilərdi. Buna baxmayaraq, XVI əsrdə Ulaş adlı bir tayfanın salur və bayandur adlı iki qolunun olması göstərir ki, bu əsrdə balaca bir çərçivədə olsa da Bayandur–Salur birliyi mövcud olmuşdur.
Tarixi-mədəni mühit
Kitabi-Dədə Qorqudun yazıya köçürülməsi tarixi olaraq XV əsr götürülsə də, dastanın şifahi olaraq yaranması versiyaları tarixi dövr baxımından IX–X əsrlərdən XIII əsrə qədər dəyişir.Meeker, 1992, с. 395.Жирмунский В. М., 1964, с. 14. Bu dastan özündə həm erkən türk, həm də Qafqazın arxaik görüşlərini birləşdirir. Dastanın mövzusu mənbəyini həm daha qədimdə Mərkəzi Asiyada oğuzların qıpçaq və peçeneqlərə qarşı mübarizəsindən, həm də Ağqoyunlu tayfa ittifaqının Anadoluda xristianlarla əlaqələrindən götürür.
Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Oğuznamə"dən və "Kitabi-Dədə Qorqud" dastanından götürür. XIII–XIV əsr tarixçisi Fəzlullah Rəşidəddin "Cəmi ət-Təvarix"i yazarkən, türklərin tarixini yazmaq üçün həm Azərbaycan yerli mühitində mövcud olan mənbələri, həm də Şərqdən mühacirlərin gətirdikləri şəcərə əfsanələrini istifadə etmişdir. XV əsr Azərbaycanında türkmənlər oğuz əfsanəsini sülalə quruluşu mifi səviyyəsinə çıxarmışdılar. Məsələn, Qara Yusifin Cengiz Alpın, Ağqoyunluların isə Oğuz xanın törəməsi Bayandur xanın nəslindən gəlməsi ilə bağlı soy iddiaları var idi. XV əsrdə Azərbaycan mühitində Oğuz şəcərə əfsanələrinin yayılmasının daha bir sübutu oğuz bayat tayfasından olan Həsən ibn Mahmudun həccə gedərkən yanında Oğuznamə əlyazması aparması və bu əsər əsasında "Cam-i Cəm-ayin"i yazmasıdır. "Cam-i Cəm-ayin" əsərində Azərbaycan və Kürdüstanın yerli hekayələri də istifadə edilmişdir. Bunun sübutu "Şərəfnamə" (Şərəf xan Bitlisinin əsəri) və "Kitabi-Dədə Qorqud"da olan oxşar hekayələrdir.
"Kitabi-Dədə Qorqud" dastanının Dəli Domrul boyunun Evripidin yazdığı Alkestis obrazının süjet xətti ilə oxşarlığı bu mövzunun Bizans vasitəsilə dastana keçməsi ilə izah edilir. Qədim Yunan ədəbiyyatı ilə digər oxşarlıqlar Odissey ilə Beyrəkin vətənə qayıtması süjetləri, "'Odissey" əsərindəki siklop hekayəsi ilə Təpəgöz epizodunun qarşılaşdırılması nəticəsində ortaya çıxır.
Əsas tayfa məlumatları Tayfa hakimiyyətiDigər tərəfMərkəzi Asiyada bəzi oğuz boylarının hakimiyyəti (tarixi və ədəbi mənbələrə görə)Göytürklər və oğuz yabquları35px|frameless Bayat boyundan Dədə Qorqud (türk hakimi və ya şamanı)35px|frameless Qayı boyu hakimiyyəti ("Şəcərəyi tərakimə"yə görə)35px|frameless Bayandur xanın hakimiyyəti ("Kitabi-Dədə Qorqud" və Hacı Bektaş Vilayətnaməsinə görə)35px|frameless Peçeneqlər (düşmən tərəf) 35px|frameless Bayat boyundan Dədə Qorqud (yardım edən şəxs)35px|frameless Salur boyu hakimiyyəti ("Kitabi-Dədə Qorqud" və "Şəcərəyi tərakimə"yə görə)35px|frameless Qınıq boyu hakimiyyəti (ibn Bibiyə görə)Orta Şərqdə bəzi oğuz sülalələrinin hakimiyyəti (tarixi mənbələrə görə)35px|frameless Səlcuqlar (qınıq boyu, h.i. 1037–1194)35px|frameless Osmanlı imperiyası (qayı boyu, h.i. 1299–1922)35px|frameless Ağqoyunlular (bayandur boyu, h.i. 1378–1501)
Mərkəzi Asiyada oğuz tarixi
Göytürk dövrü və İslamın ilkin yayılma dövrü
Dədə Qorqud Fəzlullah Rəşidəddinə və Əbülqazi Bahadır xanın "Şəcərəyi tərakimə" rəvayətlərinə görə, İslamın ilk yayılma dövrlərində türk xanlarına vəzirlik etmişdir. Rəşidəddinə görə, Dədə Qorqud İnal Sır Yavkuy dövründə zühur etmiş və 295 il yaşamışdır. Zəki Vəlidi Toqan buradakı "yavkuy" sözünün "yabqu" sözünün dəyişmiş forması olduğunu fikirləşmiş, Qorqudun İslamın yayılmasından əvvəl, göytürklər dövründə, oğuz yabqularının yanında bir türk hakimi olduğu ideyasını ortaya çıxartmışdır. Oğuzlar müsəlman olandan sonra Qorqud bir müqəddəs olaraq qəbul edilmişdir. Qorqud İslam peyğəmbərinin dövrünə (570–632-ci illər) yaxın yaşadığı üçün onun peyğəmbərdən xəbərsiz olması da əfsanəni yayanlar tərəfindən qəbul edilməmiş, bioqrafiyasına əks məlumat əlavə edilmişdir. Rəşidəddinin rəvayəti də oğuzların İslam dinini hələ peyğəmbərin dövründə qəbul etmələri ilə fəxr etmək cəhdi ola bilər. Bundan başqa Qorqudun daha əvvəl yaşamış bir şaman-ozan olduğu da bir ehtimal kimi fikirləşilir. 300px|thumb|right|Tümən, Köl Erki, Qayı Yavqu xan və Qorqudun görüşü. Fəzlullah Rəşidəddinin "Cəmi ət-Təvarix" əsəri Fəzlullah Rəşidəddinin verdiyi məlumatlar və "Şəcərəyi tərakimə" rəvayətləri həm iddia edir ki, Qorqud qədim oğuz yabqularının dövründə yaşayıb, həm də hesab edir ki, Qorqud İslam peyğəmbərindən 300 il sonra, Abbasi Xilafəti dövründə yaşamış Qazan xanla eyni dövrün adamıdır. "Kitabi-Dədə Qorqud" dastanı isə Qazan xanın hakimiyyətini də Dədə Qordun və İslam peyğəmbərinin dövrünə salaraq, bu xronoloji problemi həll etməyə çalışıb. "Bahrul Ənsab"da Bayandur xanın Qazan, Dündar və Büğdüzü peyğəmbərə elçi göndərməsi, Şərəfnamədə Büğdüzün ("Kitabi-Dədə Qorqud"da Bayandur və Qazan xanın çağdaşı) bu vəzifəni icra etməsi də eyni xüsusiyyəti daşıyır.
Fəzlullah Rəşidəddinin yazılarında və "Şəcərəyi tərakimə"də Qazan xanın İslam peyğəmbəri dövründə yaşaması ilə bağlı heç bir sübut tapılmamışdır. Buna görə də Qazan xanın Dədə Qorqudla və İslam peyğəmbəri ilə eyni dövrdə yaşaması ilə bağlı rəvayətlər oğuz-salur dastanının daha sonrakı dövrünün, ehtimal ki, Anadolu və Azərbaycan mühitinin məhsuludur. Qazan xanın Dədə Qorqudla eyni dövrdə yaşaması ona görə iddia edilirdi ki, bu fakt Qazan xanı oğuzlar tərəfindən islam övliyası qəbul edilən Qorqud Ata ilə birləşdirərək, Qazanın İslam uğrunda döyüşlərinə dini bir məna qatır.
Başqa bir iddiaya görə, Dədə Qorqud həqiqətən də, oğuzların İslamı qəbul etdiyi dövrdə (Abbasilər dövrü) yaşamış bir İslam mürşidi ola bilər. Onda dastan mədəniyyəti həm oğuzların İslamı qəbul etməsini, həm də Dədə Qorqudu 300 il qədimə, İslam peyğəmbərinin dövrünə aparmağa çalışmış ola bilər.
Qayı boyunun rolu Fəzlullah Rəşidəddinin yazılarında və "Şəcərəyi tərakimə"də salurların parlaq dövründən əvvəl hökmranlıq etmiş qayı boyu xanları qeyd edilir. Qeyd edilən hər iki mənbə erkən qayı hakimiyyəti haqqındakı məlumatı qayı boyu mənşəli Osmanlı sülaləsinin xoşuna gəlmək üçün yazmış ola bilməz. Kitabi-Dədə Qorqudun önsözündə qayı boyu haqqında verilən fikir (Osmanlı ailəsinin qiyamətə qədər hakimiyyətdə olması) də daha qədimdə qayı boyunun hakimiyyəti haqqında yazılanlara əsaslanaraq verilmişdir. Kitabi-Dədə Qorqudun yazıya alındığı dövrdə Osmanlı dövlətinin əsasları güclü bir şəkildə qoyulduğu üçün dastanın önsözündə Osmanlı ailəsinin qiyamətə qədər hakimiyyətdə olması qeyd edilərək, qədimdə də qayıların hakimiyyətdə olması ideyasına yeni bir qüvvət verilmiş, ancaq bunu yazını köçürən şəxs yox, müəllif etmişdir. Faruq Sümər isə fikirləşir ki, Kitabi-Dədə Qorquda Osmanlının həmişə hakimiyyətdə olacağı fikri Səlcuqnamənin müəllifi, XV əsr Osmanlı tarixçisi Əli Yazıçıoğlundan keçmişdir. Bundan başqa, "Şəcərəyi tərakimə"də qeyd edilən bir rəvayətə görə, qayı sülaləsindən olan Toğurmuş yuxuda görmüşdür ki, sinəsindən üç ağac çıxır və onlar yarpaqlanıb budaqlanır. Bunu eşidən Miran Kahin adlı bir bilici yuxunu xeyirə yozmuşdur.
Rəşidəddin və Yazıçıoğlunda, həmçinin Kitabi-Dədə Qorqudda qeyd edilir ki, Dədə Qorqud mənşəcə bayat tayfasındandır. Ancaq "Şəcərəyi tərakimə"nin qayı boyundan olan bir şəxs tərəfindən köçürülmüş, Nuri İşan nüsxəsində Dədə Qorqudun qayı boyundan olması göstərilmişdir. Bu, təəccüb doğurmur. Çünki, misal olaraq, oğuz olmayan başqırdlar belə Qorqud Atanı öz boylarından sayırdılar. Buna görə də əlyazmaları qeydə alanların məşhur şəxsləri öz boylarından göstərməyə çalışmasının səbəbi daha asan başa düşülür. Buna baxmayaraq, qayı boyunun imtiyaz sahibi bir keçmişinin və parlaq bir gələcəyinin olması fikri Osmanlı imperiyasından əvvəl də və qayıların məskunlaşdığı Anadoludan kənarda da mövcud olmuşdur.
Müxtəlif mənbələrdə oğuzların və qayıların əcdadı olaraq Süleyman verilir. Bu Süleymanın İldırım Bəyazidin oğlu Süleyman Çələbi ilə eyniləşdirilməsinə və bu yolla Kitabi-Dədə Qorqudun yazıldığı tarixin təyin edilməsinə cəhd olmuşdur. Ancaq Topqapı Oğuznaməsində Əmir Süleyman adlı şəxsin adının Dədə Qorqud, Bayandur xan və Salur Qazanla bir çəkilməsi bu ehtimalı sıfıra endirir: "Salur Kazan səadətlü, Əmir Süleyman uğurlu, Bayındır xan dövlətli." Bu cümlənin digər bir əhəmiyyəti ondadır ki, İbn Bibi Səlcuqnaməsinin Yazıçıoğlu tərcüməsində verilən məlumata görə, Oğuz xan vəsiyyətində qeyd etmişdir ki, qayı boyundan bir kəs xanlar xanı olanda sağ qol bəylərbəyi bayat boyundan, sol qol bəylərbəyi isə bayandır boyundan olmalı idi. Bundan başqa, İohann Yakob Reyske "Kitabi-Dədə Qorqud"' dastanını kəşf edəndə onu II Bəyazidin oğlu Şahzadə Qorquda aid etmişdir.Ш. Ҹәмид, 1977, с. 3.
IX–XI əsrlər. Oğuz–peçeneq münaqişəsi
"Kitabi-Dədə Qorqud" dastanında qeyd edilən hadisələrin vacib bir hissəsinin oğuzların IX–XI əsrlərdə, köhnə yurdları olan Sırdəryanın şimalında yaşadıqları dövrdə baş verdiyi fikirləşilir. Dastanın əsas qəhrəmanlarından olan Qazan xan IX–X əsrlərdə "kafir" peçeneqlərlə mübarizə aparmış, bəzən udmuş, bəzən uduzmuş bir oğuz xanı ola bilər. Bütün döyüşlər onun dövründə baş verməsə də, dövr keçdikcə Qazan xan oğuz–peçeneq mübarizəsi dövrünün ümumi bir qəhrəmanına çevrilmişdir.