Karicini Milli Parkı — Avstraliyada yerləşən milli park. Qərbi Avstraliyanın şimal-qərb bölgəsində, Pilbara bölgəsinin Hamersli silsiləsində yerləşir. Park, ştatın paytaxtı Pertdən 1055 kilometr uzaqlıqda yerləşir. Əvvəllər Hamersli silsiləsi Milli Parkı adlandırılan bu parkın adı 1991-ci ildə rəsmi olaraq dəyişdirilib.

Park, Banyima, Kurrama və İnnavonqa aborigenlərinin tarixi məskəni olmuşdur. 1861-ci ildə kəşfiyyatçı Frensis Qriqorinin rəhbərlik etdiyi qrup bu ərazini kəşf etmişdir. O, parkın yerləşdiyi Hamersli silsiləsinin adını dostu Edvard Hamerslinin şərəfinə vermişdir.

İstinadlar

Kateqoriya:Avstraliya milli parkları Kateqoriya:1973-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:1969-cu ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kateqoriya BTMİ II