Bədiyyə bint Əli (; ) — Hicaz kralı Əli ibn Hüseynin qızı.Gourji C. Bekhor. (1990). Fascinating life and sensational death: the conditions in Iraq before and after the Six-Day War, G.C. Bekhor
1920-ci ildə Dəməşqdə dünyaya gəldi. Atası Məkkə əmiri Şərif Hüseynin oğlu Əli, anası isə onun xanımı Nəfisə xanımdır. Babasının ölümündən sonra atası Hicaz kralı oldu. Ancaq cəmi bir il sonra taxtdan endirildi. Ailəsiylə birlikdə İraq kralı olan əmisi I Feysəlin yanına sığındılar. Bacısı Aliyə əmisi oğlu I Qaziylə evli idi və bu səbəblə, İraq kraliçası olmuşdu. 1950-ci ildə uzaq qohumu olan Şərif Hüseyn ibn Əli ilə evləndi və cütlüyün bu nigahdan 3 oğlu dünyaya gəldi.
Məhəmməd Abdullah Əli
14 iyul inqilabı əsnasında Bağdaddakı Qəsr əl-Rihab sarayı üsyançıların hücumuna məruz qaldı. Hücum əsnasında bir çox ailə üzvü güllələndi. Ancaq o əsnada sarayda olmayan Bədiyyə xilas oldu və övladlarıyla birlikdə Bağdaddakı Səudiyyə səfirliyinə sığındı. Burdan verilən dəstəklə gizlicə Qahirəyə uçdu və burada gizləndi. Uzun illər İsveçrə və Londonda sürgündə yaşadı. 2020-ci ildə Londonda vəfat etdi.
İstinadlar