Liza Najip Hələbi () və ya sonradan Nur əl-Hüseyn (; ) — İordaniya kralı I Hüseynin dördüncü xanımı, V İordaniya kraliçası.

1951-ci ildə Vaşinqtonda dünayaya gəldi. Atası xristian məzhəbli əslən suriyalı Najip Hələbi, anası isə əslən isveçli Doris Karlqustdur. Hələ 5 yaşında ikən valideynləri boşandı. İlk təhsilini Nyu-York və Kaliforniyada aldı. Ardından Prinston Universitetinə daxil oldu və 1974-cü ildə memarlıq üzrə təhsilini tamamladı. Ardından öncə Avstraliyada, ardından İranda şəhərsalma ilə məşğul olan inşaat-memarlıq şirkətində çalışdı. Siyasi səbəblərlə şirkətin fəaliyyəti dayandığı üçün Ammana köçdü və burada İordaniya Kral Hava Yollarında idarəçi olaraq çalışdı. Bu vəzifədə ikən üçüncü xanımı Aliyə Tukanın yasını tutan kral I Hüseynlə tanış oldu. Çox keçmədən münasibətləri yaxınlaşdı və cütlük 1978-ci ildə nişanlandı.

15 iyun 1978-ci ildə kral I Hüseynlə Ammanda evlənən Liza Hələbi İslamı qəbul etdi və adını Nur əl-Hüseyn olaraq dəyişdi. Kralın öncəki evliliyindən olan azyaşlı 3 uşağını da himayə edən Nur əl-Hüseynin bu nigahdan 4 övladı doğuldu.

Həmzə ibn Hüseyn (1980-) Haşim ibn Hüseyn (1981-) İman bint Hüseyn (1983-) Rayihə bint Hüseyn (1986-)

Kral I Hüseyn 1999-cu ildə vəfat etdi və öncəki evliliklərindən doğulan oğlu II Abdullah taxta çıxdı. Nur-əl Hüseyn isə günlərini İordaniya, ABŞ və Birləşmiş krallıqda keçirir, bir çox beynəlxalq təşkilatla əlaqələrini davam etdirir.

Mənbə

Ədəbiyyat

Rana Husseini (2021). Years of Struggle – The Women’s Movement in Jordan. Amman: Friedrich-Ebert-Stiftung. p. 19. ISBN 978-9923-759-33-2

İstinadlar

Kateqoriya:ABŞ qadınları