İraq krallığı () — 1932-1958-ci ildə mövcud olan konstitusiyalı monarxiya.

Birinci Dünya Müharibəsinin Orta Şərq cəbhəsində Osmanlı imperiyasının məğlub edilməsinin ardından bölgədə Birləşmiş krallığın müstəmləkəsi kimi 23 avqust 1921-ci ildə İraq Mandat Rejimi quruldu. 1930-cu ildə tərəflər arasında bağlanan sazişin ardından 1932-ci ildə Birləşmiş Krallığın bölgədəki formal idarəsi sona çatdı və İraq Haşimilər krallığı müstəqillik qazandı.

Krallar SıraKralSəltənət illəriKraliçasıHaqqında1.I Feysəl 1885-1933

(48 yaş)frameless|200x200px23 avqust 1921 –

8 sentyabr 1933"FEISAL OF IRAQ DIES SUDDENLY IN BERNE" . The New York Times. 9 September 1933Hüzeymə bint Nasir 1884-1935

(54 yaş)frameless|178x178px Haşimilər sülaləsinə mənsub olub, Məkkə şərifi Əmir Hüseynin oğludur. Birinci Dünya Müharibəsinin ardından çıxan Böyük Ərəb üsyanının lideri oldu. Suriya Ərəb krallığındakı 4 aylıq səltənətinin ardından fransızlar tərəfindən qovuldu. 1921-ci ildə təsis edilən İraq Mandat rejiminin başına gətirildi. 1932-ci ildə Birləşmiş krallığın bölgədən geri çəkilməsiylə İraq Haşimilər krallığını təsis etdi. Sünni və şiə məzhəbləri arasında dostluq münasibətlərini qorudu.2.I Qazi 1912-1939

(27 yaş)frameless|194x194px8 sentyabr 1933 –

4 aprel 1939Aliyə bint Əli 1911-1950

(39 yaş)frameless|150x150px I Feysəl ibn Hüseynin yeganə oğludur. Atasının ani ölümünün ardından taxta çıxdı. General Bəkir Sidqinin rəhbərliyi ilə həyata keçirilən dövlət çevrilişini dəstəklədi. Birləşmiş krallığın tabeliyindəki Küveyt üzərində İraqın haqqı olduğunu müdafiə etdi. 1939-cu ildə avtomobil qəzasında dünyasını dəyişdi.3.II Feysəl 1935-1958

(23 yaş)frameless|179x179px4 aprel 1939 –

14 iyul 1958 - I Qazi ibn Feysəlin yeganə övladıdır. Atasının ani ölümünün ardından 4 yaşında ikən taxta çıxarıldı. İkinci Dünya Müharibəsi illərində anasıyla birlikdə Birləşmiş krallığa köçürüldü və burada təhsil aldı. 1953-cü ildə dövlət idarəsini şəxsən ələ aldı və bu tarixədək naiblik uğrunda bir neçə dövlət çevrilişi baş tutdu. Əbdülkərim Qasım liderliyindəki 14 iyul inqilabı nəticəsində taxtdan endirildi və ailə üzvləriylə birlikdə qətlə yetirildi. Ölümüylə bölgədəki 37 illik Haşimilər idarəçiliyinə son qoyuldu.

Mənbə

Ədəbiyyat

Gareth Stansfield; Anderson, Liam D. (2004). The Future of Iraq: Dictatorship, Democracy or Division?. Basingstoke: Palgrave Macmillan. ISBN 1-4039-6354-1 Donabed, Sargon (2015). Reforging a Forgotten History. Edinburgh University Press. doi:10.3366/edinburgh/9780748686025.001.0001. ISBN 978-0-7486-8602-5

İstinadlar Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Krallıqlar Kateqoriya:Tarixi krallıqlar Kateqoriya:1932-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Birləşmiş Krallığın xarici siyasəti