() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

İnsanlar üçün bir neçə xəstəliyə səbəb olan bakteriyaların daşıyıcısı olan gənə növüdür. Bu növ xüsusilə Qayalı dağlar ləkəli qızdırması və tulyaremiya (Francisella tularensis) kimi xəstəliklərin ötürülməsində rol oynayır. "Dermacentor variabilis" ən tanınmış sərt gənə növlərindən biridir. Xəstəliklər, əsasən gənə insan və ya heyvandan qan udduğu zaman yayılır və xəstədə simptomların meydana gəlməsi bir neçə gün çəkə bilər.

"Dermacentor variabilis" "Borrelia burgdorferi" və laym xəstəliyinin səbəbkarı olan bakteriya ilə qarışdırılsa da, layk xəstəliyinin ötürülməsi üçün uyğun daşıyıcı deyil. Laym xəstəliyinin əsas daşıyıcıları ABŞ-nin şərqində "Ixodes scapularis" (maral gənəsi), Kaliforniya və Oreqon ştatlarında "Ixodes pacificus", Avropada isə "Ixodes ricinus" növləridir. "Dermacentor variabilis" həmçinin, "Anaplasma phagocytophilum" (insan qranülositik anaplazmozunun səbəbkarı) və "Ehrlichia chaffeensis" bakteriyalarını da daşıya bilər.

Xüsusiyyətləri "Dermacentor" cinsindən olan gənələr Giyen–Barre sindromuna bənzər, sürətlə irəliləyən "flakid kvadriparezis" (hərəkətsizlik) yaradan bir neyrotoksin istehsal edə bilər. Bu neyrotoksin sinir-əzələ bölgəsində asetilkolinin presinaptik sərbəst buraxılmasına maneə törədir.

Gənələrin həyat dövrü, növünə görə dəyişə bilər. Çox sayda gənə növü dörd mərhələdən keçir: yumurta, altıayaqlı larva, səkkizayaqlı nimf və yetkin. Yumurtadan çıxdıqdan sonra, gənə sağ qalmaq üçün hər mərhələdə qan ilə qidalanmalıdır. Gənələr məməlilər, quşlar, sürünənlər və amfibiya heyvanları ilə qidalanır. Əksər gənə növlərindən fərqli olaraq, "Dermacentor variabilis" bütün həyat mərhələlərində eyni bir fərd üzərində qidalanmağı üstün tutur.

Parazitizmi Gənələr qanla qidalanarkən patogenləri qurbana ötürür. Gənənin növünə və həyat mərhələsinə görə, qidalanmağa başlamaq üçün lazım olan vaxt 10 dəqiqədən 2 saata qədər dəyişə bilər. Gənə qidalanma yerini tapdıqda dərini tutur, üzərində kəsik açır və qidalanma borusunu yerləşdirir. Bir çox növ qidalanarkən onları möhkəm saxlamağa kömək edən, sement kimi bir maddə ifraz edir. Qidalanma borusu, gənənin yerində qalmasını təmin etmək üçün dişlərə sahibdir. Gənələr, həmçinin, qurbanın gənənin yapışdığını hiss etməməsi üçün lokal olaraq anestezik xüsusiyyətlərə malik kiçik miqdarda tüpürcək də ifraz edirlər. Buna görə də, gənənin üzərinizdə gəzdiyini görməsəniz, onu aşkar etmək çətin ola bilər. Gənə gizli bir yerdədirsə, uzun müddət qidalanmaya davam edə bilər. Qurban qanla ötürülən bir infeksiyaya sahibdirsə, gənə qanla gələn patogenləri də udacaq. Qidalanma prosesində, gənənin tüpürcəyi kiçik miqdarda qurbanın dərisinə də daxil ola bilər və əgər gənədə bir patogen varsa, bu patogen qurbana ötürülə bilər.

Qayalı dağlar ləkəli qızdırması simptomları 3–12 gün ərzində baş verir və adətən ani baş ağrısı və qızdırma ilə başlayır, 2–4 gün sonra isə əl və ayaq biləklərində bir ləkə yaranır. Ləkə tədricən bütün bədənə yayılır. Digər simptomlara, ürəkbulanma, iştah itməsi, qarın ağrısı və ya əzələ ağrıları daxildir. "Rocky Mountain" ləkəli qızdırması müalicə olunmasa, simptomlar başladıqdan sonra bir neçə gün ərzində ölümə səbəb ola bilər.

Ani gənə sancması xəstəlikləri qurbana ötürmür. Gənə qurbana bir müddət (ümumiyyətlə 6–8 saat) yapışmalıdır ki, xəstəlikləri ötürə bilsin. Gənəni nə qədər tez çıxartsanız, xəstəlikdən yoluxma riski də o qədər az olar.

İstinadlar

Həmçinin bax