Hou Yi — Çin mifologiyasında oxçu personaj. O, "Shen Yi" və ya "Yi" adı ilə də məşhurdur və "Oxçular Lordu" titulu ilə tanınır. Əfsanələrdə Hou Yi bəzən yer üzünə kömək üçün enmiş "Xian" (ölümsüz), bəzən isə yarı-ilahi və ya insan kimi təsvir edilir. Onun həyat yoldaşı Çan Ay ilahəsi olaraq tanınır.
Əfsanə Çin mifologiyasına görə əvvəllər göy üzündə 10 günəş mövcud idi. Bəzi rəvayətlərdə bu günəşlər "Yuydi İmperator"un oğulları və ya nəvələri kimi təsvir edilir. Əvvəlcə onlar növbə ilə səmada görünürdülər, lakin bir gün hamısı birlikdə oynamaq üçün eyni anda göy üzünə çıxmağa qərar verdilər. Bu hadisə dünyanın həddindən artıq qızmasına səbəb oldu. İmperator Yao vəziyyəti düzəltmək və nizamı bərpa etmək üçün Hou Yiyə günəşləri səmadan çıxarmaq tapşırığını verdi. Hou Yi əvvəlcə günəşləri danışaraq razı salmağa çalışdı, lakin bu uğursuz oldu. Nəticədə o, oxları ilə günəşləri vuraraq yerə salmağa məcbur oldu. Yerə düşən günəşlər 3 ayaqlı qarğalara çevrildilər. Nəhayət, yalnız bir günəş qaldı. İmperator Yao dünyanın ən azı bir günəşə ehtiyac duyacağını düşünərək Hou Yinin sonuncu oxunu oğurladı.
Mifologiyaya görə, Hou Yi "Yayu", "Zaoçi", "Yuyinq", "Dafenq", "Fengzi" və "Ziuşe" kimi mifoloji canavarları məğlub etmişdir. Bu canavarları öldürmək tapşırığını ona İmperator Yao vermişdi. Xidmətlərinin qarşılığında tanrılar Hou Yiyə əbədiyyət bağışlamışdılar. Bir əfsanəyə görə Hou Yi ovda olarkən həyat yoldaşı Çanqi onu taparaq içmiş və ölümsüz olaraq aya uçmuşdur. Digər bir versiyada isə, Hou Yi günəşləri məğlub etdikdən sonra imperator olmuş və qəddar hökmdara çevrilmişdir. O, xalqına zülm etdiyindən, Çanqi xalqı bu zülmdən xilas etmək üçün əbədiyyət dərmanını oğurlayıb içmiş və aya uçmuşdur.
İstinadlar
Kateqoriya:Çin mifologiyası Kateqoriya:Mifoloji ovçular