Daşqın İltər (; ) — Türkiyənin "Eyüpspor" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar futbolçu. Almaniyada anadan olub, Azərbaycan millisində çıxış edir.

Klub karyerası Doğma şəhəri Berlində müxtəlif gənclər komandalarında oynadıqdan sonra İltər 2012–13 mövsümünün qış fasiləsində "Ayntraxt Braunşveyq"in U19 komandasına qoşulmuşdur. 2013–14 mövsümü üçün o, Regionalliqa Nordda klubun ehtiyat hissəsinə yüksəlmişdir. 2015-ci ildə Regionalliga Nordostda "Noyştrelits" klubuna keçdi.

2016-cı ilin iyul ayında İltər "Denizlispor" a keçmişdir.

Beynəlxalq karyera Karyerasında peşəkar oyun göstərməməsinə baxmayaraq, Daşqın 2013-cü ilin noyabrında Berti Foqts tərəfindən Azərbaycanın milli komandasına çağırılıb Orada o, 19 noyabr 2013-cü ildə Qırğızıstanla yoldaşlıq oyununda tam beynəlxalq debüt etmişdir. On bir aylıq fasilədən sonra o, 2014-cü ilin oktyabrında Azərbaycanın UEFA Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Xorvatiya ilə oyunlarına yenidən çağrılıb. İstinadlar

Kateqoriya:Türkiyə əsilli azərbaycanlılar Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular