Yetkinlər dünyası () — 2013-cü ildə ekranlara çıxan komediya-dram janrındakı ABŞ filmi. Filmin rejissoru Skot Koffi, ssenari müəllifi Endi Kokrendir.

Təsvir Ekran əsərinin baş qəhrəmanı Emi Anderson universiteti təzəcə bitirmiş 22 yaşlı sadəlövh gənc qızdır. Məlumdur ki, Emi özü haqqında böyük fikirdədir - dünya şöhrətli şairə olmağı qarşısına məqsəd qoyub. Amma məsələ bundadır ki, onun bütün cəhdləri boşa çıxıb. Çünki əsərləri dəfələrlə nəşriyyat tərəfindən rədd edilib. Emi buna rəğmən arzusunu həyata keçirə bilmək üçün qərarlıdır. O, öz inadından əl çəkməyərək valideynlərindən maddi dəstək istəyir. Lakin valideynlərindən "yox" cavabını alanda özünə iş tapmaq məcburiyyətində qalır. Çıxış yolu kimi uçuq-sökük seks-şopda işə düzəlir.

Rollarda Emma Roberts Evan Piters John Cusack

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2013-cü ilin ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:Transgenderlik haqqında filmlər Kateqoriya:İngilis dilində komediya-dram filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:2013-cü ilin müstəqil filmləri Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri