Kontrastiv dilçilik — dilçilik elminin həm nəzəri, həm də tətbiqi istiqamətində mühüm rol oynayır. Bu sahə dillərin müqayisəli öyrənilməsinə yönəlib və onların struktur, funksional, semantik xüsusiyyətlərinin fərqli və oxşar cəhətlərini təhlil etməklə məşğuldur. Kontrastiv dilçilik müxtəlif dil ailələri, dil qrupları və fərqli dil sistemləri arasında əlaqələri araşdıraraq, dilçilik tədqiqatlarına və tədris prosesinə töhfə verir.Di Pietro, R.J. (1971) Təzadlı dil strukturları, Newbury House.
Dilçilikdə rolu Nəzəri dilçilikdə rolu Universal dil qanunlarının müəyyən edilməsi zamanı kontrastiv təhlillər vasitəsilə dillərin ortaq və spesifik xüsusiyyətləri aşkarlanır. Bu, insan dilinin ümumi prinsiplərini və inkişaf qanunauyğunluqlarını öyrənməyə kömək edir.Vinay, C.P. & Darbelnet, C. (1958) Stilistik Müqayisə du Français və de l'Anglais, Didier-Harrap. Dil ailələrinin müqayisəsində müxtəlif dillər arasında genetik əlaqələri və fərqli struktur xüsusiyyətləri müəyyənləşdirir. Bu, tarixi-dilçilik tədqiqatlarında mühüm yer tutur. Morfologiya, sintaksis, fonetika və semantika səviyyələrində fərqli dillərin quruluşları müqayisə olunur.Hatim, B. (1997) Mədəniyyətlər arası ünsiyyət. Tərcümə nəzəriyyəsi və təzadlı mətn dilçiliyi, Exeter Press Universiteti.
Tətbiqi dilçilikdə rolu Kontrastiv dilçilik, ana dili ilə öyrənilən dil arasındakı fərqləri və oxşarlıqları təhlil edərək, effektiv tədris metodlarının hazırlanmasında istifadə olunur. Bu yanaşma dil öyrənən şəxslərin potensial çətinliklərini öncədən müəyyənləşdirmək üçün əhəmiyyətlidir. Tərcüməşünaslıq dillərarası struktur fərqlərin və funksional uyğunluqların müqayisəsi ilə daha dəqiq və uyğun tərcümələrin aparılmasına imkan yaradır. Kontrastiv dilçilik nitq qüsurları və dil pozuntularının diaqnozu və müalicəsi üçün istifadə olunur.Heltai, P. (1988) "Terminoloji sistemlərin və ikidilli texniki lüğətlərin təzadlı təhlili" , Beynəlxalq Leksikoqrafiya Jurnalı Cild. 1(1) səh. 32-40.
Kontrastiv dilçiliyin dilçilikdə yeri Kontrastiv dilçilik dilçilik elminin həm nəzəri, həm də tətbiqi istiqamətində mühüm rol oynayır. Bu sahə dillərin müqayisəli öyrənilməsinə yönəlib və onların struktur, funksional, semantik xüsusiyyətlərinin fərqli və oxşar cəhətlərini təhlil etməklə məşğuldur. Kontrastiv dilçilik müxtəlif dil ailələri, dil qrupları və fərqli dil sistemləri arasında əlaqələri araşdıraraq, dilçilik tədqiqatlarına və tədris prosesinə töhfə verir.Hartman, R.R.K. (1991) "Təzadlı dilçilik və ikidilli leksikoqrafiya", in Woerterbuecher/Lüğətlər/Lüğətlər. Beynəlxalq Leksikoqrafiya Ensiklopediyası red. F.J.Hausman və başqaları tərəfindən. (Cild. III, səh 2854-2859), De Gruyter.
Kontrastiv dilçiliyin tətbiq sahələri İkinci dil öyrənilməsi fərqli dillər arasında təhlil aparmaqla öyrənmə strategiyalarını təkmilləşdirir. Dil öyrənmə zamanı qarşılaşılan interferensiya problemlərini həll edir. Tərcümə və lokalizasiya mətnlərin bir dildən digərinə uyğunlaşdırılmasını asanlaşdırır və funksional uyğunluğu təmin edir. Mədəniyyətlərarası kommunikasiya fərqli mədəniyyətlərə məxsus dillərin semantik və funksional cəhətlərinin müqayisəsi, daha effektiv ünsiyyətin qurulmasını təmin edir.Hartman, R.R.K. (1997) "Təzadlı mətnologiyadan paralel mətn korporasiyasına: nəzəriyyə və tətbiqlər", "Dil tarixi və linqvistik modelləşdirmə". Cacek Fisiak üçün Festsçrift'' red. R. Hickey və S. Puppel tərəfindən. De Gruyter.
Həmçinin bax Tərcüməşünaslıq Tərcümə layihəsi Skopos nəzəriyyəsi
İstinadlar
Kateqoriya:Tətbiqi dilçilik Kateqoriya:Linqvistik tipologiya Kateqoriya:Dilçilik