HidradenitГидраденит // Большая медицинская энциклопедия, 3-е изд. — М.: Советская энциклопедия. — Т. 5. () — apokrin tər vəzilərinin irinli iltihabı.

Yayılması Bütün irq nümayəndələri arasında bu xəstəliyə rast gəlmək mümkündür. Xəstəliyin ağırlaşmış formalarını isə əsasən Neqroid (irq)dən olanlarda görmək olar. , Общая хирургия практические занятия Харьков 2010 Учебное пособие. Yaş keçdikcə bu vəzilərin funksiyası dayanır. Buna görə də yaşlı insanlarda hidradenit xəstəliyi baş vermir. Qadınlar bu xəstəliyə kişilərə nisbətən daha tez-tez tutulurlar. Kişilərdə aralıq, qadınlarda isə qoltuqaltılar daha çox təsirlənir. Hidradenit genetik ötürülən bir xəstəlikdir.

Etiologiyası Bu xəstəliyin törədiciləri stafilokoklar, streptokoklar, Escherichia coli, Proteus mirabilis və Pseudomonas aeruginosadır. Bakteriyalar limfogen yolla tər vəzilərinə, daha sonra isə həmin vəzilərdən keçərək yağ toxumalarına daxil olurlar.

Risk faktorları İmmunosupressiv hallar dərinin zədələnməsi (sıyrıqlar, cızıqlar) səpgilər depilyasiya vasitələrinin istifadəsi endokrin xəstəlikləri (məsələn, diabet) tər vəzilərinin disfunksiyası piylənmə tər vəzi kanalının obstruksiyası ikincili bakterial infeksiya

Lokallaşması Xəstəlik əsasən qoltuqlarda və aralıqlarda lokallaşdırılır. Bundan əlavə, xəstəlik qadınlarda məmə vəzilərinin ətrafında, anusda, böyük cinsiyyət dodaqlarında, kişilərdə isə xayalarda da inkişaf edə bilər.Псевдофурункулез. Гидраденит. Клиника, течение, диагностика, лечение, профилактика. ВТЭ. Дерматология, кожа, болезни кожи, строение кожных покровов, морфология кожи

Klinik təsviri Xəstəlik tədricən inkişaf edir. İltihab yerində qaşınma hissi yaranır və diametri bir neçə millimetrdən 1-2 santimetrə qədər olan ağrılı bir şişlik yaranır. Vaxt keçdikcə şişkinliyin ölçüsü və ağrı artır. Şişkinlik üzərindəki dərinin rəngi bənövşəyidən qırmızıya çevrilir. Daha sonra həmin şiş yumşalmağa başlayır və üzərində dəlik əmələ gəlir. Dəlik vasitəsilə iltihab xaricə axır. İnfiltrasiyanın inkişaf dövrü 10-15 gün davam edir. Hidradenit çapığın meydana gəlməsi ilə başa çatır.

İltihablanma qonşu tər vəzilərinə də yayılır. Bu zaman ağrılı sahənin ölçüsü böyüyür və dərinin bu hissələri qabarmağa başlayır. Getdikcə daha çox tər vəziləri zədələnir və bu proses bir aydan uzun müddət davam edir. Hidradenit ümumi intoksikasiya, hipertermi, sefalji və leykositoz əlamətlərinə oxşar simptonlarla da müşayiət olunur.

Fəsadları Hidradenitin gecikmiş və ya səhv müalicəsi aşağıdakı ağırlaşmalara səbəb olur:

abses limfadenit sepsis fleqmon

Diaqnostikası Xəstəliyin diaqnozu xəstənin şikayətləri və fiziki müayinəsi əsasında qoyulur.

Diferensial diaqnozu Hidradenit furunkuldan, karbunkuldan, limfadenitdən, felinozdan, implantasiya kistinin partlaması ilə fərqlənir.

Müalicəsi Xaricdən olunan müalicə ilə müqayisədə, daxilə qəbul edilmiş 7-10 günlük antibiotik kursu daha effektli olur. Konservativ müalicə üsulları hesab edilən epilyasiya, antiseptik maddələrlə ilə dəri müalicəsi də tətbiq edilə bilər. Fizioterapevtik prosedurlar (UHF, ultrabənövşəyi şüalanma), sintomisin emulsiyası ilə sarğılar və tərkibində antibiotiklər olan məlhəmlər də müalicə prosesində istifadə edilir.

Proqnozu Vaxtında və düzgün edilmiş müalicə 5-15 gün ərzində müsbət nəticə verir. Xəstəliyin təkrarlanma ehtimalını istisna etmək olmaz.

Profilaktıkası Hidradenitin inkişafının qarşısını almaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır. Həmçinin, hidradenitin inkişafı ehtimalı yüksək olan bədən hissələrində, yəni qoltuqaltı və aralıqlarda dərini antiseptiklərlə müalicə etmək tövsiyə olunur.

Ədəbiyyat Т. Фицпатрик, Т. Джонсон, К. Вулф, М. Полано, Д. Сюрмонд. «Дерматология» атлас-справочник Б. А. Беренбейн, А. А. Студницин «Дифференциальная диагностика кожных болезней» Руководство для врачей. О. Л. Иванов, А. Н. Львов «Справочник дерматолога» Конспект лекции для студентов лечебного факультета. Кафедра дерматовенерологии СПбГМА Иванов О. Л. «Кожные и венерические болезни» Учебник.

İstinadlar

Kateqoriya:Dəri xəstəlikləri Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:Dəri