Yoahim Frank (; ) — alman və amerikalı biokimyaçıdır. Krioelektron mikroskopiyanın banisi hesab olunur. 2017-ci il üçün kimya üzrə Nobel mükafatı laureatıdır.Аня Грушина. Увидеть с точностью до атома // Наука и жизнь. — 2017. — № 12. — С. 2–8. Архивировано 23 декабря 2017 года.

Bioqrafiyası Frayburq Universitetini (1963), Münhen Lüdviq Maksimilian Universitetində qızılın ərimə temperaturunda təkrar elektron emissiyasının tədqiqi üzrə diplom işini bitirmişdir (1967). O, rekonstruksiya üsullarından istifadə edərək, rezolyusiyada görüntü fərqi və yüksək ayırdetmə qabiliyyətinə malik elektron mikroskop təsvirlərini tədqiq etmişdir (1970). Doktoranturadan sonra tədqiqatçı kimi Kaltexdə, Kaliforniya Universitetində, Berkli və Kornell Universitetində çalışmışdır. 1972-ci ildən Y. Frank Maks Plank adına Biokimya İnstitutunda elmi işçidir. 1973-cü ildən Kembric Universitetində, 1994-cü ildən Haydelberqdə tədqiqat qrupunun rəhbəridir. 2003-cü ildən Kolumbiya Universitetində dərs deyir, 2008-ci ildən biokimya, molekulyar biofizika və biologiya elmləri üzrə professordur.Montenegro A. ORCID Public Data File 2023–2023. — doi:10.23640/07243.24204912. V1

Evlidir və iki övladı var.

Mükafatları 2006-cı ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü

2006-cı ildə ABŞ Milli Elmlər Akademiyasının üzvüJoachim Frank Архивная копия от 7 октября 2018 на Wayback Machine (англ.)

2014-cü ildə Benjamin Franklin medalı

2017-ci ildə Kimya üzrə Nobel Mükafatı

2017-ci ildə Uayli Mükafatı

İstinadlar

Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər