Cəlairilər sultanlığını idarə edən hökmdarların siyahısı. Sultanlığın əsası 1340-cı ildə Şeyx Böyük HəsənVə yaxud farsca Həsən Bozorq (). tərəfindən qoyulmuş və ikinci hökmdarı sultan Üveysin hakimiyyət illərində ən qüdrətli dövrünü yaşamışdır. Sultan Üveys dövründə Cəlairilər Azərbaycanı, Şərqi Anadolunun və Əcəm İraqının bir hissəsini ələ keçirdilər. Həmçinin bu dövrdə Şirvanşahlar və Mərkəzi İranda hakimiyyətdə olan Müzəffərilər1364–1366-cı illərdə müvəqəti olaraq Cəlairilərin vassalı oldular. Cəlairilərin vassalına çevrildilər. Sultanların iqamətgahı müxtəlif dövrlərdə Bağdad, Təbriz, Şuştər və Hillə olmuşdur.

1340-cı ildən 1432-ci ilədək Cəlairilər sultanlığı 10 sultan tərəfindən idarə olunmuşdur. 3-cü hökmdar sultan Əhmədin ölümündən sonra dövlət süqut dövrünə qədəm qoydu və uzun müddət keçmədən Bağdad (1412) və Ərəb İraqının böyük hissəsi Qaraqoyunlular tərəfindən ələ keçirildi. Bundan sonra Cəlairi sultanları Şuştər və Hillə civarında 20 il hakimiyyətdə oldular. 1432-ci ildə son Cəlairi hökmdarı II Hüseynin Hillədə Qaraqoyunlu əmir İsfahan tərəfindən öldürülməsi ilə Cəlairilər sultanlığı süquta uğradı.

Cəlairilərdə hökmdar Cəlairilərdə hökmdar monqollarda olduğu kimi taxta xüsusi təntənə ilə keçirdi. Önəmli əmirlərdən ikisi sultanın qolundan tutaraq onu taxta oturdurdu. Həmçinin vəliəhd şəhzadə qurultaylara xüsusi tədbirlə qatılırdı. Bütün mütləq monarxiyalardakı kimi hökmdar və ailəsi cəmiyyətin bütün siniflərinin üzərində və dövlətin sahibi sayılırdılar.

Sultanlığın qurucusu Şeyx Həsəni çıxmaq şərti ilə bütün Cəlairi hökmdarları "sultan" və "bahadır xan" titullarından istifadə edirdilər. Hökmdarların xüsusi bayrağı, davulu, tuğrası, sancağı, çətiri, yarlığı, tamğası olurdu və adına sikkə zərb olunurdu. Həmçinin hər cümə günü məscidlərdə hökmdarın adına xütbə oxunurdu. Hökmdarın verdiyi əmirlər "yarlıq", və ya "fərman" adlandırılırdı. Sənədlərə sultanın nişanəsi kimi "tamğa" vurulurdu.

Hökmdarların siyahısı

TitulAdıHakimiyyət illəriQeydlərSikkə Noyon Böyük Həsən Tacüd-dünya vəd-din Şeyx Həsən noyon ibn Hüseyn 1340 — iyul, 1356 Əmir Hüseyn Cəlayırın və Elxani hökmdarı Arqun xanın qızı Ölcəteyi xatunun oğlu. Şeyx Həsənın bacısı Soyurğatmış xatun Elxani hökmdarı Məhəmməd Olcaytu ilə evlənmişdi. Həmçinin özü isə 1323-cü ildə Elxani sarayında güclü mövqedə olan Əmir Çobanın qızı Bağdad xatunla evlənmişdi. Bu səbəbdən həmin dövrdə Elxani sarayında güclü nüfuza sahib idi. Lakin sultan Əbu Səid Bağdad xatuna aşiq oldu və sultanın istəyi ilə Şeyx Həsən Bağdad xatunu boşadı. Bu boşanmadan sonra sultanın gözündə etibar qazandı və Arran, Şirvan, Muğan daxil olmaqla Şimali Azərbaycanın böyük qisminə hakim təyin olundu. 1327-ci ildə Əmir Çobanın ölümündən sonra Elxani sarayında Bağdad xatun və vəzir Qiyasəddin Məhəmməd arasında nüfuz mübarizəsi başladı. Qiyasəddin Məhəmməd tərəfindən Bağdad xatun və Şeyx Həsənin sultana sui-qəsd planlanması barədə şayiə yayıldı və beləliklə, 1331-ci ildə Şeyx Həsən Kəmax qalasında həbs edildi. Lakin 1332-ci ildə günahsızlığı sübut edilikdən sonra, həbsdən azad olundu və RumaHal hazırda Anadolu. vali təyin edildi. 1332-ci ildə Əbu Səidin ölümündən sonra Elxanilər arasında hakimiyyət uğrunda mübarizə başladı. Şeyx Həsən 1336-cı ildə Elxani hökmdarı Musa xanı məğlub etdi və yerinə Məhəmməd xanı hakimiyyətə gətirdi. Beləliklə, hakimiyyəti faktiki olaraq öz əlində cəmləşdirdi. 1337-ci ildə bir qrup Elxani əyanı Çingiz xan nəslindən gələn Toğa Teymur adlı şəhzadəni sultan elan edərək hakimiyyətə gətirmək istəsələr də, Marağa yaxınlığında baş vermiş döyüşdə üsyançıların qüvvələri məğlub edildi, üsyan yatılırıldı. Bu dövrdə Əmir Çobanın Məmlük sultanlığında həbsdə olan nəvəsi Kiçik Həsən Məmlük ərazisini tərk edərək Elxani ərazilərinə geri döndü. Kiçik Həsən oyratlar və digər Elxani əmirləri ilə birləşərək 1339-cu ildə Marağa yaxınlığında Şeyx Həsəni məğlub etdi. Şeyx Həsən İraqa çəkildi və 1340-cı ildə müstəqillik elan edərək, Cəlairilər sultanlığının əsasını qoydu. Daha sonra 1341-ci ildə Bağdad yaxınlığında, ikinci qarşıdurmada, Qaraqoyunluların yardımı ilə Kiçik Həsənin qüvvələrini məğlub edərək İraqda hakimiyyətini möhkəmləndirdi. Kiçik Həsən Çobaninin ölümündən sonra hakimiyyətə gələn qardaşı Məlik Əşrəf 1347-ci ildə Şeyx Həsən üzərinə yeni bir yürüş təşkil etsə də, Bağdad yaxınlığında baş vermiş toqquşmada məğlub edildi və Təbrizə geri döndü. Şeyx Həsənin qüvvələri 1347-ci ildə Luristanı, 1350-ci ildə isə Çobaniləri məğlub edərək Diyarbəkir, Əxlat və Ərzurumu ələ keçirdi. Şeyx Həsən 1356-cı ildə vəfat etdi və Nəcəfdə dəfn edildi. 100x100px Sultan, bahadır xan Üveys Cəlayır Müizəddin sultan Üveys ibn Həsən 1356 — 10 oktyabr, 1374 Şeyx Həsən Cəlayırın və Çobani şəhzadəsi Dilşad xatunun oğlu. 1356-cı ildə atasının ölümündən sonra taxta çıxmışdır. Üveys Cəlayırın hakimiyyətinin ilk illərində Çobani Məlik Əşrəf Qızıl Orda hökmdarı Canıbəy tərəfindən öldürüldü və Azərbaycan Qızıl Orda tərəfindən ələ keçirildi. Canıbəy oğlu Berdibəgi şəhərə vali təyin etdi və paytaxta geri döndü. Lakin bir müddət sonra Canıbəyin xəstələnməsi xəbərini alan Berdibəg, Çobanilərdən Əxicuğu öz yerinə təyin edərək paytaxta getdi. Bölgədəki hakimiyyət boşluğundan istifadə edən sultan Üveys 1358–1359-cu illərdə Azərbaycana yürüş təşkil etdi və Təbrizi ələ keçirdi. Daha sonra irəliləyən Cəlairi ordusu Şirvan istisna olmaqla Azərbaycana nəzarəti tamamilə ələ keçirdi və sultan Üveys paytaxtı Bağdaddan Təbrizə köçürdü. 1360–1361-ci ildə sultan Üveys Əxlata yürüş təşkil etdi. Şəhər hakimi Xızır Şah Cəlairilərə tabeliyini bildirdi və ona sığınan Çobani şəhzadəsi Teymurdaşı edam etdirdi. 1364-cü ildə Müzəffəri hökmdarı Şah Şücaya qarşı üsyan qaldıran qardaşı Şah Mahmud Üveys Cəlayırdan kömək istədi və qarşılığında onun vassalı olacağını vəd etdi. Bu təklifi qəbul edən Üveys Cəlayır bölgəyə ordu göndərdi. Şah Şücanı məğlub edən Cəlairi ordusu həmin il Müzəffərilərin paytaxtı Şiraza daxil oldu və Şah Mahmud Müzəffəri sultanı elan edidi. Lakin bölgə faktiki olaraq əyalət qismində Cəlairi əmirləri tərəfindən idarə olunurdu. Bu vəziyyət Müzəffəri əyanlarının narazılığına gətirib çıxardı və onlar yenidən Şah Şüca ətrafında birləşməyə başladılar. 1366-cı ildə ordu ilə Şiraza doğru hərəkətə keçən Şah Şüca yenidən hakimiyyətini bərpa etdi və Müzəffərilər Cəlairilərin hakimiyyət sahəsindən çıxdılar. 1366-cı ildə Tikrit, Mosul və Mardin Cəlairilər tərəfindən ələ keçirildi. Həmin il Üveys Cəlayır Qaraqoyunlular üzərinə hərəkət edərək Muş yaxınlığında Bayram xocanı məğlub etdi. Bayram xoca Üveys Cəlayırın hakimiyyətini qəbul etdi. Sultan Üveys 1364-cü ildə Şirvanşahlar üzərinə yürüş təşkil etmək istəsə də, həmin dövrdə Bağdad valisi Xoca Mircanın qiyam qaldırması bu plan pozmuşdu. Şirvana hücumu yarımçıq qoyan sultan, geri qayıdaraq Bağdada hərəkət etdi və üsyanı yatırdı. Daha sonra 1366-cı ildə Şirvana yenidən yürüş təşkil etdi. Bayram bəyin komandanlıq etdiyi Cəlairi ordusu şirvanşahın müdafiə olunduğu Şamaxı qalasını mühasirəyə aldı. Müqavimət göstərə bilməyəcəyini başa düşən şirvanşah Kavus qaladan çıxaraq təslim oldu və həbs edildi. 3 ay Təbrizdə həbsdə qaldıqdan sonra, Cəlairi vassallığını qəbul etməsi və oğlu Huşəngi zəmanət kimi Cəlairi sarayına göndərməsi şərti ilə azad edildi. 1368–1370-ci illərdə Müzəffəri Mahmud Şah yenidən sultan Üveysə müraciət edərək qohumluq əlaqələri qurmaq istədiyini və onun dəstəyi olarsa Əcəm İraqının və Farsın Cəlairi hakimiyyəti altına keçə biləcəyini vəd etdi. Bu təklifi qəbul edən Üveys Cəlayır bacısını böyük təntənə ilə İsfahana göndərdi. Həmçinin bununla birlikdə çox sayda hərbi qüvvə də Mahmud Şaha dəstək üçün göndərildi. Mahmud Şah bu hərbi qüvvə ilə birlikdə qardaşı Şah Şücanın üzərinə hərəkətə keçsə də, baş vermiş hərbi toqquşmada tərəflərdən heç biri üstünlük əldə edə bilmədi və öz ərazilərinə geri çəkildilər. Nəticədə İsfahan mərkəz olmaqla Əcəm İraqının bir hissəsi Cəlairi hakimiyyəti altına keçdi. Ərazilərini şərqə doğru genişləndirmək istəyən Üveys Cəlayır Astrabad hakimi əmir Vəli üzərinə hərəkətə keçərək 1371-ci ildə Rey yaxınlığında onu məğlub etdi və şəhəri ələ keçirdi. Lakin qardaşı əmir Zahidin ölüm xəbərini aldıqdan sonra irəliləmədi və geri dönmək məcburiyyətində qaldı. Şeyx Üveys Cəlayir 1374-cü il oktyabrın 10-da Təbrizdə vəfat etdi. 100x100px Sultan, bahadır xan I Hüseyn Cəlayır Cəlaləddin sultan Hüseyn ibn Üveys 1374 — 1382 Şeyx Üveysin oğlu. Taxta çıxdığı ilk dövrlərdə, Müzəffəri hökmdarı Şah Şüca Cəlairilər üzərinə yürüş təşkil etdi. Təbriz yaxınlığında baş vermiş döyüşdə Cəlairilər məğlub oldular. Sultan Hüseyn Bağdada çəkildi, Təbriz Şah Şüca tərəfindən tutuldu. Lakin dövrün siyasi şərtləri Şah Şücanın Təbrizdə çox qalmasına imkan vermədi və Azərbaycanı tərk edərək geri qayıtdı. Qardaşı, Bağdad valisi Şeyx Əlidən yeni ordu qüvvə alan sultan Hüseyn, Şah Şücadan 1 həftə sonra Təbrizə daxil oldu. Daha sonra Şah Şüca müharibəni dayandırmaq və qohumluq əlaqələri ilə sülhə razılaşmaq üçün təklif göndərdi. Sultan Hüseyn bu təklifi qəbul etdi və bacısı Dilşad xatun Şah Şücanın oğlu Zeynalabidin bəylə evləndirildi. 1374-cü ildə sultan Üveysin ölümündən sonra Qaraqoyunlular Cəlairi hakimiyyətinə tabe olmaqdan imtina etdilər və qarət məqsədilə Cəlairi ərazilərinə hücumlar təşkil etdilər. 1378–1379-cu illərdə sultan Hüseynin Qaraqoyunlular üzərinə yürüş təşkil etdi. Qaraqoyunlu Bayram xoca və Qara Məhəmməd müqavimət göstərsələr də, məğlub oldular və yenidən Cəlairilərə tabelik bildirdilər. 1378-ci ildə Şeyx Əli müstəqillik elan etdi və sultan Hüseynə tabe olmaqdan imtina etdi. 1380–1381-ci illərdə sultan Hüseyn Bağdada yürüş etdi. Şeyx Əli Şuştərə çəkildi. Əmir Adilin komandanlıq etdiyi Cəlairi ordusu Şuştəri mühasirəyə aldı. Müqavimət göstərə bilməyəcəyini anlayan Şeyx Əli təslim oldu və yenidən tabelik bildirdi. Sülh əldə edilsə də, Ərəb İraqının valiliyindən çıxarıldı və Şuştər hakimi təyin edildi. Əmir Adil sultan Hüseynlə münasibətləri pozulduğu üçün Bağdada geri dönmədi və bölgədəki qiyamçı kürd tayfalarını tabe etmək üçün hərbi əməliyyatlara başladı. Sultan Hüseynin Bağdadda az qüvvə ilə qalmasından istifadə edən Şeyx Əli Bağdada hərəkət edərək sultan Hüseyni buradan çıxardı və Ərəb İraqını yenidən ələ keçirdi. 1381–1382-ci illərdə Astarabad və Mazandaran hakimi əmir Vəli Reyə hücum edərək şəhəri işğal etdi. 1382-ci ildə Reyi geri almaq üçün əmirəl-ümərə əmir Adil ordu yığmağa başladı və sultan Hüseyndən əlavə qüvvə istədi. Sultan Azərbaycandakı bütün ordunu əmir Adilin yanına göndərdi. Öz yanında isə sadəcə 20 əsgəri qaldı. Bu vəziyyətdən istifadə edən qardaşı Əhməd Cəlayır üsyan qaldırdı. Böyük ordu ilə Təbrizə hərəkət edən Əhməd Cəlayir, həmin il sultan Hüseyni öldürdü və taxta çıxdı. 100x100px Sultan, bahadır xan Bəyazid Cəlayır Bəyazid ibn Üveys 1382–1384 Şeyx Üveysin oğlu. 1382-ci ildə Əhməd Cəlayırın taxta çıxdığı dövrdə Təbrizi tərk edərək Sultaniyəyə əmir Adilin yanına getdi. Əmir Adilin dəstəyi ilə burada "sultan" elan edildi. Bəyazid Cəlayır və əmir Adil Əhməd Cəlayırla bir neçə dəfə döyüşsələr də, tərəflərdən heç biri yekun qələbə əldə edə bilmədi. 1383-cü ildə tərəflər arasında sülh imzalandı. Lakin bu sülh çox çəkmədi. 1384-cü ildə baş vermiş Neylan döyüşü nəticəsiz oldu. Sultan Əhmədin getdikcə güclənməsi əmir Adili Müzəffərilərdən kömək istəməyə məcbur etdi. Lakin sultan Əhmədin səyləri ilə bu ittifaq pozuldu. Nəhayət 1384-cü ildə Sultaniyəyə hərəkət edən Əhməd Cəlayır, şəhəri müqavimətsiz ələ keçirdi. Bəyazidi əsir alaraq özü ilə Təbrizə apardı. Sultan, bahadır xan Əhməd Cəlayır Qiyasəddin sultan Əhməd ibn Üveys1382 — 1410 Şeyx Üveysin oğlu. Taxta çıxmamışdan öncə Ərdəbil və Bəsrə valisi olmuşdur. 1382-ci ildə qardaşı sultan Hüseyn Cəlayırı devirərək hakimiyyəti ələ keçirdi. Taxta çıxdığı dövrdə ciddi müqavimətlə üzləşdi. Qardaşları Bəyazid və Şeyx Əli onun hakimiyyətini qəbul etmədilər. Bəyazid Sultaniyə hakimi əmir Adil tərəfindən "sultan" elan edildi.