Ağ masai () — rejissor Hermini Huntqeburtun çəkdiyi və baş rollarda baş rollarda Nina Hoss ilə Ceki İdonun iştirak etdiyi filmdir. Film İsveçrədən olan bir qadın ilə Masai döyüşçüsünün evliliyindən bəhs edən Korin Hofmanın "Ağ masai" adlı avtobioqrafik romanı əsasında çəkilmişdir.
Süjet xətti
Karola İsveçrədə yaşayan və əslən alman olan bir qadındır. O, bir dostu ilə Keniyaya tətilə gəlir. Burada Karola ənənəvi paltar geyinmiş Masai döyüşçüsü olan Lemalian adlı bir nəfərlə tanış olur və dərhal ona aşiq olur. Qadın Keniyadan uçmaqdan imtina edir və Afrikalının doğulduğu doğma kəndinə gedir.
Lemalianda Karolanın hisslərinə müsbət cavab verir və cütlük tezliklə evlənir. Karola nəhayət Keniyaya köçür və burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayır. Karola sahibkarlıq fəaliyyəti ilə bərabər eyni zamanda yerli əhalinin ona vəhşi görünən adətləri ilə də mübarizə aparmağa başlayır. Buna nümunə kimi qadın sünnəti və cadugərlik ittihamlarını göstərmək mümkündür.
Bir neçə illik evlilikdən sonra Karola bir qız uşağı dünyaya gətirir. Lemalian isə getdikcə daha çox arvadını qısqanmağa başlayır və ona elə gəlir ki, bu qız uşağı onun öz övladı deyildir. Bundan bezən Karola qızı ilə bərabər Keniyanı tərk etmək qərarına gəlir.
Rollarda
İstinadlar
Kateqoriya:2005-ci ilin filmləri Kateqoriya:Almanca filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Avtobioqrafik əsərlərin ekranlaşdırılması Kateqoriya:Afrika haqqında filmlər Kateqoriya:Almaniyanın melodram filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş filmlər Kateqoriya:Real hadisələr əsasında çəkilmiş dram filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər