Baku eşçese (Bakı işçisi) — Azərbaycan SSR-də tatar dilində çıxan həftəlik respublika ictimai-siyasi qəzeti. Azərbaycan K(b)P MK vilayət komitəsinin mətbuat orqanı idi.
Qəzet Bakının neft mədənlərində çalışan tatar işçiləri üçün nəzərdə tutulmuşdu. Qəzet sənayeləşmə, savadsızlığın aradan qaldırılması kimi mövzuları əhatə edirdi.
Qəzetin nəşri 1930-cu il aprelin 28-də başlayıb. 1937-ci ildə qəzetin baş redaktoru Abdulla Boqdanov repressiya edilib. 1938-ci il martın 11-də isə qəzetin nəşri dayandırılıb. Fəaliyyət göstərdiyi illər ərzində 822 nömrə buraxılıb. İstinadlar
Kateqoriya:Azərbaycan qəzetləri