Varşava Müsəlman Tatar qəbiristanlığı (, ) — Varşava şəhərində Vola rayonunda, Tatarska küçəsində yerləşən tarixi qəbiristanlıq.

2014-cü ilin iyul ayında qəbiristanlıq yaxınlıqdakı digər nekropollarla birlikdə tarixi abidə elan edilib.Rozporządzenie Prezydenta Rzeczypospolitej Polskiej z dnia 3 lipca 2014 r. w sprawie uznania za pomnik historii «Warszawa — zespół zabytkowych cmentarzy wyznaniowych na Powązkach» (Dz.U. z 2014 r. poz. 956) Tarixi 250px|thumb|left|Qəbiristanlığın görünüşü. 250px|thumb|left|Məzarlıq 1892-ci il qravürasında

Qəbiristanlığın əsası 1867-ci ildə Varşava imamı Seyfutdin Xüsainov-Sinnayevin təşəbbüsü ilə Mlınarska küçəsindəki Varşava Qafqaz Müsəlmanları qəbiristanlığının bağlanması ilə əlaqədar qoyulmuşdur. Qeyd edək ki, Qafqaz Müsəlmanları Qəbiristanlığı Varşavada mövcud olan iki müsəlman qəbiristanlığından (digəri müsəlman tatar qəbiristanlığıdır) ən qədimidir. Yəhudi və Evangelist-Auqsburq qəbiristanlıqları arasında yerləşib. 1830-cu ildə Varşava Yevangelist-Auqsburq kilsəsindən 2152 rubla alınmış torpaqda inşa olunub. Qəbiristanlıq 1838−1839-cu illərdə təsis edilib. Darvazanın yanında qəbiristanlıq baxıcısının yaşadığı kiçik bir ev var idi.

Nekropol 1867-ci ilə qədər istifadə edilib. Orada rus ordusunun müsəlman əsgərləri, eləcə də səfərə gələn tacirlər və Varşava sakinləri dəfn edilib. Qəbiristanlıq 30 il istifadədən sonra bağlanıb.

Varşava üsyanı zamanı qəbiristanlıq qonşu Evangelist qəbiristanlıqları ilə birlikdə şiddətli döyüş bölgəsi idi. Onu Daxili Ordunun "Viqri" və "Antoni" batalyonları müdafiə edirdi.

Hazırda qəbiristanlıq yenidən fəaliyyətə başlayıb. Burada Çeçenistandan olan qaçqınlar dəfn olunur.

Varşava Müsəlman Tatar qəbiristanlığının ilk illərdə əvvəlcə 0,5 hektara yaxın ərazisi var idisə, indi təxminən 1 hektardır.

Burada əvvəlcə Varşavada yaşayan Rusiya imperiyasının ordusunun əsasən müsəlman əsgərləri dəfn edilirdi. Bunlar, əsasən, əcdadları Böyük Litva knyazlığında xidmətə qəbul olunmuş Polşa-Litva tatarları idi. Sonralar burada başqa müsəlmanlar da dəfn olunmağa başladı.

XIX əsrin sonlarında qəbiristanlıq varlılar (sağda) və kasıblar (solda) üçün hissələrə bölünürdü.F.R., Wyznawcy Allaha, «Tygodnik Ilustrowany» 1892, nr 108, s. 52-54 Bu ayrı-seçkilik sonradan Varşava İmamının təşəbbüsü ilə ləğv edildi.K. Mórawski, Przewodnik historyczny po cmentarzach warszawskich, Warszawa 1989, s. 136—137 Burada Birinci Dünya müharibəsi zamanı alman əsirliyində həlak olmuş rus əsgərləri və müsəlman əsgərlər dəfn olunur. İkinci Dünya müharibəsi zamanı qəbiristanlıq almanlar tərəfindən dağıdılıb. 1942-ci ildə alman tankları və digər zirehli texnika sovet qoşunlarının hücumunu dəf etmək üçün qəbiristanlıq ərazisinə daxil olub. 1944-cü ildə Varşava üsyanı zamanı bu ərazidə şiddətli döyüşlər gedib.

Ən qədim qəbirlər indi inzibati binanın solunda yerləşir.

1984-cü ildə nekropol Abidələr Reyestrinə daxil edilib və dövlət qorumasına alınıb.

Qəbiristanlıqda dəfn olunanlar Qəbiristanlıqda Polşanın bir çox görkəmli müsəlmanları dəfn olunub. Onların arasında: Aleksandr Axmatoviç (1944, yenidən dəfn) — hüquqşünas, Krım və Mərkəzi Litva hökumətində ədliyyə naziri, polşalı senator; Osman Axmatoviç (1988) — kimyaçı, Varşava Universitetinin professoru, Varşavada məscid tikintisi komitəsinin sədri; Konstantin Bayraşevski (1955) — hüquqşünas; Mounir Bouamran (2004) — Əlcəzairli səs və foto redaktoru; Jerjı Edigei (1983) — hüquqşünas, ictimai xadim, detektiv romanların müəllifi; Bəkir Eksanov (1974) — Varşava imamı; Zərif Eksanov (1951) — Varşava imamı; Husain Muhammad Hasan (2020) — Tibb elmləri doktoru, Polşanın Sudandakı fəxri konsulu; Aleksandr Yelyaşeviç (1978) — mayor, "Virtuti militari" ordeninin sahibi, Vilna qarnizonunun 4-cü Ulan alayının 1-ci tatar eskadrilyasının son komandiri; Zenon Kriçinski (1953) — polkovnik; Səfər-Bəy Malsaq (1944) — general-mayor; Konstantin Murza-Murziç (1953) — hüquqşünas, hakim, Dövlət Arxivləri Baş İdarəsinin əməkdaşı; Rüstəm Morza-Murziç (1980) — Tatar eskadrilyasının zabiti, "Virtuti militari" ordeni sahibi Bəkir Rodkeviç — imam (1987) Vəli bəy Yadigarov (1991, yenidən dəfn) — Rusiya, Azərbaycan və Polşa ordularının zabiti. İsrafil bəy Yadigarov — Rusiya, Gürcüstan və Polşa ordularının zabiti.

İstinadlar

Ədəbiyyat Karol Mórawski: Warszawskie cmentarze. Przewodnik historyczny. Warszawa: PTTK «Kraj», 1991, s. 149—152. ISBN 83-7005-333-5. F.R., Wyznawcy Allaha, «Tygodnik Ilustrowany» 1892, nr 108, s. 52-54.

Xarici keçidlər Cmentarz Muzułmański na Powązkach Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar” Polşada azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı ziyarət olunub

Kateqoriya:Varşava qəbiristanlıqları Kateqoriya:Müsəlman qəbiristanlıqları Kateqoriya:Tatar qəbiristanlıqları