Neyera (; ) — qədim Yunanıstan heterası. O, e.ə. 343–340-cı illər arasında Afina vətəndaşı ilə qeyri-qanuni evlənməkdə və öz qızını yalandan Afina vətəndaşı kimi təqdim etməkdə günahlandırılaraq məhkəmə qarşısına çıxarılmışdır.
Apollodorun bu məhkəmədə Neyeraya qarşı çıxış etdiyi nitq Demosfenin əlli doqquzuncu nitqi olaraq qorunub saxlanılır. Buna baxmayaraq, sözügedən çıxış çox vaxt Apollodorun verdiyi bir çox nitq üzərində işləmiş Psevdo-Demosfenə aid edilir. Çıxış antik dövrün fahişələri haqqında digər mənbələrdən daha çox təfərrüat verir və nəticədə qədim yunan şəhər dövlətlərində (polis) seks ticarəti haqqında çoxlu məlumat təmin edir.
Neyeraya qarşı 250px|thumb|right|Cinsi əlaqədə olan kişi və heteranın təsviri. Divarda pul kisəsi asılmışdır. Müəllif: Toy vaza rəssamı. E.ə. 480–470-ci illər.
"Neyeraya qarşı" Neyeranın bioqrafiyasının əksər təfərrüatlarının mənbəyidir. Əsərin mövzusu Apollodorun kürəkəni Feomnest tərəfindən təxminən əlli yaşında olan Neyeraya qarşı qaldırılan məhkəmə işi haqqındadır. Buna baxmayaraq, Feomnestin iş haqqında qısa giriş xarakterli məlumatdan başqa, nitqin tamamını Apollodor söyləmişdir. Bu məhkəmə işi əcnəbi olan Neyeranın Afina vətəndaşı ilə evlənməsi və o, öz övladlarını Afina vətəndaşı kimi təqdim etməyə cəhd göstərməsi ittihamı ətrafında fırlanır.
Çıxış Neyeranın həyatından bəhs edir, lakin bu ittihamların mahiyyəti üçün çox az əhəmiyyət kəsb edir. Alimlər ehtimal edirlər ki, həmin təfərrüatlar qaldırılan işin zəifliyini gizlədəcəyi ümidi ilə alçaldıcı ittihamlar kimi Apollodor tərəfindən təqdim edilmişdir. Çıxışda verilən dəlillərin düzgünlüyü şübhə altına alınmış və məlum olmuşdur ki, burada həm yalan, həm də qeyri-dəqiqlik var. Buna baxmayaraq, nitq müvəffəqiyyətli heteranın həyatı haqqında çox məlumat verir və bu, klassik Yunanıstanda qadınların həyatına dair bir mənbə kimi tarixçilər üçün son dərəcə dəyərlidir. Bu, klassik dünyada fahişəliklə bağlı ən etibarlı mənbədir, dövr üçün qadınların həyatı və ümumən gender münasibətləri haqqında ən yaxşı mənbələrdən biridir.
Həyatı
Erkən illəri Ehtimal olunur ki, Neyera e.ə. IV əsrin birinci onilliyində anadan olmuşdur. Onun doğulduğu yer məlum deyil və həyatında məlum olan ən erkən hadisə onun gənc qız olarkən Nikareta tərəfindən satın alınmasıdır.Pseudo-Demosthenes 59.18 Nikareta satın aldığı qızları hetera olmağı öyrətmiş, müştərilərinin ödəyəcəyi qiyməti artırmaq üçün onları öz qızları adlandırmışPseudo-Demosthenes 59.19 və Korinfdə onlarla birlikdə yaşamışdır.Pseudo-Demosthenes 59.23
Neyeranın fahişəlik fəaliyyəti hələ yetkinlik yaşına çatmamışdan başlamışdı. Onun yetkinlik yaşına çatmamışdan əvvəl iki dəfə Apollodor tərəfindən pul qarşılığında cinsi əlaqədə olduğu təsvir edilmişdir. Ehtimal edilir ki, Apollodor burada onun həmin yaşda hələ hetera olmadığını nəzərdə tutur.Pseudo-Demosthenes 59.24 Bu müddət ərzində orator Lisi Nikaretanın fahişəxanasının önəmli qonağı və Nikaretanın digər qızlarından olanAthenaeus, Deipnosophistae 13.65 Metaneyranın daimi müştərisi idi. Xidmətlərinə görə onu mükafatlandırmaq üçün Lisi onun Elevsin misteriyalarına daxil olmasını təşkil etmiş və səyahəti maliyyələşdirmişdir.Pseudo-Demosthenes 59.21 Neyera bu vaxt 12–13 yaşlarında idi və Nikareta onları bu səyahətdə müşayiət etmişdir.Pseudo-Demosthenes 59.22 Neyera e.ə. 378-ci ildə Böyük Panafiney üçün yenidən Afinanı ziyarət etmişdir. O, bu dəfə gənc aristokrat olan Fessaliyalı Sima ilə birlikdə idi.
Azadlıqda Təxminən e.ə. 376-cı ildə Korinfli Timanorid və Lefkadalı Evkrat Nikaretadan Neyeranı satın almaq üçün otuz mina ödəmişdilər. Bu, bir hetera üçün yüksək məbləğ idi. Korinfli Timanorid və Lefkadalı Evkrat evlənən zaman Neyera ilə onun öz azadlığını iyirmi mina qarşılığında əldə edə bilməsi barədə razılıq əldə etmişdilər. O, keçmiş müştərilərinin hədiyyələri və kreditləri sayəsində azadlığını əldə edə bilmişdi.Pseudo-Demosthenes 59.30–32 Bu sövdələşmənin bir hissəsi olaraq, Neyera Korinfdə artıq fahişə kimi işləməməyə razılaşmış və ona azadlığını satın almağa kömək edən Frinion ilə birlikdə şəhəri tərk edərək Afinaya getmişdir.Pseudo-Demosthenes 59.32
Neyera e.ə. 373-cü ildə Afinada Frinion ilə yaşayırdı. O, Neyeranı Pifiya oyunlarında əldə etdiyi qələbəni qeyd etmək üçün sərkərdə Xabrinin verdiyi ziyafətə aparmışdı.Pseudo-Demosthenes 59.33 Apollodor bildirmişdir ki, bu şənlik əsnasında Neyera sərxoş halda yuxulayan zaman Xabrinin qonaqları və kölələri tərəfindən cinsi zorakılığa məruz qalmışdı.Pseudo-Demosthenes 59.33–34 Frinion tərəfindən edilən bu və digər pis rəftara görə, Neyera e.ə. 372-ci ildə bu təsərrüfatı tərk etmiş və Meqaraya getmişdir. O, öz geyimlərini və zinət əşyalarını, iki qulluqçunu və Friniona məxsus digər əşyaları özü ilə aparmışdır.Pseudo-Demosthenes 59.35
Stefan ilə Neyera Meqarada hetera kimi işləməyə davam etmiş və 371-ci ildə Stefan ilə tanış olmuşdur. Stefan onunla Afinaya qayıdacağı halda Neyeranın himayədarı kimi çıxış etməyi təklif etmişdir.Pseudo-Demosthenes 59.37 Apollodor iddia etmişdir ki, Neyera Afinaya özü ilə iki oğlu və bir qızını gətirmişdi.Pseudo-Demosthenes 59.38 Buna baxmayaraq, müasir şərhçilər ümumi olaraq, sözügedən oğulların əslində Stefanın afinalı bir qadından doğulan övladları olduğu fikri ilə razılaşırlar. Kristofer Keri qeyd etmişdir ki, oğullardan ən azından biri Stefanın adını daşıyan qanuni övladı idi. Con Bakler yazmışdır ki, Apollodor öz çıxışında Neyeranın iddia edilən oğullarının başqa bir kişidən və ya Stefandan olması haqqında ziddiyyətli fikirlər ortaya qoymuşdu.
thumb|right|250px|"Frina Areopaqın önündə". Burada Afina məhkəməsi qarşısında hetera Frinanın məhkəməsi təsvir edilmişdir. Müəllif: Jan-Leon Jerom. 1861-ci il.
Frinion Neyeranın Afinaya qayıtdığını öyrənmiş və onu Stefandan geri almağa cəhd etmişdir. Stefan müqavimət göstərərək iddia etmişdir ki, Neyera azad qadın olduğu üçün onun bu əməldə heç bir hüququ yoxdur.Pseudo-Demosthenes 59.40 Frinion sonradan məhkəmədə bu iddiaya etiraz etmişdir, lakin sonradan məsələnin arbitraj yolu ilə həll edilməsinə razı salınmışdır.Pseudo-Demosthenes 59.45 Arbitraj qərara gəlmişdir ki, Neyera həqiqətən də azaddır və bundan əlavə o, özünün kiriyası (məşuqəsi) hesab edilir.Pseudo-Demosthenes 59.46 Bu, bütün vətəndaş qadınların ən azından bir kiriyə (ağa) sahib olduğu bir cəmiyyətdə son dərəcə qeyri-adi bir qərar idi. Bu qeyri-adi azadlıq səviyyəsinə baxmayaraq, Neyera heç bir fikir bildirmək haqqı olmadan öz vaxtını həmin iki kişi arasında bölüşdürmək məcburiyyətində qalmışdır.
Məhkəmə E.ə. 343–340-cı illər arasında Feomnest tərəfindən qayınatası Apollodorun adından Neyeraya qarşı məhkəmə işi qaldırılmışdır. O, elə olmadığı halda özünü vətəndaş kimi təqdim etməkdə ittiham olunurdu. Neyera mühakimə olunacağı halda üzləşdiyi maksimum cəza köləliyə verilmək və əmlakının satılması idi.Pseudo-Demosthenes 59.16 Neyeranın özü məhkəmədə iştirak etmişdir, lakin, ehtimal olunur ki, onun danışmağına icazə verilməmişdir.
Məhkəmə haqqında yeganə salamat qalmış qeyd Feomnest və Apollodorun Neyera və Stefana qarşı söylədiyi nitqdir. Məhkəmənin nəticəsi məlum deyil. Məhkəmədən sonra Neyera haqqında heç bir qeyd yoxdur. Müasir şərhçilər Apollodorun arqumentlərindəki zəif cəhətləri qeyd etmişdilər. Afina məhkəməsinin nəticəsi əsasən tərəflərin münsiflər heyətini öz məqsədlərinə uyğun formada nə qədər inandıra bildiklərindən və bu hədəf üçün hiylələrdən nə qədər istifadə edə biləcəklərindən asılı idi. Buna görə də məhkəmə işinin uğursuz olub-olmadığı bəlli deyil.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Demosfen Kateqoriya:Heteralar